|
ÜTT-yə bu il də üzv ola bilməyəcəyik
Azərbaycan ABŞ və Avropa Birliyini niyə razı sala
bilmir?
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT)
üzvlüyü ilə bağlı əksər sənədlər quruma təqdim
edilib.
Nümayəndə
heyətinin rəhbəri, xarici işlər nazirinin müavini
Mahmud Məmmədquliyev deyir ki, təqdim olunan
sənədlərdə təşkilatın ünvanladığı sualların
cavabları əksini tapıb.Onun sözlərinə görə,
Azərbaycan ÜTT-yə üzvlüklə bağlı aparılan danışıqlar
çərçivəsində xidmətlər üzrə təkliflərini təqdim edib
və məhsullar üzrə yenilənmiş təkliflərin təqdim
olunmasını gözləyir: “Hələlik bizə məhsullar üzrə
yenilənmiş təkliflər təqdim olunmayıb. Onlar təqdim
olunandan sonra nəsə demək olar. Bizim əsas
vəzifəmiz məhsullar üzrə təkliflər üzərindəki işləri
yekunlaşdırıb təqdim etməkdir ki, ikitərəfli
danışıqlara başlaya bilək”.
M. Məmmədquliyev
bildirib
əgər
ölkələr
istəsələr,
onlarla
xidmətlər
üzrə
ayrıca
danışıqlar
apara
bilərlər.
Nəzərə çatdıraq ki, Azərbaycan ÜTT ilə ikitərəfli və
çoxtərəfli danısıqlara məhz bu təskilata üzv olmaq
üçün müraciət etdiyi vaxtdan, 1997-ci ildən baslayıb.
Bununla belə, ikitərəfli danısıqlarda ABS, Avropa
Birliyi, Avstraliya kimi aparıcı ölkələr ilə razılıq
əldə etmək mümkün olmayıb. Aqrar, xidmət sektorları
üzrə isçi qrupla ÜTT rəsmillərinin fikirləri
üst-üstə düsmür. Bu baxımdan,Azərbaycanın bu
təskilata nə zaman üzv olacağını proqnozlasdırmaq
çətindir. Ən əsası isə 2013-ci ildən etibarən ÜTT
ixraca yönəlik bütün subsidiyaları ləğv edəcək,
aqrar sektor üzrə subsidiya divarı getdikcə daralır
və təbii ki, bütün bunlar hökümətin iddia etdiyi
kimi “güzəstli üzv olma” ehtimalarını sıradan
çıxarır. Məlumat üçün bildirək ki, MDB ölkələrindən
Qırğızıstan, Gürcüstan, Moldova və Ermənistan artıq
ÜTT-nin üzvüdürlər.
Iqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar
Bayramov Azərbaycanın üzvülüklə bağlı ÜTT-yə 13
ildir müraciət etdiyini deyir: “Xidmətlər üzrə
təkliflərin təqdim edildiyi, məhsullar üzrə
yenilənmiş təkliflərin təqdim olunmasının gözləndiyi
qeyd edilsə də reallıq odur ki,Azərbaycan bu
təşkilatda söz demək imkanı olan ölkələrlə razılıq
əldə edə bilmir. Söhbət ABS, Avropa Birliyi,
Avstraliya kimi aparıcı ölkələrdən gedir. Birləşmiş
Ştatlarla və Avropa Birliyi ilə razılıq əldə
olunması Ümumdünya Ticarət Təşkilatına üzvülükdə
ciddi bir irəliləyişdir. Amma təəssüf ki, Azərbaycan
bu istiqamətdə uğura nail ola bilməyib”.
Bununla belə ekspert ÜTT-yə üzvülüyün yubanmasının
tamamilə sözügedən ölkələrlə razılığın əldə
olunmasındakı çətinliklərlə bağlamağı doğru hesab
etmir: “Azərbaycan Ümumdünya Ticarət Təşkilatına
üzvülükdə yubanmaqda maraqlıdır. Və bu hiss edilir.
Çünki qonşu dövlətlər Birləşmiş Ştatlarla və Avropa
Birliyi ilə razılıq əldə edib Ümumdünya Ticarət
Təşkilatına üzv ola biliblər. Deməli, Azərbaycanda
da təşkilata üzvülük pioritet məsələ olsa,
adıçəkilən ölkələrlə razılıq əldə edə bilər”.
Onun sözlərinə görə, ÜTT-yə üzvülüyün yubanması
yalnız obyektiv səbəblərlə - Azərbaycanın statusunun
inkişaf etmiş və ya inkişaf etməkdə olması, aqrar
sektorla bağlı yaşıl və ya sarı zənbil üzrə
danışıqların davam etdirməsi ilə bağlı deyil: “ Azərbaycanın
Ümumdünya Ticarət Təşkilatına üzvülüyü ilə bağlı
siyasi qərar olsa da, son proseslər bəzi qurumların
bu üzvülüyün ziyanları ilə bağlı müəyyən fikir
formalaşdırmağa çalışdığını göstərir. Təşkilata
üzvülüyün yubanması həmin dairələrdə süni şəkildə
formalaşdırılan fikirlə bağlıdır.Lakin bu doğru
deyil. Ümumdünya Ticarət Təşkilatına üzvülüyün
müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri var.
Belə ki, ilkin mərhələdə yerli sahibkarlar daha
ciddi rəqabətlə üz-üzə gələcəklər. Nəzrə almaq
lazımdır ki, bunun özü də aparılan danışıqlardan
asılıdır. Çünki bütün hallarda təşkilata üzv olan
ölkələrə güzəşt müddəti verilir”.
Mütəxəssis Ümumdünya Ticarət Təşkilatına
üzvülüyün şəffaflığın gücləndirilməsi,
inhisarçılığın aradan qaldırılması baxımından
kifayət qədər ciddi alət ola biləcəyini vurğulayır.
İSİM rəhbərinin fikrincə ÜTT-yə üzvülüyün
alternativi yoxdur: “Nə qədər yubatsa da belə
Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv
olmalıdır. Azərbaycanın Avropa və dünya
iqtisadiyyatına inteqrasiya məsələlərini pioritet
məsələlər sırasına daxil edib o baxımdan təbii bu
təşkilata üzvülük qaçılmazdır”.
Hazırda Azərbaycanın ikitərəfli danışıqlar
apardığını diqqətə çatdıran iqtisadçı ÜTT ilə
ikitərəfli və çoxtərəfli danışıqların
sürətləndirilməsini təklif edir: “Danışıqlar
sürətlənərsə, Azərbaycan öz mövqelərini qoruya
bilər. Əgər danışıqlar ildə bir də aparılarcaqsa, o
zaman yaxın vaxtlarda razılığın əldə edilməsi münkün
deyil”.
|