|
Avronun dəyərdən düşməsi
bizə nə qədər ziyan vurub?
Vüqar Bayramov: ” Avronun
məzənnəsinin aşağı düşməsi dövlət rezervlərinin
manatla ifadəsində təxminən 500 milyon manat itki
yaradıb”
Avronun məzənnəsinin
aşağı düşməsinin ölkə iqtisadiyyatına və dövlət
rezervlərinə təsirləri mübahisə mövzusu olaraq
qalır.Belə ki, Mərkəzi Bank rəhbərliyi avronun
kursunun aşağı düşməsinin Azərbaycanın strateji
valyuta ehtiyatlarına təsir göstərmədiyini, müstəqil
ekspertlərsə bunun əksini söyləyirlər. Ölkədə
iqtisadi araşdırmalar aparan təşkilat kimi tanınan
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vuqar
Bayramov Avropada baş verən proseslərin Azərbaycan
iqtisadiyyatına neqativ təsir göstərdiyini
düşünür.Avronun məzənnəsinin aşağı düşməsi eləcə də
Avropada müşahidə edilən böhran konteksində neftin
uczlaşmasının Azərbaycaycan iqtisadiyyatina
təsirləri ilə bağlı yanaşmaların müxtəlif olduğunu
deyən iqtisadçı-ekspertin fikrincə, avronun
məzənnəsinin aşağı düşməsi dövlət rezervlərinin
manatla ifadədə azalmasına gətirib çıxarır. “Hərçənd
ki, rəsmi məlumatlarda avronun məzənnəsinin aşağı
düşməsinin və avrozonada baş verən böhranın
Azərbaycan iqtisadiyyatına hər hansı təsirə malik
olmadığı qeyd olunur”- deyə ekspert bildirir:
“Proseslərin təhlili bunun əksini göstərir. Xarici
ticarət dövriyyəsinin 63 faizi avropa birliyi
ölkələrinin payına düşür.Avropa Birliyinə ixrac
edilən məhsulların əksər hissəsini neft və neft
məhsulları təşkil etsə də avrozonanın ixracda payı
böyükdür. Avronun məzənnəsinin aşağı düşməsi
Azərbaycanını Avropa Birliyi ilə ixrac
əməliyyatlarına neqativ təsir edir.Yerli
sahibkarlara avrozonada rəqabət aparmaq imkanına
malik olmağa imkan vermir. Avronun məznnəsi aşağı
düşməzdən əvvəl Azərbaycanda 100 manata istehsal
olunan məhsulun avro ilə qiyməti 75 avro idisə, bu
gün Azərbaycanda 100 manata istehsal edilən məhsulun
avro ilə qiyməti 101 avrodur. Ölkə daxilində
istehsal olunan məhsulun qiyməti manatla qalxmasa
da belə qiyməti avro ilə yüksəldiyi üçün avrozonada
iş adamlarımızın öz məhsullarını satmaq və rəqabət
aparmaq imkanları çətinləşib. Eyni zamanda
avrozonada baş verənlər neftin dünya bazar
qiymətinin aşağı düşməsinə gətirib çıxarıb”.
V.Bayramovun sözlərinə görə, avrozonadakı
proseslər neftə tələbatın azalmasına səbəb olmaqla
yanaşı neft baazarına birbaşa təsir edir:
“Vəsaitlərini avro ilə saxlayan investorlar
vəsaitlərini neftə yönəltməkdə maraqlı deyillər.
Çünki, avrozonada böhranın böyüyəcəyi halda neftə
olan tələbatın kəskin aşağı düşməsi və bu sbəbdən
neftin qiymətinin azalması təhlükəsi var. Azərbaycan
və ABƏŞ-in gün ərzində 1 milyon barel neft ixrac
edir. O baxımdan hətta neftin qiymətinin 85
dollardan 75 dollara düşməsi ABƏŞ daxil olmaqla
Azərbaycan şürkətlərinin əldə etdiyi gəlirin 10
milyon dollar azalmasına gətirib çıxarır. Amma
avrozonada baş verənlərin ən ciddi təsiri dövlət
rezervlərinin avro ilə saxlanılan hissəsinə dəyir.
Hökümət müxtəlif valyutalardan istifadə etməklə
formalaşdırdığı valyuta səbətinin avrozonada baş
verənlərin neqativ təsirlərini minumlaşdırdığını
söyləyir.Lakin manat dollara nisbətən dəyişmədiyi,
avroya nisbətən möhkəmləndiyi üçün dövlət
rezervlərinin manatla ifadəsində azalmalar müşahidə
edilir. Yəni manatla ifadədə bu səbət avronun
ucuzlaşmasından yaranan itkiləri sığortalaya bilmir”.
Mütəxəssis Azərbaycanın valyuta ehtiyatlarının
təxminən 30 faizindən artığının avro ilə
saxlandığını vurğulayır:” Praktiki bu o deməkdir ki,
avro ilə saxlanan ehtiyatlar 5,4 milyard avrodur.
Valyuta ehtiyatrlarının digər hissəsi dollar və
digər valyutalarla saxlanır. Digər valyutalarla
saxlanılan rezervlərin manatla ifadəsində
dəyişiklik yoxdur.Amma avro ilə saxlanılan
rezervlərin manatla ifadəsində azalmalar var”.
V.Bayramov son aylar avronun manata nisbətən
məzənnəsinin 10 faizdən artıq aşağı düşdüyünü
xatırladır: “Avronun məzənnəsinin aşağı düşməsi
dövlət rezervlərinin manatla ifadəsində təxminən 500
milyon manat itki yaradıb. Deməli, Avrozonada baş
verənlərin dövlət rezervlərinə, iqtisadiyyata
təsirləri çoxdur”.
|