
Azərbaycan Respublikası Vergi Məcəlləsinə Əlavə və Dəyişikliklər Layihəsi
İqtisadi və Sosial İnkişaf Mərkəzi
Şirin Mirzəyev 76
"a"/ 33,
Bakı Az1002, Azərbaycan
Telefon: (99412) 597 0691
Faks: (99412) 4373240
Email:
cesd@aztelekom.net
Web: http://www.cesd.az
Bakı 2010
Azərbaycan Respublikası Vergi Məcəlləsinə Əlavə və Dəyişikliklər Layihəsi
Keçid dövrünü başa vuran Azərbaycan Respublikasında vergi sisteminin təkmilləşdirilməsi və bu sferadakı islahatların davam etdirilməsi olduqca vacibdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı Biznes Mərkəzində keçirilən «Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasına həsr olunan konfransda sahibkarlıq mühitinin yaxşılaşdırılmasının, vergi-maliyyə sferasında islahatların davam etdirilməsinin vacibliyini bildirmişdir. Bu baxımdan vergi siyasətinin və eləcə də bu sahədə olan qanunvericiliyin iqtisadiyyatın inkişaf tempinə uyğun olaraq təkmilləşdirilməsi günün tələblərindən hesab edilir.
Azərbaycan Respublikasında mövcud vergi sistemi əsasən 2000-ci ildən formalaşdırılmağa başlanılmışdır. Məhz həmin Vergilər Nazirliyi yaradılmış və 2 il sonar Vergi Məcəlləsi qəbul edilmişdir. Daha sonra ölkə prezidentinin fərmanı ilə “2005-2007-ci illərdə Azərbaycan Respublikasında Vergi İdarəçiliyinin Təkmilləşdirilməsi haqqında Dövlət Proqramını” təsdiq etdi. Həmin proqramın 4-cü bölməsində məhz antikorrupsiya tədbirləri kimi bir neçə əhəmiyyətli addımların atılması nəzərdə tutulmuşdur ki, sonraki illərdə bunlar Vergilər Nazirliyi tərəfindən tətbiq edildi. Belə ki, 60 rayon vergi şöbələrinin əvəzində 12 regional bölmələr yardıldı, “bir pəncərə sistemi” tətbiq edildi, vergi hesabatlarının electron təqdimatına başlanıldı.
Vergi sistemində son illər elektron hökumətin elementlərinin tətbiq edilməsi aspektindən bir sıra uğurlu addımlar atılmışdır. Vergilər Nazirliyində 2010-cu ilin əvvəlində aparılan struktur islahatlarına əsasən, Bakı şəhəri Vergilər Departamentinin 1, 2 və 3 saylı filialları ləğv edilərək, Vergi borclarının məcburi alınması idarəsi, Bəyannamələrin qəbulu və işlənməsi idarəsi və Vergi ödəyicilərinə xidmət idarəsi yaradıldı. Bundan sonra Bakı şəhəri üzrə qeydiyyatda olan vergi ödəyiciləri öz bəyannamələrini Bakı şəhəri Vergilər Departamentinin Bəyannamələrin qəbulu və işlənməsi idarəsinə təqdim edəcəklər.
Artıq nazirlik 50-dən yuxarı obyektin nəzarət-kassa aparatlarına elektron məsafədən ötürmə qurğuları quraşdırıb. İlin sonuna qədər respublika üzrə kassası olan bütün sahibkarlıq obyektlərinə həmin qurğunun quraşdırılması gözlənilir. Vergilər Nazirliyindən aldığımız məlumata görə, nəzarət-kassa aparatlarına quraşdırılacaq bu qurğu təxminən 100 manata başa gəlir. Bu isə nazirliyin öz vəsaiti hesabına həyata keçiriləcək. Həmin qurğular vasitəsi ilə çek vurulan zaman bu məlumat dərhal vergi orqanının mərkəzi bazasına ötürüləcək. Bununla həmin ticarət obyektində xronometraj qaydada yoxlama aparmaq mümkün olacaq. Operativ nəzarəti təmin edən bu qaydanın reallaşması nəticəsində mağazalar daim diqqətdə saxlanılacaq. Qeyd etmək lazımdır ki, yeni yaradılan mərkəz əməliyyatların aparılmasında daha çevik olacaq: Struktur dəyişikliyi nəticəsində, bir-birini təkrar edən qurumların ləğv edilib bir mərkəzdə birləşməsi müsbət bir addımdır. Bu, həmin sektoru koordinasıya etmək üçün daha asan olacaq.
