Mətbuat Üçün Açıqlama

Avropalı Ekspertlər İSİM-də təcrübə keçəcəklər

Vətəndaş cəmiyyəti institutları arasında ilk dəfə olaraq İqtisadi və Sosial İnkişaf Mərkəzi xarici ekspertlərə təcrübə imkanı yaradıb

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi “ İSİM təcrübə proqramı” ilə bağlı elan etdiyi müsabiqənin nəticələrinə dair mətbuat konfransı keçirib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlərinin və müsabiqə qaliblərinin iştirakı ilə reallaşan tədbirdə  çıxış edən  İSİM rəhbəri Vüqar Bayramov ilk əvvəl  müsabiqənin məqsəd və şərtləri barədə məlumat verib. Bildirib ki, “ İSİM təcrübə proqramı”nın məramı  iqtisadiyyatın sahələri üzrə tədqiqatların aparılmasında biliklərin artırılmasıdır: “Proqram təhsil və praktik iş təcrübəsi imkanları təklif edir. Proqramda təcrübəçilər mərkəzin  departamentlərindən biri və ya bir neçəsi üzrə təcrübə proqramı keçəcəklər”. Seçimlərə  360 nəfərdən artıq ərizə daxil olduğunu vurğulayan V.Bayramovun sözlərinə görə, onların içərsində 3 ən yaxşıları seçilib: “Ərizələrin qiymətləndirilməsi nəticəsində İtaliya vətəndaşı Nikola Morfini, İsveçrə vətəndaşı Ulrix Şubert və Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi  Fəridə Poladova  mərkəzdə təcrübə keçmək imkanı qazanıblar”.

V.Bayramov dedi ki, Azərbaycan vətəndaşları ilə bağlı təcrübə proqramı yalnız bakalavr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulub. Təcrübə proqramında iştirak etmək istəyən xarici vətəndaşlara gəlincə, onlar arasında tədqiqatçıların qəbuluna  üstünlük verilib.

 Məlum olub ki, təcrübə proqramına qatılmaq məqsədilə Amerika Birləşmiş Ştatlarları, eləcə də , Avropa və Asiya  ölkələrinin  tədqiqatçıları tərəfindən  müsabiqəyə ərizələr təqdim edilib: “İsveçrə və İtalya vətəndaşının bu təcrübədə iştirak etmək istəkləri  yönündə təklifləri daha məqbul hesab edilib”. V.Bayramov həmçinin qeyd etdi ki,  xaricilərin vətəndaş cəmiyyətində təcrübə keçməsi  Azərbaycan vətəndaş cəmiyyəti tarixində ilk faktdır. Əvəllər təcrübəçilər adətən universitetlərə və xarici şirkətlərə üstünlük verirdilər: “Təcrübə müddətində onlar həmçinin ölkə iqtisadiyyatı ilə bağlı  tədqiqat aparmaq imkanı qazanacaqlar. İtaliya vətəndaşı Nikola Morfininin burda olduğu müddətdə   Qərb ölkələri və Azərbaycan arasındakı iqtisadi əlaqələrə dair apardığı tədqiqatala bağlı məqalə İtaliyanın tirajlı qəzetlərindən  birində çap edilib”.

 

Tədbirdə o da qeyd edildi ki, QHT sektorunda ilk dəfədir xarici tədqiqatçılar üçün  bu sahədə bilik və bacarıqlarıbın artırılmasına imkan yaradan  təcrübə proqramı həyata keçirilir: “ Bu gün İqtisadi və Sosial İnkişaf Mərkəzinin belə bir proqramı reallaşdırması həm də vətəndaş cəmiyyəti təşkilatlarının formalaşmasından xəbər verir”.  

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev də  bildirdi ki, Azərbaycanda ilk dəfə ayrı-ayrı ölkələrin tədqiqatçılarına təcrübə keçmək imkanı yaradılır: “Ölkədə  bir neçə təşkilat var ki, onların tədqiqatlarından beynəlxalq miqyasda istifadə edilir. İqtisadi və Sosail İnkişaf Mərkəzi həmin təşkilatlardandır”. O həmçinin prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası vəvətdaş cəmiyyətlərinin bu cür inkişafında maraqlı olduğunu dedi.

 Nəzərə çatdıraq ki, İsveçrə vətəndaşı Ulrix Şubert Albert Ludviq Universitetində şərqşünaslıq sahəsi üzrə təhsil alıb. Fransız, ispan, ingilis, italyan, türk, ərəb və rus dilində sərbəst danışır. İSİM-in təcrübə proqramına Azərbaycandakı iqtisadi proseslərlə İsveçrə qəzetlərindən deyil, daxildən tanış olmaq  üçün  qatıldığını deyir. U.Şubert bundan əvvəl Türkiyə, Rusiya və Ərəb ölkələrində tədqiqatlar aparıb. O ümid edir ki, İSİM-də qazanacağı təcrübə vasitəsilə Azərbaycan iqtisadiyyatı ilə bağlı da tədqiqatlar aparacaq.

 İtaliya vətəndaşı Nikola Morfini İtaliyada LUİSS Quido Karli Universitetinin məzunudur. Morfini həmçinin təhsilini Böyük Britaniyanın Durham Universitetində davam etdirib. Qazaxıstanda İctimai Araşdırmalar Mərkəzində çalışıb. İtalyan, İngilis və Rus dillərində danışır. Bir neçə elmi məqalələrin müəllifidir. Beynəlxalq iqtisadi əlaqələri araşdırır.

Fəridə Poladova Azərbaycan Neft Akademiyasının 3-cü kurs tələbəsidir. Beynəlxalq İqtisadi Münasibətlər və Menecment fakültəsində təhsil alır.

 

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.