|
Qazprom" Azərbaycanın təklif etdiyi qazın hamısını
almağa hazırdır
Vüqar Bayramov: “Avropanın mövqeyindən asılı
olaraq Rusiyaya satılacaq qazın həcminin artırılması
mümkündür”
Rusiyanın “Qazprom” şirkəti Azərbaycanın təklif
etdiyi qazın hamısını almağa hazırdır.
Bunu “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller
Sankt-Peterburqda keçirilən iqtisadi forumun
yekunlarına dair keçirdiyi mətbuat konfransında
deyib. O bildirib ki, Azərbaycan nə qədər həcmdə qaz
təklif etsə, o qədər həcmdə qaz almağa hazırdırlar
və bu onlar üçün sərfəlidir.
Xatirladaq ki, Azərbaycandan Rusiyaya bu il yanvarın
1-dən etibarən ARDNŞ ilə “Qazprom” arasında bağlanan
müqavilə əsasında qaz verilir. . İxracatın başlaması
ilə əlaqədar Azərbaycan-Rusiya sərhədində "Şirvanovka"
qazölçmə stansiyası bərpa edilib. Azərbaycanla
Rusiya arasında qaz alqı-satqısı barədə ortamüddətli
müqavilə isə 14 oktyabr 2009-cu ildə Bakıda ARDNŞ və
"Qazprom" arasında imzalanıb. Müqavilə 2010-2014-cü
illəri əhatə edir. Sənədə əsasən Azərbaycan tərəfi
hər il Rusiyaya ən azı 500 milyon kubmetr həcmində
qaz ixrac edəcək. Yeri gəlmişkən müqavilədə qaz
ixracı həcminin ən yüksək həddi göstərilməyib. Ancaq
ilk vaxtlar ixrac 0,5 mlrd kubmetr olsa da, sonradan
ixracı iki dəfə artırmaq haqqında razılıq əldə
olunub. Bu il Rusiya Azərbaycandan 1 mlrd kubmetr,
2011 ildə isə 2 mlrd. kubmetr qaz alacaq.
Bu arada Rusiya "Şahdəniz" yatağının işlənməsindən
hasil olunacaq qazın hamısını almaqğa çalışır.
2008-ci ilin əvvəllərində Rusiyanın "Qazprom"
şirkəti Azərbaycana bu yöndə təklif ünvanlasa da
müsbət cavab ala bilməyib. "Qazprom" un 13 trilyon
kubmetr ehtiyatı olan "Şahdəniz" yatağının qazına
iddialı olması "Nabukko" üçün ehtiyat bazasının
əldən çıxması deməkdir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar
Bayramov deyir ki, “Qazprom" Azərbaycandan qaz
idxalını genişləndirmək niyyətindədir: “Əslində
“Qazprom" la Dövlət Neft Şirkəti arasında Azərbaycan
mavi qazının Rusiyaya nəqli ilə bağlı
danışıqlar uzunmüddət aparıldı. 2009-cu ilin
sonlarında danşıqlar nəticə verdi.2010-cu ildən
əvvəlcə yarımmilyard kubmetr , sonra isə 1 milyard
kubmetr mavi qazın Rusiyaya ötrülməsi ilə bağlı
razılıq əldə olundu. 2011-ci ildən isə bu rəqən 2
milyard kubmetrə çatdırılacaq. Bu o deməkdir ki,
“Qazprom”la razılıq əldə edildikdən bəri
Azərbaycanın Rusiyaya satdığı mavi qazın həcmi 4
dəfə artırılıb”.
Ekspertin sözlərinə görə, “Qazprom” şirkətinin
rəhbəri Aleksey Millerin Azərbaycanın təklif etdiyi
qazın hamısını almağa hazır olmaları barədə
açıqlaması həm siyasi, həm iqtisadi xarekret
daşıyır: “ “Qazprom” üçün Azərbaycan qazını almaq
iqtisadi baxımdan sərfəlidir. Çünki, “Qazprom”
Azərbaycandan aldığı mavi qazı Rusiyanın cənub
hissəsində istifadə edir. Mavi qazın Sibirdən və ya
Rusiyanın mavi qaz hasi edilən regionlarından
ölkənin cənubuna çatdırmaq “Qazprom” üçün daha
xərclidir, nəinki Azərbaycan mavi qazını Rusiyanın
cənubuna nəql etmək. Xəzər dənizi Rusiyanın
cənubuna yaxın olduğu üçün həm qaz kəmərinin
mövcudluğu, həm də məsafə yaxınlığı “Qazprom”a
Azərbaycandam mavi qaz nəqlini rentabelli edir”.
