İdarə heyəti



İqtisadi və Sosial İnkişaf  Mərkəzinin (İSİM) qurucuları Azərbaycanda tanınmış iqtisadçı və sosial sahədə fəaliyyət göstərən peşəkarlardır. İdarə Heyəti üzvlərinin əksəriyyəti qərb universitetlərindən məzundurlar

İSİM İdarə Heyəti sədri i.e.n Vüqar Bayramovdur.  Cənab Bayramov  2003-2004 cü illərdə Amerikada St.Louis şəhərinin Vaşinqton universitinin İqtisadiyyat fakültəsində çalışıb. O dünyanın əksər ölkələrində, ABŞ, İngiltərə,Fransa,Yaponiya, Kanada, Hindistan, Rusiya təşkil edilən bir çox beynəlxalq tədbirlərdə mütəmadi olaraq dəvət alır. Bayramov Azərbaycan Dövlət İqtisadiyyat Universitetində İqtisadiyyat, Dövlət Maliyyəsi, Beynəlxalq Maliyyə üzrə mühazirələr oxuyur.

Tərcümeyi hal

Elçin Rəşidov, İdarə heyəti üzvü ABŞ Minnesota Universitetinin Hubert Humphrey Dövlət İdarəçilik İnstitunun məzunudur. Cənab Rəşidov  investisiya layihələrinin Xərc-Gəlir təhlilinin aparılması üzrə ən peşəkar ekspertdir. O Azərbaycan Dövlət İqtisad Universiteti və Xəzər universitetində Menecment, Dövlət Siyasəti, Təkilati Davramış, Dövlət Maliyyəsi üzrə dərs deyirş.  

Tərcümeyi hal

 

Zaur Məmmədov, İdarə Heyəti üzvü ABŞ  Southeast Universitinin məzunudur. Cənab Məmmədov Korporativ Maliyyə üzrə ekspert olmaqla yanaşı bir neçə universitetdə bu fənndən dərs deyir.

Tərcümeyi Hal

 

 

Faina Hanifəyeva, İdarə Heyəti üzvü Bakı Qərb universitetinin məzunudur. Xanım Hanifəyeva Gender məsələləri üzrə ekspertdir və uzun müddət Azərbaycandakı gender vəziyyətini tədqiq etməkdə UNİFEM ilə əməkdaşlıq etmişdir. O 2008 ci ildə ABŞ da USAİD tərəfindən təşkil edilən Gender proqramında iştirak etmişdir. Xanım Hanifəyeva Mərkəzin Gender Departamentinin rəhbəridir. Tərcümeyi Hal

 

 

İlham Poluxov, İdarə Heyəti üzvü ABŞ Minnesota Universitenində JFDP proqramı çərçivəsində çalışmışdır. Cənab Poluxov Tikinti sektoru üzrə ekspertdir.

 

Tərcümeyi Hal

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.