Əmanətlər 2011-ci ildə də qaytarılmayacaq

Azərbaycanda sovet banklarında qalmış əmanətlərin sahiblərinə qaytarılması ilə bağlı qanun layihəsi hazırlanıb. Bu haqda məlumat verən iqtisadçı millət vəkili Nazim Məmmədov bildirib ki, sənəd Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Əli Məsimli tərəfindən hazırlanıb. Orada vəsaitlərin 6 il müddətində 3 mərhələdə sahiblərinə qaytarılmasını nəzərdə tutub. Layihənin yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılacağı gözlənilir. Artıq sənəd parlamentdə yaradılmış işçi qrupa təqdim olunub.

Deputat həmçinin deyib ki, əhalinin sovet banklarında batmış əmanətlərinin qaytarılmasının hüquqi bazasını təşkil edən bu sənəd MDB məkanında hazırlanmış ən mükəmməl qanun layihəsi sayıla bilər. Azərbaycan batmış əmanətlərin qaytarılması ilə bağlı Litva modelinə üstünlük verib. Layihəyə əsasən, batmış əmanətin 3 rubla 1 manat nisbətində qaytarılmasını nəzərdə tutur. Bu vəsaitin ödənilməsi üçün isə təxminən 1,1 milyard manata ehtiyac olacaq.

Nəzərə çatdıraq ki, cari ilin büdcəsindən əmanətlərin qaytarılmasına vəsait ayrılmayıb. Onu da bildirək ki, hökümət əhalinin sovet banklarında batmış əmanətlərinin qaytarılması ilə bağlı 1991-ci ildə üzərinə öhdəlik götürüb. 1992-ci il yanvarın 1-ə qədər sovet əmanət banklarında 1 milyon 986 min 104 nəfər Azərbaycan vətəndaşının pulu olub. Göründüyü kimi, istər əmanətlərin həcmi, istərsə də əmanətçilərin sayı kifayət qədər ciddi rəqəmdən xəbər verir”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki, hətta layihə formasında  olsa da belə qanunun  hazırlanması təqdirəlayiqdir: “Əmanətlərin qaytarılması ilə bağlı hüquqi bazanın olması  vacibdir. Baza formalaşmadan əmanətlərin qaytarılmasını həyata keçirmək mümkün deyil. Hazırlandığı qeyd edilən qanun layihəsində hansı məsələlərin əhatə edildiyi bəlli olmadığından qanun layihəsini qiymətləndirmək mümkün deyil. Amma qanun layihəsi daha çox əmanətlərin qaytarılması metodlarını müəyyənləşdirməlidir. Sovet dövründə banklara əmanətlərin rubl formasında yerləşdirildiyini nəzərə alsaq o baxımdan əmanətlərin manata necə indeksasiyası məsələsi layihədə əksini tapmalıdır”.

Ekspertin fikrincə, bu gün əmanətlərin qaytarılmasının yubanması heç də qanunvericilik və  maliyyə bazasının olmaması əlaqədar deyil: “Əmanətlərin qaytarılmasına mane olan kifayət obyektiv problemlər   mövcuddur.”   Bətəndaşların sovet dövründə banklarda batmış    əmanətlərinin qaytarılması ilə bağlı maliyyə imkanlarının kifayət qədər böyük olduğunu deyən V.Bayramov bildirir  ki, problem bəzi  məsələlərin açıq qalmasındadır: “Bir sıra əmanətlər üzrə arxiv materialları  məhv olub. Bunun da əsas səbəbi həmin arxiv materiallarının işğal altındakı ərazilərdə olmasındadır.İşğal altındakı ərazilərdə fəaliyyət göstərən əmanət banklarına yerləşdirilmiş  əmanətlərin tam məbləği ilə bağlı  informasiya yoxdur. Bu da məcburi köçkünlərə ödəniləcək  vəsaitlərin hesablanması yönündə ciddi problemlər yaradır. Problemin başqa tərəfi əmanətlərin qaytarılmasına başlanılacağı halda sovet dövründə  Azərbaycanda yaşamış, hal hazırda işğal edilmiş ərazilərdə yaşayan və eləcə də burdan Ermənistana köçən  ermənilərin öz əmanətlərini geri tələb etməsi ehtimalıdır. Belə halda onlara vəsaitlərin ödənilməsi kifayət qədər problematikdir”.

 

Mütəxəssisin sözlərində görə, sovet dövründə çap edilən əmanət kitabçalarının təhlükəsizlik kodları yoxdur: “Saxta əmək kitabçalarının hazırlana bilər. Analoji hala Ukraynada tez-tez rast gəlindiyi üçün bu ölkədə əmanətlərin qaytarılması ilə bağlı proses 5 dəfə təxirə salınıb. O baxımdan əmanətlərin qaytarılması istiqamətimdə hüquqi  bazanın formalaşması gərəkli olsa da   bir sıra problemlərin həlli də vacibdir. Güman edilir ki, əmanətlərin qaytarılması  narazılıqların yaranmasına gətirib çıxaracaq. Belə ki, həm ideksasiya, həm də əmanətlərin alınması prosesində narazılıqlar qaçılmazdır. MDB ölkələrinin təcrübəsi göstərir ki, bəzi hallarda əmanətlərin qaytarılması ilə bağlı problemlər Avropa Məhkəməsi səviyyəsinə qədər yüksəlir”.

