|
Rusiyaya qarşı daha bir
alternativ neft kəməri
Vüqar
Bayramov:” Bakı-Odessa-Brodı-Qdanski kəmər ilə
ixrac olunan neftin qiyməti Rusiya neftindən ucuz
olacaq”
İqtisad elmləri doktoru, Vaşinqton Universitinin
məzunu,İqtisadi və Sosial İnkişaf Mərkəzi idarə
heyətinin sədri Vüqar Bayramov Belerusiyanın aparıcı
qəzeti olan “BelQazeta” qəzetinə müsahibə verib.
“Yaxın müddətdə Aleeksandr Yukaşenkanın Azərbaycana
səfəri gözlənilir. Belarus prezidentinin səfəri
müxtəlif istiqamətlərdə ikitərəfli əlaqələrin
qurulmasına daha çox impuls verəcək”. Bu barədə
“İterfaks-Zapad” məlumat yayıb. Belarusiya
prezidentinin mətbuat xidmkətinin rəhbəri Pavel
Lekqiy isə deyib ki, bele səfər realdır lakin
müddətdən və səfərin proqramından danışmaq hələ
tezdir.
Bu arada səfər çərçıvəsində energetika sahəsində
əməkdaşlıq, həmçinin Azərbaycan neftinin Adessa-
Brodi neft kəməri vasitəsilə Belarusiyaya
çatdırılmasını nəzərdə tutan məsələlərin
müzakirə obyekti olacağı güman edilir. Azərbaycanın
Belarusiyadakı səfiri
Əli Teymuroğlu
Nağıyev də Azərbaycan
layihədə iştirak məqsədinin açıq şəkildə
bildirdiyini, ancaq başqa dövlətlərin də layihədə marağının
vacib olduğunu söyləyib.
Məlumat üçün deyək ki, Odessa-Brodı neft kəməri
2001-ci ildə tikilib.Kəmər Xəzər neftinin Rusiyanın
ərazisindən keçməməklə Avropaya çatdırılmasına
xidmət edir. İlayihənin olkin planlaşdırmasında
kəmərin Polşanın Qdanskı
şəhərinə qədər uzadılması nəzərdə tutulmayıb.
Bununla belə layihənin genişləndirilməsi
zaman-zaman gündəmdə olub. Belə ki, 2006-cı ildə
Azərbaycan prezidenti İlham Əliyevin Aleksandr
Lukaşenka ilə görüşü zamanı Xəzər neftinin
Belarusiyaya çatdırılmasına dair fikirlər
səsələndirilib. 2007-ci ildə Vilnyusda keçirilən
energetika saamitində Azərbaycan, Gürcüstan,
Latviya, Polşa və Ukraynanın dövlət neft şirkətləri
arasında “Sarmatiya” adlı birgə kampaniyanın
yaradılmasına dair saziş imzalanıb. Bu sazişə
əsasən Xəzər nefti Avropa bazarlarına Azərbaycan
Gürcüstan Ukrayna və Polşadan keçiriləcəkdi.
-
Azərbaycan neftinin Bakı-Odessa-Brodı-Qdanski
kəməri ilə Avropa və Belarusiyaya çatdırlımasının
mümkünlüyünü necə qiymətləndirirsiniz?
-
Bakı- Odessa- Brodı-Qdanski neft kəməri yalnız Xəzər
hövzəsi ölkələrinin deyil, eyni zamanda Xəzərdən
kənar yerləşən Rusiya neftinin Avropaya çatdırılması
ilə bağlı müzakirə edilən layihələrdən biridir.
Layihə yalnız Mərkəzi və Şərqi Avropaya yox, eyni
zamanda MDB üzvü olan Belarusa neftin nəqil edilməsi
məsələlərini əhatə edir. Əvvəllər bu istiqamətdə 47
milyon ton neft də göndərilsə də sonradan proses
dayandırıldı. Azərbaycanın yenidən Odessa- Brodı
kəmərinə qayıtması, Belarusa və Avropaya Azərbaycan
neftinin nəqli məzələsinin müzakirə edilməsi birbaşa
Azərbaycanın son illər neft hasilatının çoxalması
ilə bağlıdır. Praktiki Azərbaycan bu gün Bakı
–Tiflis-Ceyhan kəmərinin imkanlarından tam olaraq
istifadə edir. Neft hasilatının artması digər
alternativ kəmərlərdən istifadəni gündəmə gətirir.