Məsələnin diğər iqtisadi tərəflərinə gəlincə,
mürəxəssis bildirir ki, əgər alınan mavi qaz
Rusiyanın cənubunda mavi qaza olan tələbatdan yüksək
olarsa, o zaman “Qazprom” qazın bir hissəsini
gələcəkdə nəzərdə tutulmuş “Cənub dəhlizi ” ilə
ixrac etmək imkanı qazanacaq: “Bunları nəzərə
aldıqda sözügedən mavi qaz anlaşması bu iqitisadi
faktordan da “Qazprom” a əlverişlidir. Amma təbii
məsələnin yalnız iqtisadi deyil, siyasi tərəfləri də
var. “Qazprom” Azərbaycan mavi qazının alınmasında
ona görə maraqlıdır ki, Avropaya satılacaq mavi qaz
qalmasın. “Qazprom” praktiki Azərbaycana Avropanın
mavi qaza görə təklif etdiyi qiymətdən daha yüksək
qiymət təklif etməyə çalışır. Nəzərə alsaq ki,
Rusiya Azərbaycana hər 1000 kubmetr üçün 250 dollar
ödəyir. Bu da Azərbaycandan mavi qaz alan ölkələr
arasında ən yüksək qiymətdir”.
Mavi qaz alışı ilə bağlı Azərbaycana ən yüksək
qiymətin “Qazprom” tətəfindən təklif edildiyini
vurğulayan ekspert bildirir ki, burada təkcə
iqtisadi deyil, siyasi maraqlar rol oynayır:
“Azərbaycanın Avropaya qaz nəql etmək imkanları
qalmasa “Qazprom” Avropadakı inhisarçı mövqeyini
qoruyub saxlayacaq. Hazırda Avropanın mavi qaza olan
tələbatının 46 faizi Rusiya vasitəsilə ödənilir.
Mərkəzi Şərqi Avropanın qz təminatının 100 faizi
“Qazprom”un payına düşür. O baxımdan “Qazprom”un
maraqlarını başa düşmək olar”.
V. Bayramov bildirir ki, “Qazprom“a daha yüksək
qiymətlə qaz satışı davam etdirilərsə, Azərbaycan
“Nabukko” və Rusiyadan kənar digər mavi qaz
layihələrində iştirak edə bilməyəcək: “Azərbaycan
“Nabukko” da iştirak edə bilməyəcəksə, kəmərə
verəcək mavi qazı qalmayacaqsa, o zaman təbii bu
layihə real olmayacaq. Buna görə “Qazprom”
Azərbaycan mavi qazının üzünü Rusiyaya çevirməyə
çalışır. “Şahdəniz” layihəsinin 2-ci fazası 2014-cü
ildə istifadəyə veriləcək. Hərçənd ki, 2012-ci ildə
isə hazır olacaq. 2014-cü ilə qədər istifadənin
yubanması birbaşa Azərbaycanın “Nabukko” da iştirakı
məsələlərinin müzakirəsi ilə bağlı idi. “Nabukko”
nun reallaşması istiqamətində razılaşma əldə
edilərsə, kəmərin 2014-cü ildən tez reallaşması
münmkün deyil. “Qazprom” daha yüksək qiymətlər
təklif edərsə, alıdğı qazın həcminə limitlər
qoymazsa mümkündür ki, Azərbaycan mavi qazını
Rusiyaya satsın. O halda “Şahdəniz”layihəsinin 2 –ci
fazasını istifadəyə vermək üçün 2014-cü ili gözləmək
lazım gəlməyəcək”.
İSİM rəhbəri Azərbaycanın birmənalı şəkildə öz
qazının Rusiyaya satacağının güman edilmədiyini
vurğulayır: “Azərbaycan bu məsələdə Avropanı incik
salmağa çalışmayacaq. Hələlik “Qazprom”
Azərbaycandan mavi qaz alışını artırmağa çalışacaq.
Əslində son bir ildə Rusiyaya qaz satışının da 4
dəfə artırılması bundan xəbər verir. Yaxın illərdə
də qaz satışında artımlar olacağı
proqnozladırılır.Lakin bu Azərbaycanın “Nabukko”ya
vəd etdiyi 9 milyard kubmetr həcminə qədər
yüksəlməyəcək”.
Ekspertin fikrincə Azərbaycan Avropada “Nabukko”nun
reallaşmamasının əsas səbəbkarı kimi görsənmək
istəmir: “Azərbaycan Avropa Birliyinin layihə ilə
bağlı son qərar verməsini gözləyir. Avropanın
mövqeyindən asılı olaraq Rusiyaya satılacaq qazın
həcminin artırılması mümkündür”.
|