İpoteka Fondunun yeni “Standart tələblər”i nələri vəd edir?

 

İpoteka Fondu “Standart tələblər”ə əlavə və dəyişikliklər edib. Nəticədə ipoteka kreditlərinin şərtləri ağırlaşdırılıb.  Xatırladaq ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi hələ bir müddət əvvəl fondun  kreditlərin verilməsi şərtlərinə əlavə və dəyişikliklər etməsi barədə məlumat yaymışdı.Sadəcə həmin ərəfədə İpoteka Fondu dəyişikliklərirəsmiləşdirsə də  ictimailəşdirməmişdi.

Nəzərə çatdıraq ki,  kreditlərin verilməsi üçün mövcud “Standart tələblər”ə 6 əlavə, dəyişikliklər edilib. Yeniliklərə görə, bundan sonra depozit üzrə faizlər, icarə haqqı, digər sabit gəlirlərin, kreditin verilməsi üçün tələb olunan minimum aylıq gəlirin ən çoxu 30 faizi məbləğində nəzərə alınacaq. Yeni qaydalarda ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlakın bir hissəsinin ipoteka predmeti ola bilməməsi, həmçinin ipoteka kreditinin maksimal məbləğinin ipoteka predmetinin likvid qiymətindən çox olmaması tələbi qoyulub.

Bundan əlavə, borc alanın yaxın qohumlarının siyahısına bacı və qardaşlar, ər, arvad daxil edilib. Əlavə və dəyişikliklərdə gəlirlərə dair tələblər ciddiləşdirilmiş, tələb hüquqları yenidən müəyyənləşdirilib. Həmçinin ödənişlərin gecikdirilməsi səbəbindən imtina edilmiş ipoteka kreditləri üzrə yenidən müraciətin gecikdirmələrin aradan qaldırılmasından yalnız 3 ay sonra edilməsi qərara alınıb. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün ən azı son iki illik dövr ərzində sabit maliyyə gəlirlərinin olması barədə rəsmi sənədlərin  təqdim olunması da  irəli sürülüb. Dəyişikliklərdən biri isə borcalanın, yəni kredit götürənin iş yerinin şübhə doğurduğu halda  Dövlət Sosial Müdafiə Fondundan həmin vətəndaşın şəxsi hesabından çıxarışın  tələb olunmasıdır.

Bu arada bildirək ki, Mərkəzi Bank rəhbərliyi dəfələrlə açıqlamalarında ipoteka kreditlərinin şərtlərinə dəyişikliklər olunmayacağını bildiriblər.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki, son dəyişikliklər ipoteka proqramı üçün “Standart tələblər”in formalaşmasına deyil, ipoteka kreditlərindən istifadə edənlərin dairəsinin minimumlaşdırılmasına,  kasıbların kreditlərə əlçatanlığının azalmasına xidmət edir. Bütün hallarda  ipoteka kreditlərinin verilməsi üzrə risqin azaldılması heç də ipoteka kreditlərinin şərtlərinin ağırlaşdırılması anlamına gəlməməlidir. Nəzərə almaq lazımdır ki, ipoteka kreditləri üzrə faiz dərəcələrinin yüksək olması kreditlərin qaytarılması ilə bağlı müəyyən risqin yaranmasına gətirib çıxarır”.

“Maksimal məbləğ limitləşdirilib, şərtlər ağırlaşdırılıb”

Məlumat üçün bildirək ki, adi ipoteka kreditləri 8, güzəştli ipoteka kreditləri 4 faizlə təqdim olunur. Adi ipoteka kreditlərində maksimal  məbləğ 50 000, güzəştli ipoteka kreditlərində isə  35 000 manatdır. Kreditın 15 faizi əvvəlcədən ödənilməklə birincidə 25 il, ikinci sistemdə isə 35 il müddətinə verilir. İqtisadçı bildirir ki, müəyyənləşdirilən şərtlər orta təbəqənin kreditlərdən istifadəsinə imkan yaratmır:” “Standart tələblər”in tətbiqinin əsas məqsədi kimi risklərin azaldılması göstərilsə də  bu, ipoteka predmeti olan əmlakla bağlı seçim imkanlarını xeyli çətinləşdirir.  Yeni qaydalara görə  ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlakın bir hissəsi ipoteka kreditinin peredmeti ola bilməz. Yəni həmin daşınmaz əmlakın ipoteka krediti  vasitəsilə alınması qeyri-mümkündür. Başqa tərəfdən əgər əvvəlki şərtlərdə kreditin bazar qiymətinə uyğun məbləği hesablanırdısa, hazırki dəyişikliklərlə əlaqədar burada əmlakın likvid qiyməti nəzərə alınır.. Bu da ipoteka kreditində maksimal məbləğin limitləşdirilməsinə,ipoteka kreditindən istifadə edərək mənzil alan vətəndaşların daha ağır şərtlərlə kredit götürməsinə gətirib çıxarır”.

