Avropa Mərkəzi Bankı avronun dövriyyədən çıxacağı istiqamətindəki mübahisələrə son qoydu

Avronun məzənnəsi stabilləşməyə başlayıb

 

Son bir neçə ayda dəyərini sürətlə itirən avronun məzənnəsində atrım müşahidə edilməkdədir. Qeyd etmək yerinə düşərdi ki, avronun  məzənnəsinin dəyişməsi ilə bağlı analitiklərin münasibətləri əvvəllcədən  birmənalı deyildi.İyun ayında avronun məzənnəsində  stabilləşmə müşahidə ediləcəyi söylənilirdi. Hətta 1 avro üçün 1,26 dollar kursun olacağı proqnozlaşdırılırdı. Bildirilidi ki, avqust ayından başlayaraq avronun məzənnəsində artımlar davam edəcək. İlin sonuna doğru avro cari ilin əvvəlində olan mövqeyini bərpa edəcək.  1 avronun 1 dollar 40 sentə satılacaq.

 Bu günlərdə Avropa Birliyinin qərarı ilə  Estoniyanın  avrozonaya daxil edildiyini deyən iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə 2011-ci ilin yanvar ayının 1-dən avro bu ölkənin valyutası kimi istifadə ediləcək: “Avronun məzənnəsinin düşdüyü dövrdə Estoniyanın avrozonaya qoşulması kifayət qədər gözlənilməz oldu. Eyni zamanda  güman edilir ki, Avropa Birliyi eləcə də Avropa Mərkəzi Bankı Estoniyanın avrozonaya qoşulması ilə bağlı qərarı avronun məzənnəsinə psixoloji təsir etmək və  avronun dövriyyədən çıxacağı istiqamətindəki mübahisələrə son qoymaq üçün qəbul edib. Estoniyanın avrozonaya qəbulu Avropa ölkələri üçün hər hansı gərginlik yaratmır. Çünki, Estoniya Avropa Birliyində ən az büdcə kəsirinə malik olan ölkədir. Belə ki, Estoniyada büdcə kəsiri 2,7 faizdir. Eləcə də Avropa Birlliyi ölkələri arasında xarici borcların ümumi daxili məhsulda çəkisinə görə ən aşağı çəkiyə malikdir”.

 

V.Bayramov Estoniyanın   xarici borclarının  ÜDM-də çəkisinin 7 faizdən az oduğunu bildirir: “Estoniyanın avrozonaya qoşulması avronun məzənnəsinin aşağı dsüşməsinin qarşısının alınması, avroya inamın artırılması  baxımından Avropa Birliyi üçün əhəmiyyətli addımdır”.Ekspert son iki gündə avronun məzənnəsinin dollara nisbətən müəyyən qədər möhkəmləndiyini vurğulayır: “Son qərardan sonra 1 avro almaq üçün 1 dollar 22 sent ödəmək lazımdır. Bu avronun məzənnəsinin cüzi olsa da belə möhkəmlənməsi deməkdir. Prosesin uzunmüddətli olub-olmayacağını proqnozlaşdırmaq çətindir. Çünki bütün hallarda avronun məzənnəsinə investorların avroya inamın azalması  təsir göstərir. Başqa tərəfdən Mərkəzi Bank avronun məzənnəsinin möhkəmlənməsi ilə bağlı 750 milyard avroluq paketin ayrılması məsələsini birmənalı şəkildə təsdiqləyib. Hesab olunur ki, yaxın aylarda həmin paketin ayrılmasına başlanılacaq. Həmçinin Mərkəzi Bank avrozonada müəyyən stimullaşdırıcı tədbirlər həyata keçirməyə başlayıb. O cümlədən avronun məzənnəsi və  avrozonada problemli ölkələrin probleminin həll edilməsi məqsədilə 250 milyard  dollarlıq  kreditin ayrılması beynəlxalq maliyyə qurumlarının     müzakirə mövzusudur”.

 

Mütəxəssis avronun 5 ildən sonra dövriyyədən çıxacağı ilə bağlı deyilənlərin qəbul edilən olmadığını da diqqətə çatdırır: “Avropa Mərkəzi Bankının addımları göstərir ki, qurum birmənalı şəkildə avronun məzənnəsinin aşağı düşməsinin qarşısının alınmasına və möhkəmlənməsinə çalışır”.  Bununla belə iqtisadçı hesab etmir ki, atılan addımlar avronun məzənnəsinin ciddi şəkildə möhkəmlənməsinə gətirib çıxaracaq: “İndiki halda Avropa Mərkəzi Bankının funksiyası avronun dollara nisbətən məzənnəsinin düşməsinin qarşısının alınmasından ibarətdir. Növbəti mərhələdə avronun məzənnəsinin möhkəmlənməsi məsələləri gündəmdə ola bilər”.

Məlum olur ki, yaxın günlərdə avronun məzənnəsi  daha çox  stabilləşmə mərhələsinə qədəm qoyacaq: “Avronun məzənnəsinin dollara nisbətən kəskin  yüksələcəyi gözlənilmir. Əslində bu da Avropa Mərkəzi Bankının pioritetlərindən deyil”. 

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.