Kassa aparatlarına mərkəzləşdirilmiş qaydada nəzarət edilməsi bir çox ölkələrdə mövcuddur. Bunun əsas mahiyyəti bir mərkəzdən bütün ticarət obyektlərini izləməkdir. Bu, imkan verəcək ki, çevik şəkildə ticarət obyektlərinin vergidən yayınıb-yayınmamasını müəyyənləşdirmək, həmçinin səyyar yoxlamalar aparmaq mümkün olsun. Yəni bəzən bir obyektdə gün ərzində bir-iki dəfə çek vurulur. Hesabat verilədə, kassa aparatından aylıq nə qədər istifadə olunuğu bilinir. Amma yeni qaydalarla bu, günlük müəyyənləşəcək. Yəni vergilər Nazirliyi hər bir obyektdə hər an, hər saat kassa apartından neçə dəfə istifadə olunduğunu biləcək. Bu məlumatlar isə imkan verəcək ki, bu tip yayınmaları müəyyənləşdirmək mümkün olsun.
Azərbaycanda vergi sistemi Vergi Məcəlləsi əsasında tənzimlənir. Bununla yanaşı, bir sıra hallarda məcəllə ilə digər qanunverici aktlar arasında müəyyən ziddiyyətlər müşahidə edilir. Məsələn, Məsələn, Vergi Məcəlləsinə görə, vergi hesabatlarını vaxtında təqdim edilməməsinə görə 40 manat cərimə ödənilir (maddə 57), İnzibatı Xətalar Məcəlləsinə görə isə, buna görə, cərimənin məbləği fiziki şəxslər üçün 25-30, hüquqi şəxslər üçün isə 40-60 manatdır (maddə 247). Bu isə təbii ki, qanuvericilkdə ziddiyətin olması deməkdir.
Qanunvericiliklə bağlı digər məqam sadələşdirilmiş vergi dövriyyəsinin hesablanması ilə bağlıdır. Vergi Məcəlləsinə görə, ardicil 12 ay ərzində fiziki şəxsin dövriyyəsi 90 min, hüquqi şəxs üçünsə 150 min manatı keçmədiyi halda sadələşdirilmiş vergi sistemi tətbiq edilir və fiziki və hüquqi şəxslər Bakıda 4, rayonlarda isə cəmi 2 faiz vergi ödəyirlər. Məcəlləyə əsasən, dövriyyənin hesablanması zamanı ardıcıl 12 ay götürülməsi iş adamlarının fəaliyyətində müəyyən çətinliklər törədir və bəzi hallarda onlar Əlavə Dəyər Vergisi ödəyicilərin çevrildiklərini də öncədən müəyyənləşdirə bilmirlər. Buna görə də, sadələşdirilmiş vergi dövriyyəsinin hesablanması zamanı ardıcıl 12 ay deyil maliyyə ili əsas götürülməsi daha məqsədəuyğundur. Bu dövriyyənin hesablanmasını sadələşdirər və eləcə də əlavə müdaxilələrə imkan yaratmaz. Aşağıdakı cədvəldə Azərbaycanda tətbiq edilən vergi dərəcələri və cəlb olunma xüsusiyyətləri qeyd edilib.
Beynəlxalq Maliyyə Korporasiyasının sorğusu onu gostərir ki, Azərbaycanda hər beş sahibkardan biri gəlirinin təxminən 30 faizini vergidən gizlədir və hər üç sahibkardan biri gəlirinin 20 faizini qeyri-rəsmi odənişlərə sərf edir ki, bu, korrupsiya hallarının sayını artırır. Adətən, korrupsiyanın KOM-lara təsiri böyük muəssisələrlə muqayisədə daha güclüdür və daha çox hiss olunur, çünki KOM-lar əksər hallarda korrupsiyaya daha davamsız olurlar. Həmcinin, əksər olkələrdə KOM-ların iqtisadiyyata, xususilə də əhalinin işlə təmin olunmasında payı böyük muəssisələrlə muqayisədə daha çox olduğundan korrupsiyanın KOM-lara təsiri daha çox nəzərə çarpır. Yuxarıdakı rəqəmlər və təhlildən göründüyü kimi, Azərbaycanda vergi hesabatlarının verilməsi və vergi odəniş prosedurları, xususilə fərdi sahibkarlar və KOM-lara tətbiq olunanlar, daha da sadələşdirilməlidir. Mutərəqqi olkələrin əksəriyyətində nisbətən kiçik muəssisələr vergi hesabatlarını sadələşdirilmiş qaydada təqdim edirlər. Hesab olunur ki, sadələşdirilmiş hesabat belə muəssisələrin həyata kecirdikləri biznes əməliyyatlarını əhatə etmək üçün yetərlidir. Sadələşdirilmiş vergi hesabatlarının tətbiqi həm sahibkarların vergi qanunvericiliyinin tələblərinə riayət etməsi ilə bağlı xərclərini azaldır, həm də dovlətin vergi inzibatçılığı ilə bağlı xərclərini aşağı endirməklə, vergi gəlirlərini artırır (Əlavə məlumat üçün bax; http://www.ifc.org/ifcext/abeep.nsf/AttachmentsByTitle/Taxation_az/$FILE/tax_az.pdf )