Arayışların sayı artırılıb

Ekspert deyir ki, baxmayaraq borc alanın yaxın qohumlarının siyahısına bacı, qardaş, ər, arvad daxil edilib,gəlirlərlə bağlı   şərtlərin sərtləşdirilməsi diqqəti çəkir: “Dəyişikliklərdən  biri  ipoteka krediti alan zaman sosial ödənişlərlə bağlı arayışın tələb edilməsidir. Bu vətəndaşlardan tələb olunan arayışların sayının artması deməkdir.Təəssüf ki, İpoteka Fondu kreditlərin verilməsi şərtlərinin təkmilləşdirilməsi ilə bağlı dəyişikliklər etməyib. Mərkəzi Bank ipoteka şərtlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər paketi hazırlandığını, hətta sənədin Nazirlər Kabinetinə təqdim edildiyini bildirsə də kreditlərin verilməsində əvvəlki şərtlərin əksəriyyəti saxlanılmaqla şərtlərin ağırlaşdırılması müşahidə olunur”.   

V.Bayramovun sözlərinə görə, İpoteka Fondu kreditlərə tələbatın azalmadığını bəyan edir. Lakin problemli kreditlər məsələsi göstərir ki, kreditlərin verilməsi zamanı şərtlərin asanlaşdırılması, təkmilləşdirilməsi olduqca vacibdir. “İpoteka proqramı yalnız vətəndaşların ipoteka krediti ilə təminatına ünvanlanmamalıdır” deyən mütəxəssis bildirir ki, bu proqram həmçinin tikinti , daşınmaz əmlak bazarı  sektorlarında canlanmanın yaranmasına xidmət etməlidir: “Proqram kreditlər üzrə fazilərin vaxtında ödənilməsinə imkan verməlidir”.

Regionlarda əhalinin kreditlərə çıxışı niyə zəifdir?

 

 

Yeni dəyişikliklərdə diqqəti çəkən məsələlərdən biri də kreditlərin maksimum məbləğinin dəyişdirilməməsidir: “Sosial ipoteka kreditləri üzrə maksimum məbləğin 35 min manat olması həmin kreditdən daha səmərəli istifadə edilməsinə imkan vermir. Məbləğin azlığı proqramın tikinti, eləcə də mənzil bazarına effektini  minimumlaşdırır”.   

İqtisadçıya görə, tikinti sektorunda dövriyyəyə təsit etmək baxımından proqramın maliyyələşdirilməsi üçün nəzərdə tutulan məbləğ də o qədər də yüksək deyil.O ki qaldı, kreditlərə təkcə paytaxt əhalisinin deyil, regionların da çıxış imkanlarına, V.Bayramov deyir ki, istər adi, istərsə də güzəştli ipoteka kreditləri bütövlükdə ölkə üçün nəzərdə tutulub: “Rayonlarda əhalinin proqramdan yararlanmasının zəif olmasının səbəbi məlumatlılıq səviyyəsinin aşağı olması ilə bağlıdır. Digər tərəfdən banklar  regionlara kredit verilməsində maraqlı deyillər. Çünki girov qaytarıla bilmədiyi halda mənzilin satılmasında müəyyən problemlər yaşana bilər. Səbəblərdən biri də regionlarda yaşayanların orta aylıq əməkhaqqlarının azlığıdır. Proqramın indiki şərtləri daxilində regionlarda yaşayanlar proqramın indiki şərtləri daxilində kredit götürə bilmirlər”.

 

 

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.