6  milyon manatlıq ipoteka krediti verilib

Tikinti və əmlak sektorlarında hələ də  canlanma yoxdur

 

Azərbaycan İpoteka Fondu Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 75 mln. manat təşkil edən,  faizli, adlı, sənədsiz istiqrazlarının növbəti 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirib. İstiqrazlar 103,1223 qiyməti ilə satışa çıxarılıb. Verilən  məlumata görə, hərracda 4 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi (5 mln. manat) üstələyərək 5 523 000 manat olub. Beləliklə, bu istiqrazların dövriyyədəki həcmi 38 mln. manata çatıb. Qeyd edək ki, cari ilin fevral ayına qədər fondun xətti ilə 6 mln. manata yaxın ipoteka krediti verib. Bununla da 2006-cı ilin mart ayından başlayaraq  verilən ipoteka kreditlərinin ümumi həcmi 162 mln. manatı keçib. Nəticədə 4000-dən artıq ailə ev alıb. Prqramın sosial-iqtisadi təsirlərindən söz açan iqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, ipoteka kreditlərindən istifadə edənlərin sayının artdığı söylənsə də bu proqram tikinti sektoru və bütövlükdə əmlak bazarında ciddi dəyişikliklərə gətirib çıxarmayıb: “Proqramın tikinti sektorunda canlanmanın yaranmasında effektli olmamasının əsas səbəblərindən biri əmlak bazarını tam əhatə edə bilməməsidir. Belə ki, ipoteka proqramı əmlak bazarının müəyyən strukturunu əhatə edib”.

Ekspertə görə,   proqram Bakının mərkəzi rayonlarını əhatə etmir. Bununla belə hətta  paytaxtın ətrafında belə bu proqram mənzilə olan tələbatın ödənilməsinə gətirib çıxara bilməyib:”Əslində Mərkəzi Bank  əmlak bazarında canlanmanın yaradılması məqsədilə 2009-cu ilin iyun ayının 1-də ipoteka proqramıının bərpa edildiyini bildirirdi.Amma sonradan  bəlli oldu ki, bu canlanmanın yaranması mümkün deyil”.

İpoteka kreditlərinin tikinti və əmlak bazarı sektorlarına təsir etməməsinin digər səbəblərinə toxunan mütəxəssis deyir ki, proqram çərçıvəsində yerləşdirilən istiqrazların sayının artmasına baxmayaraq kreditlərin verilmə şərtlərinin təkmilləşdirilməsi həyata keçirilməyib: “Hələlik ipoteka proqramı 2005-ci ilin sentyabrında qəbul edilən qanuna və 2007-ci il yanvarın 3-də ölkə prezidenti tərəfindən güzəştli ipoteka kreditlərinin verilməsi haqqında fərmana əsasən həyata keçirilir. Təbii, 2007-ci ilin yanvarında müəyyənləşdirilən şərtlər 2010-cu ilin ortaları üçün keçərli ola bilməz. Şərtlərin dəyişdirilməməsi ipoteka proqramına marağın artmasına, eləcə də tikinti sektorunda canlanmanın yaranmasına sədəd olmur”.

Məlum oldu ki, adi vətəndaşların ipoteka kreditlərindən isrifadə edə bilməməsinin səbəbi kreditlərə  çıxış imkanlarının məhdudluğudur: “Əvvəla kredit götürmək üçün tələb edilən sənədlərin sayı çoxdur.Bürokratik əngəllər var. Bir sıra hallarda proqram dayandırlmasa da kreditlərin verilməməsi  yönündə açıqlamalar verilir. Bəzi banklar tanıdıqları, özlərinə yaxın bildikləri şəxslərə kredit xətti açırlar. Bütün bunlar adi vətəndaşların kreditlərə çıxış imkanlarını məhdudlaşdırır”.

Məsələnin başqa tərəfi kreditlərin faiz dərəcələridir. İqtisadçı-ekspert deyir ki,İpoteka Fondu adi ipoteka kreditlərini 8 faizlə təklif edir. Bu da əslində regionda ən yüksək kredit faizi hesab edilə bilər: “Türkiyədə adi ipoteka kreditləri 4,5 faizlə verilir. Hətta qonşu ölkədə yaşayan əcnəbilərə verilən kreditlərin faiz dərəcələri Azərbaycanla müqayisədə 0,5 faiz aşağıdır. Bütün bunlar ondan xəbər verir ki, faizlərin yüksək olması proqramın səmərəli işləməsinə imkan vermir. O baxımdan ipoteka proqramı tikinti, əmlak sektorlarına təsir etmək imkankarına malik deyil. Kreditlərin verilməsi ilə  bağlı təkmilləşdirmə aparılmadığı, şərtlər əvvəlki qaydada saxlandığı üçün proqramın sözügedən sektorlara ciddi təsir edəcəyi gözlənilmir”   

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.