|
Daşqınlar yarımmilyard
manat ziyan vurub
Vüqar
Bayramov: “Zərərin Dövlət Neft Fondunun vəsaitləri
hesabına qarşılanması məqsədə uyğun deyil”
Kür və Araz çaylarında baş verən daşqınların
fəsadlarının hansı maliyyə mənbələri hesabına aradan
qaldırılacağı hələ də açıqlanmayıb. İlkin rəylərə
görə, ziyan büdcədən ayırmalarla qarşılanacaq. Belə
ki, maliyyə naziri Samir Şərifov bu günlərdə
mətbuata iyun ayında büdcəyə əlavə və dəyişiklik
ediləcəyini söyləyib. Yəni dəfələrlə büdcəyə
dəyişiklik etməyəcəyini söyləyən hökümətin fikrini
dəyişməsinə fəlakət səbəb olub. Bu məqsədlə Neft
Fondundan 2010-cu ilin büdcəsinə transfertlərin
həcminin 400 milyon manat artırılması gözlənilir.
Onu da bildirək ki, indiyə qədər dəymiş ziyanla
bağlı dəqiq məlumat verilməyib.
İqitsadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar
Bayramov deyir ki, daşqınlar davam etdiyi və bunun
nəticəsində yaranan itkilər tamamlanmadığı üçün
indiki halda ziyanı tam olaraq qiymətləndirmək
mümkün deyil: “Lakin ilkin hesablamalara əsasən ölkə
iqtisadiyyatına dəymiş ziyan kifayət qədər
böyükdür..Nəzərə alsaq daşqınlar nəticəsində bəndlər
dağılıb, eləcə də ev, fermer təsərrüfatlarına, iqtisadiyyatın
diğər subyektlərinə ziyan dəyib, bu ziyanın
həcminin yarımmilyard manat olduğu guman edilir
Yerigəlmişkən, yarımmilyard manata son olaraq bu
sektorlara yönələn investisiyaların daşqınlar
nəticəsində məvh olması və digər ziyanlar daxildir”.
Mütəxəssis hesab edir ki, Dövlət Neft Fondundan bu
istiqamətə vəsaitlərin ayrılması məqsədə uyğun
deyil:”Neft Fondunun vəsaitlərinin sosial və ya
infrastruktur olmayan layihələrə xərclənməsi həmin
vəsaitlərin xərclənməsindən əldə ediləın gəlirin
azalmasına gətirib çıxarır. O baxımdan fonddan 400
milyon manat ayrılması neft vəsaitlərinin qısa
müddətdə xərclənməsi tendensiyasını davam etdirə
bilər. Eyni zamanda bu neft pullarının səmərəli
xərclənməsinə imkan yaratmır. Başqa tərəfdən Neft
Fondundan vəsaitin ayrılması arzuolunmaz ənənənin
yaranmasına gətirib çıxara bilər”.
2010-cu ilin dövlət büdcəsinə əlavə və
dəyişikliklərin planlaşdırıldığını söyləyən ekspert
hesab edir ki, daşqının aradan qaldırılması
istiqamətində büdcədən vəsaitin ayrılması daha
məqsədəuyğundur: “Birinci rübün yekunlarına əsasən
büdcənin ngəlirlər hissəsində profsit var.Bu büdcəyə
dəyişiklikləri məqbul edir. Əlavə və
dəyişikliklərdən sonra bu istiqamətə vəsait
ayrılması daha arzuolunanadır”.
V.Bayramov deyir ki, daşqınlar nəticəsində ziyan
görmüş təsərrüfatların qurulması deyil, torpağın
təmizlənməsi, yararlı vəziyyətə gətirilməsi üçün
vəsaitin ayrılması vacibdir.
|