İSİM  Dünya Bankının parlamentlərarası şəbəkəsinə üzv qəbul edilib
MDB-dən yalnız 2 mərkəzə üstünlük verilib 

 

 İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) Dünya Bankının parlamentlərarası şəbəkəsinə üzv qəbul olunub. Qeyd edək bununla bağlı qərar şəbəkənin Stokholmda keçirilən ümumyığıncağında verilib. Əvvəllər parlamentlərlə işləyən  şəbəkə bu ildən dünyanın bir sıra beyin və biznes mərkəzləri ilə işləmək qərarına gəlib. Hansıki, həmin beyin mərkəzləri arasında Avstraliyanın Beynəlxalq İnkişaf Mərkəzi, ABŞ-ın Qlobal İnkişaf Şəbəkəsi, Fransanın Qlobal Məsələlər üzrə Tədqiqat Mərkəzi, İqtisadi və Sosial İnkişaf Mərkəzi (Azərbaycan), Rusiyanın Strateji Araşdırmalar Mərkəzi, eləcə də İsveçin Beynəlxalq Araşdırmalar Mərkəzi  var. Göründüyü kimi MDB məkanından yalnız 2 mərkəz - Rusiyadan  Strateji Araşdırmalar Mərkəzi, Azərbaycandan İqtisadi və Sosial İnkişaf Mərkəzi şəbəkəyə cəlb ediliblər.

Məlumat üçün bildirək ki, Dünya Bankının parlamentlərarası şəbəkəsi 2000-ci ildə yaradılıb. Şəbəkə Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və bir sıra beynəlxalq qurumlar tərəfindən dəstəklənir. 

 Şəbəkənin tarixində ilk dəfə olaraq beyin mərkəzləri ilə işləməyə qərar verildiyini söyləyən İSİM rəhbəri Vüqar Bayramov deyir ki, seçim şəbəkənin  özü tərəfindən aparılıb: “Bu zaman mərkəzlərin müraciəti olmayıb. Şəbəkənin apardığı tədqiqatlar nəticəsində dünyanın müxtəlif ölkələrində yerləşən  7 mərkəzlə işləmək qərarı verilib. İqtisadi və Sosial İnkişaf Mərkəzinin şəbəkəyə üzv seçilməsi bütün hallarda müsbət haldır. Bu regional məsələlərdə Azərbaycanla bağlı lobbiçilik imkanlarının  genişləndirilməsinə imkan verəcək”.

V.Bayramovun sözlərinə görə, şəbəkənin yaradılmasında, eyni zamanda  idarə edilməsində dünyanın tanınmış iqtisadçıları və  “Nobel” mükafatı almış 4 iqtisadçı iştirak edib: “Şəbəkə Dünya Bankına üzv olan bütün ölkələrin parlamentləri və deputat  qurumları ilə əməkdaşlıq edir. Parlamentlərarası şəbəkənin son məlumatına görə, ceçilmiş beyin mərkəzlərinin əməkdaşları yaxın zamanlarda Bürseldə bir araya gələcəklər. Orada əməkdaşlıq məsələləri müzakirə ediləcək.O cümlədən gələcəkdə  şəbəkənin fəaliyyətinə beyin  mərkəzlərinin cəlb olunması ilə bağlı  razılıq əldə ediləcək”.

İqtisadçı bildirir ki,  beyin mərkəzləri şəbəkə daxilində Dünya Bankının regional fəaliyyətlərinin genişləndirilməsinə cəlb olunacaq: “Dünya Bankının regionda fəaliyyətinin genişləndirilməsi ilə bağlı töhvlərin verilməsi gözlənilir”.

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.