Nəzərə almaq lazımdır ki, 2009-cu ildə Azərbaycanda
50,3 milyon ton neft hasil olunub. Onun da 44,4
milyon tonu ixrac edilib. 2010-2011-ci illərdə neft
hasilatının daha da artması gözlənilir. Bu birbaşa
onunla bağlıdır ki, 2009-cu ildə bir neçə neft
yataqlarının yenidən işlənməsi yönündə beynəlxalq
şirkətlərlə, o cümlədən “bp” ilə müqavilə imzalanıb.
Konkret 2010-cu ilin əvvəllərində Dövlət Neft
Şirkəti “bp” şirkəti ilə Azəri-Çıqar-Günəşli
yatağının işlənməsi istiqamətində müqavilə
imzalayıb. Çıraq neft yatağının istifadə edilməsi
razılaşdırılıb və yatağın 2013-cü ildən iistifadə
edilməsi planlaşdırılır. Güman edilir ki, Çıraq
llayihəsinin istifadəyə verilməsi neft hasilatını
təxminən 20 faiz artıracaq. Belə halda
Bakı-Tiflis-Ceyhan kəməri Azərbaycan neftini nəql
etmək üçün yetərli olmayacaq. Çünki,
Bakı-Tiflis-Ceyhanın gündəlik ötürücülük gücü 1
milyon barel təşkil edir. Yəni 2013-2014-cü ildən
əlavə yataqların istifadəyə verilməsi yeni kəmərin
istismarı məsələsini gündəmə gətirir.
- Əgər bu neft kəməri tikilərsə, Azərbaycan
kəmərin tam doldurulmasının nə vaxta təmin edə
bilər?
- Kəmərin rentabelli olması üçün ötürülən neftin
həcmi 7 milyon tondan az olmamalıdır.
Azərbaycan ötən il 44,43 milyon ton neft nəql edib.
“Qara qızıl”ın böyük hissəsi Avropaya göndərilib.
Azərbaycanın kəmərlə Avropaya 5 milyon ton neft
ötürmək imkanı var. 2 ildən sonra isə Avropaya 10
ton neft ötürmək imkanımız olacaq. İnidiki halda
halda nəzərə alsaq ki, 2009-cu ildə Azərbaycan 50,3
milyon ton neft hasil edib,2010-cu ildə hasilatın 54
milyona yüksələcəyi proqnozlaşdırılır. Cari ildə
Adessa- Brodi-Qdanski vasitəsilə neft nəql olunarsa
Azərbaycan kəmər vasitəsilə təxminən 6 milyon ton
neft ötürmək imkanına malikdir. Təbii Azərbaycan
Ukrayna, Belarus, Polşada yerləşən neftaayırma
zavodlarını, eləcə də bu ölkələrin neft tələbatını
ödəyəcək qədər neft ixrac etmək imkanına malikdir.
Bütün hallarda həm tranzit, həm də nəqletmə
xərclərinin hesablanmasına ehtiyac var. Kəmər
uzanırsa yenidən qiymətləndirilməlidir.
- Fikirinizcə, 9 il ərzində Odessa-Brodi neft
kəməri Polşaya qədər niyə uzadılmayıb?
