|
Güzəştli ipoteka kreditlərinə büdcədən əlavə vəsait
ayrıla bilərmi?
Vüqar
Bayramov: “İlin ikinci yarısında “Büdcə sistemi
haqqında qanun”a dəyişikliklər mümkün deyil”
“Bu il üçün dövlət büdcəsindən sosial ipoteka
layihələrinin maliyyələşdirilməsi məqsədilə aylıran
14 mln. manat vəsait hələlik bitməyib. Eyni zamanda
büdcədən müxtəlif sosial layihələrin reallaşmasına
vəsait ayırmaları da başa çatmayıb”. Bunu Mərkəzi
Bank sədrinin müavini Aftandil Babayev itv.az-a açıqlamasında
deyib. Hazirda bazarda sosial ipotekaya daha çox
tələbatın olduğunu vurğulayan A.Babayev mexanizmin
dayanıqlığı üçün dövlət büdcəsindən əlavə
vəsaitlərin cəlbini zəruri sayıb. Hətta bu barədə
Mərkəzi Bankın hökumətə öz təkliflərini
göndərdiyini söyləyib.
Onu da xatırladaq ki, bir neçə gün əvvəl MB sədri
Elman Rüstəmov
İpoteka Fondunun dövlət büdcəsindən ayrılan vəsaiti
xərcləyib qurtardığını bəyan etmişdi. Məlum olmuşdu
ki, fondda güzəştli ipoteka kreditlərinin verilməsi
üçün vəsait qalmayıb.
Qeyd edək ki, yaxin müddətə sosial ipotekanin
şərtlərində hansisa dəyişikliklər nəzərdə tutulmur.
Hərçənd ki, sosial ipotekanin maksimum həddi 35
min manatdir. Daşınmaz əmlakın hazırki qiymətləri
ilə isə göstərilən məbləğə ev almaq mümkün deyil.
İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, güzəştli
ipoteka kreditləri üçün 2010-cu ildə 14 milyon manat
vəsaitin ayrılması nəzərdə tutulubsa, yenidən vəsait
ayrılması qeyri-mümkündür: “Büdcə sistemi haqqında
qanun”a görə ilin ikinci yarısında güzəştli ipoteka
kreditlərinin verilməsinə büdcədən əlavə vəsait
ayrıla bilməz. O baxımdan Mərkəzi Bankın dövlət
büdcəsindən necə əlavə vəsait alacağı qaranlıqdır”.
Mütəxəssis hesab edir ki, sosial ipoteka
kreditlərinə ayrılan vəsaitin xərclənməsi bu
istiqamətdə dövlət büdcəsindən ayrılan vəsaitin
kiçik olması ilə bağlıdır: “Xatırladım ki, güzəştli
ipoteka kreditləri üzrə cari ilin büdcəsindən 14
milyon manat ayrılıb. Adi ipoteka kreditləri üzrə 75
milyon manat vəsaitin xərclənməsi nəzərdə tutulub”.
Ekspert deyir ki, əgər Mərkəzi Bank 2010-cu ildə
güzəştli ipoteka kreditlərinin verilməsi üçün
ayrılan vəsaiti tam həcmdə xərcləyibsə, büdcədən bu
istiqamətə yenidən vəsait ayrıla bilməz. Onun
sözlərinə görə, bunun üçün 2010-cu ilin dövlət
büdcəsinə əlavə dəyişikliklər edilməlidir: “İlin
ikinci yarısında isə “Büdcə sistemi haqqında qanun”a
dəyişikliklərin edilməsi mümkün deyil.Mərkəzi Bank
dövlət büdcəsindən İpoteka Fonduna ayrılan vəsaitin
bir hissəsini xərcləyibsə o zaman əlavə vəsaitin
ayrıla bilərdi. Lakin qurumun açıqlamalarından bəlli
olur ki, vəsaitin hamısı xərclənib.Ötən il, eləcə də
ipoteka bumunun yaşandığı 2007-ci ildə güzəştli
ipoteka kreditlərinə maraq adi ipoteka kreditlərinə
nisbətən aşağı idi. Bu da onunla bağlı idi ki,
güzəştli ipoteka kreditlərinın faiz dərəcəsi aşağı
olsa da maksimum məbləğ xeyli aşağıdır”.
Adi ipoteka kreditləri üzrə maksimum məbləğin 50
min, güzəştli ipoteka kreditləri üzrə isə 35 min
manat olduğunu xatırladan mütəxəssisin sözlərinə
görə, 35 min manat mənzil alınması baxımından
ciddi rəqəm hesab oluna bilməz: “İndiki halda adi
ipoteka kreditlərinə marağın az olması və diqqətin
vətəndaşların heç də hamısının istifadə edə
bilmədikləri güzəştli ipoteka kreditlərinə
yönəldilməsi adi ipoteka kreditlərinin faiz
dərəcələrinin əlçatan olmamasından irəli gəlirr.
Praktiki orta təbəqə adi ipoteka kreditlərindən
istifadə etmək imkanlarına malik deyil”.
Bir sıra inkişaf etməkdə olan ölkələrdə sosial
mənzil proqramlarının – hökümətin dövlət büdcəsi
hesabına mənzilləri inşa etməsinin həyata
keçırıldiyini vurğulayan ekspert deyir ki, həmin
mənzillər müəyyən müddət ərzində maya dəyəri
ödənilməklə vətəndaşlara təklif edilir. V.Bayramovun
fikrincə, bu tip proqramlar ipoteka kreditlərinə
nisbətən daha əlverişli və əlçatandır: “Azərbaycanda
sosial mənzil proqramlarının tətbiq olunmadığını
nəzərə alsaq adi ipoteka kreditlərinin faiz
dərəcələri yüksək hesab edilməlidir. Hətta güzəştli
ipoteka kreditlərinin faiz dərəcələri qonşu
ölkələrin adi ipoteka kreditlərinin fazi dərəcələri
ilə müqayisəyə gəlmir”.
V.Bayramov Azərbaycanda həyata keçirilən ipoteka
proqramının kifayət qədər bahalı olduğunu düşünür.
|