|
Dolların manata
təzyiqi azalmayıb
Vüqar Bayramov: “Yumşaq devalvasiya Mərkəzi Bankın
tətbiq etdiyi görünməz və az hiss edilən
azalmalardan daha səmərəlidir”
Azərbaycanda ABŞ valyutasının rəsmi məzənnəsi son 9
ayda ən yüksək həddə qalxıb. Mərkəzi Bankın
məlumatına görə, dolların manata nisbətən rəsmi
məzənnəsi 0,8035 manat müəyyən edilib.
Bu, 7 sentyabr 2009-cu ildən bəri ən yüksək
göstəricidir. Həmin tarixdə 1 dollar indiki
səviyyədə - 0,8038 manata bərabər olub. 2010-cu ildə
dollar ilk dəfə 0,8035
manat həddinə çatıb.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar
Bayramov bildirir ki, söhbət heç də dolların manata
nisbətən məzənnəsinin ciddi şəkildə
möhkəmlənməsindən getmir: Dolların manata nisbətən
məzənnəsi 1 dollar üçün 0,835 qəpiyə qədər
yüksəlib.Məzənnənin möhkəmlənməsi deyildiyi kimi Mərkəzi
Bankın sərbəst məzənnə siyasətinə keçməsi ilə
əlaqədar deyil.Hələlik Mərkəzi Bank sərbəst məzənnə
siyasətinhə keçməklə bağlı qərar qəbul etməyib.
Praktiki bank manatın dollara məzənnəsini inzibati
yollarla saxlamağa çalışır. Rəsmi valyutada hər
hansı ciddi dəyişiklik güman edilmir“.
Manatın yumşaq devalvasiyasının tərəfdarı olduğunu
vurğulayan ekspertin sözlərinə görə, cüzi
azalmalara baxmayaraq manatın dollara nisbətən
stabil qalması və avroya nisbətən möhkəmlənməsi
Azərbaycanın qeyri neft sektorunuin inkişafını
tormuzlayır. Bundan başqa yerli istehsalçıların
ixrac qabiliyyətini aşağı salır: “Bu, dövlət
ehtiyatlarının, rezervlərinin qorunması baxımından
da kifayət qədər qorxuludur. Əslində manatın avroya
nisbətən məzənnəsinin möhkəmlənməsi dövlət
rezervlərinin kəskin azalmasına gətirib çıxarır”.
Məlum olur ki, avronun manata nisbətən
məzənnəsinin aşağı düşməsi avro ilə saxlanılan
rezervlərin manatla ifadəsində kəskin azalamalar
yaradır: “Əslində biz birmənalı şəkildə manatın
yumşaq devalvasiyasının tərəfdarıyıq. Manatın yumşaq
devalvasiyası qeyri neft sektorunun inkişafına
stimul yaratmaqla yanaşı dövlət rezervlərinin
qorunması itkilərin qarşısının alınması baxımından
da daha çevik siyasət deməkdir”.
V.Bayramov bildirir ki, manatın kəskin
ucuzlaşmasının neqativ sosial effektləri ola bilər:
“Manatın kəskin ucuzlaşmasına gedilməsə də yumşaq
məzənnə siyasəti həyata keçirilməlidir. Bu gün
manatın dollara nisbətən cüzi yumşalması yumşaq
məzənnə siyasətindən xəbər vermir.Çünkı yumşaq
məzənnə siyasəti manatın dollara nisbətən
məzənnəsinin nisbi azalmasını özündə ehtiva etmir.
Hazırda Mərkəzi Bank manatın məzənnəsini inzibati
yollarla qoruyub saxlamağa çalışır”.
Ekspertin rəyinə görə, dolların dünya bazarında
möhkəmlənməsi fonunda dolların manata təzyiqi artıb:
“Mərkəzi Bank həmin təzyiqi müəyyən qədər yumşaltmaq
üçün cüzi məzənnə azaltmalarına gedir. Halbuki bu
effektli siyasət deyil. Əvvəla yumşaq devalvasiya
Mərkəzi Bankın tətbiq etdiyi görünməz və az hiss
edilən azalmalardan daha səmərəlidir. Az hiss edilən
azalmalar dolların manata təzyiqinin azalmasına
gətirib çıxarmır. Əksinə manatın məzənnəsi ilə
bağlı insanlarda müəyyən tərddüdlərə, manatın
məzənnəsinin gələcəkdə aşağı düşəcəyi ilə bağlı
narahatçılıqlara səbəb olur. Əgər Mərkəzi Bank
yumşaq məzənnə siyasətindən istifadə edərsə, bu
dolların təzyiqini azaldar. Həm də manata olan inamı
sarsılmaz. Belə halda əhali manatın hansı
intervalda dollara nisbətən məzənnəsinin
dəyişəcəyinin biləcək”.
|