Beynəlxalq Maliyyə Korporasiyasının gəldiyi qənaətə görə, son illər vergilərin hesabalanması və odənilməsi ilə bağlı vergi odəyicilərinə operativ izahat xidmətinin gostərilməsi vergi odənilməsini asanlaşdırmışdır. Lakin buna baxmayaraq, vergilərin, xususilə mənfəət və gəlir vergilərinin hesablanmasının cətinliyi, vergi qanunvericiliyinin qeyri-muəyyənliyi və qanunların birmənalı şərh olunmaması sahibkarlar üçün muəyyən cətinliklər yaradır. Bu sahədə qaydaların daha da sadələşdirilməsi vergi uçotu üçün kənardan mutəxəssis cəlb olunmasına sərf olunan xərcləri azaltmaqla biznes xərclərini yungulləşdirə bilər. Mənfəət vergisi üçün maliyyə ili təqvim ilidir. Ancaq vergi odəyiciləri hər bir təqvim rübünün sonundan 15 gundən gec olmayaraq əvvəlki vergi ilində hesablanmış verginin 25 faizi məbləğində cari vergi odəməsi etməlidirlər. Alternativ olaraq, vergi odəyicisi cari vergi odəmələrinin məbləğini bu rubdəki gəlirinin həcmini onun kecən ilin ümumi gəlirində verginin xüsusi cəkisini gostərən əmsala vurmaqla da muəyyənləşdirə bilər. Əvvəllər fəaliyyəti olmayan vergi odəyicilərinin mənfəət vergisi uzrə cari vergi odəmələri cari təqvim ili ərzində rublər uzrə artan yekunla vergi dərəcələrinə əsasən hesablanır. Cari vergi odəmələrinin məbləği mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmamalıdır. Vergi orqanlarına müvafiq rüb başa çatdıqdan sonra 15 gundən gec olmayaraq odənişlə bağlı məlumat təqdim olunmalıdır. Vergi odəyiciləri vergi ili üçün bəyannamənin verilməsinin muəyyən edilmiş vaxtınadək (hüquqi şəxslər və daimi numayəndəliklər müvafiq maliyyə ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq) yerdə qalan vergini odəməlidirlər. Vergi odəyicisi bu verginin hesabatının verilməsi muddətinin uzadılması barədə muraciət edirsə və bu zaman odənilməli olan verginin məbləğini tamamilə odəyirsə, hesabatın verilməsi muddəti üç ayadək uzadıla bilər. Artıq odənilmiş məbləğlər digər vergi ohdəliklərinin silinməsinə sərf oluna bilər. Baxmayaraq ki, Vergi Məcəlləsində artıq odənilmiş vergilərin geri qaytarılması nəzərdə tutulub, sahibkarların sozlərinə gorə bu, praktikada cətin, hətta bəzən qeyri-mümkün bir prosedurdur.
Vergi sistemində aparılan islahatlar nəticəsində vergi ödəyicilərin sayında son illər kəskin artımlar qeydə alınmışdır. Bununla yanaşı, vergi ödəyiciləri ilə apardığımız sorğular göstərir ki, vergi dərəcələrinin yüksək olması onların vergidən yayınmasına səbəb olur. Xüsusən fiziki şəxslərin gəlir vergisinin dərəcəsi və social ayırmalar vergidən yayınmağa şərait yaradır.
Nəticə və Təkliflər
Son illər vergi sistemində ciddi islahatların aparılması, elektron hökumətin elementlərinin tətbiq edilməsi, proseduraların azaldılması baxımından əhəmiyyətli addımlar atılsa da vergi siyasətinin hər zaman təkmilləşdirilməsi olduqca vacibdir. İqtisadi inkişafın dəstəklənməsi, sahibkarlığın inkişafının stimullaşdırılmas, vergidən yayınmaların qarşısının alınması və digər istiqamətdə islahatların davam etdirilməsinə ehtiyac vardır. Bu baxımdan aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədəuyğun hesab edilir: