“Azəbaycan Vətəndaş Cəmiyyəti Təşkilatları
Liderlərinin Bacarıqlarının Artırılması” Avropa
Komissiyasının dəstəyi, Kipr Menecment Mərkəzinin
tərəfdaşlığı ilə
“İnstitusional Yardım”, Think Tank Fondu, Macarıstan
“Neft
Tenderlərinin Monitorinqi”
İctimai Şəffaflıq Fondu (PTF), ABŞ
“Azərbaycanda Təbii Resurs Menecmentinin
Modelləşdirilməsi”
Asiya İnkişaf Bankı (ADB)...
Azərbaycan
iqtisadiyyatının neft ilə əlaqəsi çox yaxındır.
Bu araşdırma onu göstərir ki əgər iqtisadi resurs qısa
müddətli maraqların ödənilməsi üçün istifadə edilirsə, o
zaman resursun yaratdığı fayda tezliklə itə bilər .
Lakin, resurs uzun müddətli istifadə maraqları
qarşılamaq üçün priotetləşdirilmiş və ağıllı
şəkildə istifadə edildiyi zaman, neftə sahib olmaq çox
böyük faydalar gətirə bilər.
Azərbaycan Vətəndaş Cəmiyyəti
Liderlərinə "Təlimçilər
üçün Təlim" treyninqi
Bakıda keçrilmişdir
İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM)
Aralıq Dənizi Menecment Mərkəzinin
tərəfdaşlığı, Avropa Komissiyasının dəstəyi
ilə Azərbaycanda vətəndaş cəmiyyəti
təşkilatlarının bacarıqlarının artırılması
layihəsi çərçivəsində Fevralın 8-12
günlərində Təlimçilər üçün Təlim treyniqini
keçirib. Beş günlük təlimdə beynəlxalq
təlimçi və 15 yerli təlimçi iştirak
etmişdir.
İSİM İdarə Heyəti Sədri
Almaniyanın DPA Mətbuat Agentliyinə müsahibə
verib
Dr. Vüqar Bayramov, İqtisadi və Sosial İnkişaf
Mərkəzinin İdarə Heyətinin sədri, Carsten Hoffmannla
, Almaniyanın ən böyük Mətbuat agentliyinin
nümayəndəsi ilə mərkəzin ofisində 19 Fevralda
görüşmüşdür.Vüqar
Bayramov Azərbaycan iqtisadiyyatı, Nabukko
layihəsi, neft və qaz ixracı, dövlət gəlirləri
və Dövlət İdarəçiliyi sahəsindəki islahatlarla
bağlı agentliyin nümayəndəsinin suallarını
cavablandırmışdır.
Azərbaycanda vətəndaş cəmiyyəti
təşkilatlarının bacarıqlarının artırılması
layihəsinin mətbuata təqdimatı
İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) Aralıq
Dənizi Menecment Mərkəzinin tərəfdaşlığı,
Avropa Komissiyasının dəstəyi ilə Azərbaycanda
vətəndaş cəmiyyəti təşkilatlarının
bacarıqlarının artırılması layihəsinin icrasına
başlayıb. 9 fevral 2010-cu il tarixində
Azərbaycan Media Mərkəzində layihənin mediaya
təqdimatı keçirilib.
Post Kommunist Ölkələrində Yerli Hökümətlər
haqqında Hesabat
LGI “Höküməti daha hesabatlı etmək; Post
Kommunist Avropa ölkələrində Yerli Hökümətlərin Auditi ”
adlı hesabatın çap edib. Vüqar Bayramov, İSİM
İdarə Heyəti Sədri bu kitabın müəlliflərində
biridir. Onun məqaləsi Azərbaycanda yerli
hökümətlərin auditi haqqındadırş
İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) 2005-ci
ildə iqtisadi və sosial sferada tədqiqat
işlərini irəli çəkmək məqsədiylə yaradılmışdır. .
Daha ətraflı
ppthtm
Azərbaycan
Respublikası üçün Anti-Böhran Konsepsiyası
İSİM Azərbaycan Respublikası üçün Anti Böhran
Konsepsiyasın hazırlayıb.İSİM in bu layihəsi
müxtəlif iqtisadi sektorlar üzrə təkliflər planını
özündə əks etdirir.
Oktyabrın
17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu
özünün ilk seminarına toplandı. Tələbələrin qonağı
bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial
İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov
idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif
mövzular ətrafında maraqlı və canlı müzakirələr
apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla
bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi.
Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə
yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu
nəzəriyyələrin maraqlı aspektlərindən danışdı
Noyabrın 14-də Azad Fikir Universitetinin
İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı.
Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı
isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf
Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi.
Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi,
sərmayələrin məqsəd və vəzifələri haqqında
tələbələrə söhbət açdı. Daha sonra görüş
iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr
haqqında müzakirə apararaq onların fərqli və oxşar
cəhətlərinə toxundular.