Taxıl qıtlığı çörəyin qiymətini bahalaşdıracaq
Vüqar Bayramov: “Azalma yalnız taxıl istehsalında  deyil, əksər kənd təsərrüfatı  məhsullarında da olacaq”

 

 Bu il Azərbaycanda taxıl istehsalı 15 faiz azalacaq. Bu barədə kənd təsərrüfatı naziri İsmət Abasov məlumat verib. Onun sözlərinə görə, bu, ötən il taxıl sahələrinin azalması və havaların qeyri-sabit keçməsi ilə əlaqədardır. Azalma daha çox buğda sahələrində müşahidə olunub.

İ. Abasov bildirib ki, Azərbaycanın Kür və Araz çaylarında baş vermiş daşqınlar nəticəsində təxminən 60 min hektar əkin və örüş sahəsinə ziyan dəyib: “Bunun 26 min hektardan çox hissəsini taxıl, 22,8 min hektarını yonca, qalan hissəsini kartof, bostan, şəkər çuğunduru və digər məhsul sahələri təşkil edir”.Nazir deyib ki, hazırda dəyən ziyanın məbləği araşdırılır: “Kompensasiyanın verilməsi hökumət tərəfindən həyata keçirilir. Bu, fövqəladə hal olduğundan, kompensasiyaların verilməsi də Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçiriləcək”.

Yeri gəlmişkən İ.Abbasov  daşqınlardan istifadə edərək  bazarlarda bəzi bostan və tərəvəz məhsullarının qiymət artımının yaradılması barədə deyilənlərlə də razılaşmayıb. Qiymətlərin müəyyən qədər aşağı düşdüyünü deyən İ. Abasovun sözlərinə görə, bu gün bostan və tərəvəz məhsullarının satış qiyməti 2009-cu ildə mövcud olan qiymətlərdən yuxarı deyil. Hərçənd ki, araşdırmalar bunun əksini göstərir. Belə ki, ötən illə müqayisədə meyvə, tərəvəz baha, o cümlədən qıtdır. 

 

İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, azalma yalnız taxıl istehsalında  deyil, əksər kənd təsərrüfatı  məhsullarında da olacaq: “ Bu həm subsidiyaların yubanması, strateji məhsulların alışı ilə baglı ötən il buraxılan səhvlər və elecə də sel və daşqınlarla baglıdır. Ötən il taxıl alışında  müşahidə  edilən problemlər fermerlərdə strateji məhsulların istehsalına marağı azaltdı. Aqrar məhsul istehsalındakı azalmlar əslində kənd təsərrüfatı sektoruna kompleks yanaşmanı  tələb edir. Əks halda ölkənin kənd təsərrufati mehsullarının istehlakında idxaldan asıllıgın güclənməsi qaçılmaz olacaq. Aqrar sektorla  baglı siyasətin yenidən işlənməsinə ehtiyac var”.

 

Onun fikrincə, məhsul  istehsalının azalması bazarlara təsirsiz ötüşməyəcək. 2010-ci ilin yayında kənd təsərrüfatı məhsulları son 10 ildə ən yüksək qiymətə satılacaq: “Məhsul qıtlığı  artıq bazara təsir göstərməkdədir . Neftin dunya bazar qiymətindəki artımlar idxal olunan kənd təsərrüfatı  məhsullarının da qiymətini artiracaq. Qiymət artımları ilin sonunadək davam edecək. Taxıl istehsalınən azalmasi payızda çörəyin qiymətinin qalxmasina gətirib çıxara bilər. Çünki payızadək ehtiyat taxılın qutarması gözlənilir və bu il taxil istehsalının azalması bu məhsulların idxalını artıracaq ki, bu da ölkə daxilində buğdanın qiymətinin yüksəlməsinə səbəb olacaq. O  zaman ya çörəyin qiymətində artım müşahidə ediləcək, ya da "ənənəvi metoddan"  istifadə ediləcək-çörəyin çəkisi azaldılacaq”.

 

Mütəxəssis  bir sıra məhsulların, eləcə də ərzağın qiymətində artımların iyul ayından başlayaraq  müşahidə ediləcəyini deyir: “Bu həm də büdcəyə yenidən baxılması və əlavə, dəyişikliklərin edilməsi nəticəsində bir sıra xərc maddələrinin artırılması ilə bağlı olacaq”.

Cari ildə  fermerlərə çatacaq subsidiyaların onlar tərəfindən vaxtında  alınmadığını xatırladan ekspert yaranmış vəziyyətin əkinlə bağlı müəyyən problemlər yaratdığını əlavə etdi: “ Belə ki, əkin sahələri və məhsul istehsalı azaldı. Bu sektorda paytaxt bazarlarına çıxışla bağlı maneələr qalmaqdadır. Güman edilir ki, həmin kənd təsərrüfatı sektorunda inhisarın qalması, bir sıra məhsulları üzrə əkin sahələrinin azalması, iqlim faktoru kənd təsərrüfarı məhsullarında bahalaşması  ilə nəticələnəcək”.

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.