-
Kəmərin Polşaya qədər uzadılmamasının bir sıra
səbəbləri var. Əvvəla kəmərlə nəql ediləcək neftlə
bağlı müəyyən tərəddüdlər mövcud idi. Polşaya qədər
nəql ediləcək neftin rentabelli olub-olmayacağı
şübhə doğururdu. Bunlar kəmərin Polşaya qədər
çəkilməsi məsələsini gündəmdən çıxarmışdı. Digər
səbəb tranzit tariflərlə bağlı anlaşılmazlıqların
olmasıdır. Neftin hasil və eləcə də ixrac edildiyi
ölkələrin fikrində Ukraynanın tətbiq etdiyi transit
tariflər Polşaya neft nəql olunması baxımından
rentabelli deyildi.Artıq Polşaya neftin nəqli
məsələsi gündəmdədir. Çünki, Polşanın neftə tələbatı
var. Baxmayaraq indiyədək Polşaya neftin nəqli ilə
bağlı bir neçə enerji saamiti keçirilib və orada
Azərbaycan neftinin sözügedən kəmər vasitəsilə
Polşaya çatdırılması məsələləri gündəmdə idi.Hazırda
Qdaniskiyə qədər kəmərin uzadılması məsələsinin
müzakirə edilməsi Polşanın neftə olan tələbatının
alternativ mənbələr hesabına ödənilməsinin gündəmdə
olduğunu göstərir. Lakin kəmər vasitəsilə neft
Polşaya qədər nəql olunacaqsa, tranzit xərclərinin
yenidən müzakirə edilməsi vacibdir.Tranzit tarifləri
Polşaya çatdırılacaq neftin maya dəyərinin
müəyyənləşdirilməsi üçün də əhəmiyyətlidir.
-
Məlumdur ki, Rusiya ərazisindən keçməyən alternativ
neft marşurutlarına qısqanclıqla yanaşır. Necə hesab
edirsiniz Rusiya bu layihənin reallaşmanması üçün
hansısa addımlar atacaq?
-
Rusiya bütün hallarda öz ərazisindən keçməyən
kəmərlərin tikilməsində maraqlı deyil.
Bakı-Tiflis-Ceyhan kəmərinin tikintisi ilə bağlı
Rusiyanın Azərbaycana, eləcə də digər tranzit
ölkələrə kifayət qədər böyük təzyiqi var idi. Bunun
əsas səbəblərindən biri ondan ibarət idi ki,
Azərbaycan neftinin Rusiya vasitəsilə Avropaya
çıxarılmasında maraqlı idi. Bu həm siyasi baxımdan
Avropaya təsir imkanlarının qalmasına, həm də
neft-qaz məsələlərində Rusiyanın tranzit və nəqllə
bağlı inhisarçılığını qoruyub saxlamasına imkan
verirdi.Baxmayaraq layihə Rusiyadan kənar keçir amma
düşünmürəm ki, Rusiya kəmərin reallaşmasına mane
olsun. Birincizi, nəql edilən neftin həcmi böyük
deyil. Kəmər vasitəsilə nəzərdə tutulan nəqlin həcmi
Rusiyanın ixracı ilə rəqabət aparmayacaq. Digər
tərəfdən söhbət Şərqi Avropa ölkələrinin neftlə
təmin edilməsindən gedir. Layihədə iştirak edən
ölkələrin Rusiya ilə münasibətləri kifayət qədər
normaldır. Bütün hallarda kəmərin işə salınması
Avropa bazarında Rusiyanın mövqelərinin
silkələnməsinə təsir etmir.
-
Bakı-Odessa-Brodi-Qdanski kəməri vasitəsilə
çatdırılacaq Azərbaycan neftinin qiyməti necə
olacaq?
-
Azərbaycan neftinin Qdaniskiyə nəql edilməsi birbaşa
tranzit tariflərdən asılı olacaq. Baxmayaraq
Azərbaycan nefti dünya bazarında daha keyfiyyətli
hesab edilir, bütün bunlarla yanaşı Azərbaycan neft
nəqli ilə bağlı siyasətində alternativlərinin olduğu
regionlarda neft xərclərinin yüksək olmasında
maraqlı deyil.Azərbaycan çalışır ki, nəql etdiyi
neft Rusiyanın nəql etdiyi neftin maya dəyəri ilə
müqayisədə aşağı olsun. Tranzit xərclərini nəzərə
aldıqda kəmər vasitəsi ilə nəql edilən neftin
qiymətinin necə olacağı sual doğurur. Tərəflərin
layihədə iştirakı üçün kəmər vasitəsilə nəql edilən
neftin qiymətinin Rusiya nefti ilə müqayisədə aşağı
olması vacibdir. Son hesablamalar göstərir ki, kəmər
reallaşarsa, tərəflər kəmərdən istifadə edərlərsə,
bu kəmərlə ixrac olunan neftin qiyməti Rusiya
neftindən ucuz olacaq
|