PRESS RELİZ

Tədbiri giriş sözü ilə açan Mərkəzin İdarə Heyəti Sədri i.e.n Vüqar Bayramov bu sənədin əhəmiyyətindən və Vergi Sistemində dəyişikliklərin labüdlüyündən danışdı :  Son illər vergi sistemində ciddi islahatların aparılması, elektron hökumətin elementlərinin tətbiq edilməsi, proseduraların azaldılması baxımından əhəmiyyətli addımlar atılsa da vergi siyasətinin hər zaman təkmilləşdirilməsi olduqca vacibdir. İqtisadi inkişafın dəstəklənməsi, sahibkarlığın inkişafının stimullaşdırılmas, vergidən yayınmaların qarşısının alınması və digər istiqamətdə islahatların davam etdirilməsinə ehtiyac vardır. Bu baxımdan aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədəuyğun hesab edilir:

Millət Vəkili Vahid Əhmədov bu sənədi alqışladığını və və ümumiyyətlə Mərkəzin hazırladığı təkliflərin hökümət tərəfindən diqqətdə saxlanıldığını qeyd etdi. Vahid Əhmədov əlavə etdiki vergi dərəcələrinin azaldılması müsbət hal olsada, onun dövlət büdcəsinə təsirlərini müəyyən etmək lazımdır çüki gəlir vergisi  və ƏDV dövlət büdcəsinin formalaşmasında əhəmiyyətli pay sahibidir.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğluda Mərkəzin ortaya çıxardığı sənədə öz müsbət rəyini bildirdi və əlavə etdi ki vergi dərəcələrindən başqa vergi hüququ məsələləri  də diqqətdə saxlanılmalıdır. Qubad İbadoğlu əlavə etdiki gəlir vergisinin azaldılması ilə bağlı təklif çox məqsədəuyğundur çünki dövlət büdcəsinin formalaşmasında bu vergi növü əhəmiyyətli pay sahibi deyil.

Hesabatın tam mətnini http://www.cesd.az/tax_az.htm  əldə etmək olar.

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi from Vimeo.

 

 

 

.