 

V.Bayramov  qanun layihəsi qəbul olunsa belə, 2010-cu ildə əmanətlərin  qaytarılacağını mümkün saymır: “Əvvəla  bu istiqamətdə büdcədən vəsait nəzərdə tutulmayıb. İlin ikinci yarısında büdcəyə dəyişiklik münkün deyil. Eləcə də ilin sonuna prosesi  tamamlamaqda mümkünsüzdür”.

İqtisadçı nəinki 2010-cu ildə  hətta 2011-ci ildə də əmanətlərin qaytarılacağının inandığıcı görsənmədiyini hesab edir: “Yuxarıda qeyd edilən problemləri həll etmədən vəsaitlərin qaytarılması fəsadlar yaradacaq”.

Bu arada hazırda əmanətlərin qaytarılması mexanizmi ilə bağlı ən çox Litva təcrübəsi önə çəkilir. V. Bayramov Litvanın  prosesə SSRİ dağılandan qısa müddət sonra başladığını söyləyir: “Bu ölkədə  əmanətlərin qaytarılması vəsaitin birbaşa əhaliyə ödənilməsi şəkilində həyata keçirilib. Litva hökuməti öz vətəndaşlarına 1 milyard litdən artıq vəsait ödəyib. Rusiyada əmanətlərin ödənilməsinə 1995-ci ildən başlanılıb və ilk növbədə 1950-ci ilədək anadan olanların pulları qaytarılıb. Daha sonra isə əlillərə, veteranlara vəsait ödənilib. Qırğızıstanda əmanətlərin ödənilməsi ilə bağlı fərman 1997-ci il iyunun 2-də imzalanıb. Həmin qanuna görə əmanətlər 4 qrup üzrə təsnifləşdirilib:

 

2500 rubladək əmanətlərə 1 rubla 1 som

2501-5000 rubladək olan əmanətlərə 20 rubla 1 som

5001-10000 rubladək olan əmanətlərə 30 rubla 1 som

10000 rubldan çox əmanətlərə 40 rubla 1 som.

 

Moldovada əmanətlərin qaytarılmasına 2003-cü ildən başlanılıb. Qanunla 1000 rubladək əmanətlərin 1 rubluna 1 ley, 1000 rubldan yuxarı olan qalıq əmanətlərin hər 2,5 rubluna 1 ley qaytarılıb. Qazaxıstanda 1996-1997-cü illərdə sosial cəhətdən zəif olan təbəqələrinə əmanətlərin qaytarılması həyata keçirilib. 2003-cü ildəsə qalan əmanətlər nağd deyil çeklər şəkilində əhaliyə qaytarılıb”.

 

Mütəxəssisin rəyinə görə,  Azərbaycanda sovet dövrü əmanət bankına yatrılan əmanətlərin strukturu onların indeksləşdirilməsini asanlaşdırır: “Əmanətlərin 60 faizə qədəri 2000 rubladək olan əmanətlərdir. Dəyəri 10 000 rubldan çox olanların xüsusi çəkisi isə 15 faizdən azdır. Belə olan halda isə sitər sosial ədalət, istərsə də əmanətçilərin hüquqlarının qorunması baxımından ilk 1000 rubladək olan əmanətlərin indeksləşdirmədə rubl/manat asılılığının böyük olmaması əsas şərtlərdəndir. Çünki əks halda əhalinin az həcmdə əmanətlərinə sahib olan hissəsinin prosesdən faydalanmaq imkanları məhdudlaşacaq”. İSİM rəhbəri əmanətlərin indeksləşdirmə sistemi ilə bağlı aşağıdakı sistemi təklif etdi:

 

1000 rubladək olan əmanətlər

Hər 2 rubla

  1 manat

1000-2000 rubl arasındakı əmanətlərə 

Hər 4 rubla 

  1 manat

 

2000-5000 rubl arasındakı əmanətlərə

Hər 6 rubla

  1 manat

5000-10000 rubl arasındakı əmanətlərə

Hər 8 rubla

   1 manat

 

10000 rubldan artıq əmanətlərə

Hər  10  rubla

    1 manat

 

     

V.Bayramov bildirir ki, əmanətlərin qaytarılması  bu sistemə uyğun həyata keçirilsə, tələb olunan məbləğ  900 milyon manat, prosesin icra müddəti 3 il təşkil edəcək: “Sovet dövründə əmanət banklarına qoyulan əmanətlərin interval şəkildə əhaliyə qaytarılması kifayət qədər vacibdir. Məsələ ondadır ki, bununla əhalinin az əmanətə malik olan hissəsinin prosesdən faydalanmasını təmin etmək olar. Vahid dərəcələrin təyin edilməsi isə ilk minliyə sahib olanların hüquqlarının qorunmasına gətirib çıxarar.Prosesin başqa tərəfi, ödənişlərin hansı formada aparılmasıdır. İstər MDB ölkələrinin təcrübəsi, istərsə də Azərbaycanda son illər İstehlak Malları İndeksinin artması əmanətlərin yalnız nağd formada qaytarılmasını mümkünsüz edir”.

 

 

 

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.