İSİM Neft Fondunun xərclərinin monitorinqini aparacaq  

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin  maliyyə dəstəyi ilə Dövlət Neft Fondunun vəsaitləri hesabına indiyə qədər maliyyələşdirilən layihələrin monitorinqinin aparılması ilə  bağlı proqramın icrasına başlayıb.Proqramın əməkdaşı Leyla Əliyevanın verdiyi məlumata  görə, icrası  8 ay davam edəcək  layihənin məqsədi neft pullarının Azərbaycan iqtisadiyyatına təsirlərini artırmaq, ondan  daha səmərəli istifadə edilməsi  yollarını müəyyənləşdirməkdir. Məlum olur ki, göstərilən müddətdə Neft Fondunun maliyyəşdirdiyi layihələrin monitorinqinin aparılması məqsədilə monitorinq qrupu yaradılacaq.  Qrupun əməkdaşlarıının  layihələrin icra edildiyi bölgələrə səfərləri təşkil olunacaq.  Monitorinq qrupu həmçinin layihələr üzrə vəsaitlərin  xərclənməsi və bu zaman “Dövlət Satınalmaları və Azərbaycan Respublikasının digər qanunvericiliklərinin tələblərinin  qorunub-qorunmaması məsələlərini araşdıracaq. Layihələ üzrə keçirilən tenderlər inkişaf etmiş ölkələrin, eləcə də qonşu ölkələrin təcrübələri ilə müqayisə ediləcək: “Layihə neft vəsaitlərinin xərclənməsində səmərəliliyin, şəffaflığın  artırılması məqsədini daşıyır. Məqsəd həm də neft vəsaitlərinin xərclənməsindəki mövcud problemləri aşkar etmək,  həmin problemlərin aradan qaldırılması, tenderlərin daha  şəffaf keçirilməsi   yönündə təkliflər paketi hazırlamaqdır. Layihə çərçivəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi də nəzərdə tutulub. O cümlədən monitorinqlər, soğular və müşahidələr nəticəsində əldə edilən materiallar əsasında hesabat hazırlanacaq. Hansıki həmin hesabat dövlət, qeyri hökümət və  müstəqil ekspertlərin iştirakı ilə təşkil olunacaq dəyirmi masalarda müzakirə ediləcək”.

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.