BP-nin səhmlərini hansı dövlətlər alacaq?
Vüqar Bayramov: “Hökümətin  səhmlərin alınmasında iştirak etməkdə maraqlı olduğu güman edilir”.

     

Britaniyanın BP neft şirkəti Asiya ölkələrində və Amerika qitəsində ona aid olan yataqlardakı 10 milyard dollarlıq payını satışa çıxarır. Şirkətin Londondakı ofisindən yayılan açıqlamaya görə, satışa çıxarılan yataqlar arasında Pakistandakı qaz yatağı və Vyetnamdakı neft yatağı da yer alır. Bu iki yataqda BP-nin malik olduğu payın dəyəri 1,7 milyard dollar qiymətləndirilir.

 

BP rəsmisi bildirib ki, şirkətin satışa çıxardığı aktivlər strateji əhəmiyyət kəsb etməyən layihələrə aiddir. Şirkət eyni zamanda ABŞ, Kanada və Misirdəki layihələrindən də çəkilir. Bu ölkələrdəki layihələrdə BP-nin payını Amerikanın “Apache Corporation” şirkətinə satılmasına dair razılıq əldə edilib. Sövdələşmənin dəyəri 7 milyard dollardır.

Bildirilir ki, şirkət səhmlərin satışından cəmi 10 milyard dollar götürəcək və bu vəsaiti Meksika körfəzində ekoloji fəlakətin nəticələrinin aradan qaldırılmasına sərf edəcək. Bundan əvvəl Qərb mətbuatı BP-nin böhrandan çıxmaq üçün bir sıra layihələrdəki payını satacağı haqda yazmışdı. Satışa çıxarıla biləcək layihələr arasında BP-nin Azərbaycandakı aktivləri də göstərilirdi. Lakin şirkət Xəzər regionu kimi strateji əhəmiyyətli bölgədən çəkilmək fikrində olmadığını elan edib. BP prezidenti Toni Heyvord Bakıya səfər edərək Azərbaycandakı bizneslərini davam etdirəcəklərini bildirib.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramova görə,indiki halda  vəsaitlərin cəlb edilməsində BP üçün yeganə yol  səhmlərin satışıdır: “ BP prezidenti Toni Heyvardın Bakıya səfəri zamanı səhmlərin satılması məsələsinin müzakirə edildiyi bildirilir. Hətta güman edilir ki, Toni Heyvardın səfəri Dövlət Neft Fondunu səhmləri almağa  cəlb etmək  məqsədilə reallaşdırılıb”.

Ekspertin fikrincə, BP prezidentinin gəlişi və Neft Fondunun  şirkətin səhmlərini almaqda maraqlı olduğunu  bəyan etməsi BP-nin öz səhmlərinə müştəri tapmaqla səhmlərin qiymətinin aşağı düşməsində maraqlı olmadığını göstərir: “BP çalışır daha yüksək qiymətə səhmlərini sata bilsin. Hansıki bu, şirkətin  çox vəsait cəlb etməsinə imkan verəcək”.

V.Bayramov deyir ki, BP-nin Dövlət Neft Fondu daxil olmaqla bir sıra fondları səhmlərinin alışına  cəlb etməsi səhmdarların strukturunun dəyişməsi ilə bağlı müəyyən narahatçılıqlardan  irəli gəlirr: “Söhbət ondan gedir ki, hazırda BP-nin səhmlərinin alınmasına ərəb dövlətləri və  şirkətləri maraq göstərirlər. Bu da strateji baxımdan BP üçün arzuolunan deyil.Ona görə də  BP səhmlərinin Azərbaycan daxil olmaqla digər ölkələr tərəfindən alınmasına maraq göstərir. Hələlik nə Azərbaycan höküməti, nə  Dövlət Neft Fondu,nə də Dövlət Neft Şirkəti BP-nin səhmlərini alıb-alınmayacları ilə bağlı açıqlama yaymayıblar. Amma güman edilir ki, hökümət  səhmlərin alınmasında iştirak etməkdə maraqlıdır”.    

İSİM rəhbəri hesab edir ki, BP-nin səhmlərinin alınması strateji nöqteyi nəzərdən  arzuolunan olsa da birinci mərhələdə bu addımın atılması iqtisadi baxımdan məqsədəuyğun deyil: “Birinci mərhələdə BP öz səhmlərini daha baha qiymətə satmağa çalışacaq. Başqa tərəfdən səhmlərin qiyməti BP-nin üzləşdiyi xərclərin dairəsindən asılı olacaq. BP-nin Meksika körfəzində xərcləri artarsa, o zaman şirkətin səhmlərinin qiymərtində kəski azalmalar istisna edilmir. Səhmlərin qiymətinin düşməsi BP-nin daha çox Amerika Birləşmiş Ştatları məhkəməsi qarşısında hesabat verəcəyi vaxta təsadüf edəcək. Amerika məhkəməsi BP-nin cərimələnməsi və ya maliyyə sanksiyasına cəlb olunması yönündə qərar qəbul edəcək”.

BP-nin Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində (ABƏŞ) aparıcı şirkət olduğunu xatırladan V.Bayramov bildirir ki, BP Azərbaycanda xarici neft şirkətləri arasında ən çox səhmə malikdir: “Bütün  hallarda  BP-nin Azərbaycandakı fəaliyyəti kifayət qədər böyükdür.Azərbaycan üçün də həm siyasi, həm də strateji baxımdan  BP-nin səhmlərinin kimin alması önəmlidir. Belə ki, səhmlərin Azərbaycan üçün arzuolunmayan dövlətlər tərəfindən alınması BP ilə Azərbaycan arasında münasibətlərə təsir edə bilər”.

 İqtisadçı hesab edir ki, Azərbaycan üçün səhmlərin alınmasının dost dövlətlər və şirkətlər tərəfindən həyata keçirilməsi  məqsədəuyğundir.

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.