İnkişaf  etmiş ölkələr neftin  “orta qızıl” qiymətini tapıb
Gələcək 3 ildə “qara qızıl” 80 dollar ətrafında olacaq 
 

 Nyu-Yorkdakı “NYMEX” birjasında WTI markalı neftin qiyməti 0,88 dollar düşərək 76,79 dollar olub. Londondakı “ICE” birjasında isə Brent markalı neft 0,54 dollar yüksələrək 78,68 dollara çatıb. Bu gün dünya bazarlarında neftin qiymətində ucuzlaşma qeydə alınıb. “Qara qızıl”ın ucuzlaşmasına səbəb dolların yenidən bahalaşması olub.

 

Qeyd edək ki,  Dünya Bankı qarşıdakı 3 il üçün neftin qiymət proqnozlarını açıqlayıb. Proqnozlara görə, 2013-cü ilədək “qara qızıl”ın qiymətində ciddi bahalaşma gözlənilmir. Əksinə bu il orta qiymət 78 dollar 10 sent, gələn il 76 dollar 60 sent, 2012-ci ildə isə 73 dollar 90 sent təşkil edicək.

Xatırladaq ki, ötən il dünya bazarında neftin orta qiyməti 61 dollar 80 sent olub.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Dünya Bankının proqnozunun yaxın gələcək üçün real vəziyyəti göstərdi fikrindədir: “  Son günlər neftin qiymətində müəyyən artımların olmasına baxmayaraq uzunmüddətli perespektivdə “qara qızıl”ın  qiymətinin artması proqnozlaşdırılmır. Bu da birbaşa onunla bağlıdır ki, real sektorda neftə olan tələbatın artması müşahidə edilmir, Avropa Birliyində yaşanan böhrtan avrozonada neftə olan vtələbatın azalmasına gətirib çıxarıb”.

Ekspert həmçinin qeyd edir ki, avrozonada neftə tələbatın azalması birbaşa real sektordakı problemlərlə əlaqədardır: “ Yaponiyanın böhranın baş verəcəyi ilə bağlı narahatçılığı, eləcə də  bu ölkənin baş nazirinin xarici borcların kəskin artması ilə bağlı açıqlamaları orada da neftə tələbatın azalacağı yönündə müəyyən iqtisadi zəminlər yaradıb. Praktiki Yaponiya və Avropa Birliyi ölkələri daxil olmaqla inkişaf etməkdə olan ölkələrdə də neftə olan tələbat azalır”.

Tələbatın azalmasının qiymətlərə birbaşa təsir göstərdiyini vurğulayan  ekspert OPEK-in neft  hasilatının azaldılmayacağı yönündə açıqlama yaydığını xatırladır: “Bu o deməkdir ki, neftin qiymətində  azalma baş versə də hasilat azaldılmayacaq. Neftə tələbatın fonunda hasilatın azaldılmaması tələb-təklifin dəyişməməsinə gətirib çıxarır. Bu isə neftin qiymətinə təsir göstərir”.

Neftin qiymətinin uzunmüddətli dövrdə kəskin bahalaşmayacağı na dair  proqnozlara gəlincə mütəxəssisin sözlərinə görə bu həm də onunla bağlıdır ki, neftin indiki qiyməti OPEK və inkişaf etmiş ölkələr üçün arzuolunandır. Neftin bir barelinin 70-80 dollar intervalında olması inkişaf etmiş ölkələr üçün o səbəbdən arzuolunanadır.   bu həmin ölkələrdə  real sektorun inkişafına problem yaratmır. Göstərilən qiymət OPEK üçün də əhəmiyyətlidir. Digət tərəfdən , onu da nəzərə almaq lazımdır ki, neftin 1 bareli 20 dollar olduqda belə OPEK ölkələri, neft istehsal edən şirkətlər rentabelli işləyə bilirlər”.

 

V.Bayramov indiki qiymətin həm inkişaf etmiş ölkələr, həm də inkişaf etməkdə olan ölkələr üçün “orta qızıl” qiymət hesab edildiyini vurğulayır. Neftin qiymətinin kəskin artmayacağı yönündə səbəblər yalnız neftə olan tələbatın azalması və ya artması ilə bağlı deyil. Bu neftin qiymətinin qeyd edilən “qızıl ortaya” çatması ilə bağlıdır”. 

 

 

 

 

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.