|
Hesablama Palatası Dövlət Neft Fondunda 3 il yoxlama
aparacaq
Hesablama Palatası Dövlət Neft Fondunda (ARDNF)
yoxlamalara başlayıb.
Palatanın sədri
Heydər
Əsədovun
sözlərinə görə,
fonda
daxil olan vəsaitlər, audit hesablar və s. sahələri
əhatə edəcək.
Diqqəti
çəkən isə
yoxlamaların
üç illik müddəti əhatə etməsidir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar
Bayramov bildirir ki, Hesablama Palatası Dövlət Neft
Fondunda yoxlamalara başlaması müsbət haldır. Çünki,
bütün hallarda Neft Fondu büdcədənkənat fond olsa da
neft satışından əldə olunan gəlirlərin əhəmiyyətli
hissəsi bu qurumda yerləşdirilir: “Neft Fondunun
vəsaiti hesabına kifayət qədər böyük düdcəsi olan
layihələr maliyyələşdirilir. Eyni zamanda fondun
aktivləri 13,1 milyard manatdır. Fonddad indiyə
qədər 9 investisiya layihəsi maliyyələşdirilib. Həmin
layihələr kifayət qədər böyük büdcəyə malikdirlər.
Təkcə qaçqın və məcburi köçkün ailələrinin
sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və
məskunlaşdırılması problemlərinin həlli məqsədilə
fonddan 615,8 mln. manat vəsait xərclənib.O
baxımdan kifayət qədər böyük büdcəyə və
maliyyələşdiridiyi layihələrin smetası böyük olan
fondun yoxlanması vacibdir. Sadəcə Dövlət Neft
Fondunun yoxlanması ilə bağlı bir sıra diqqəti çəkən
məqamlar var.Əvvəla Hesablama Palatasının hər hansı
təşkilatda apardığı yoxlamaların nəticələri çox
nadir hallarda konkret olur. Adətən palatının
yoxlamalarının nəticələri ümumi mənzərəyə malik olur.
Və orada ümumi məlumatlar yer alır. Hansıkı onları praktikada
istifadə etmək olmur”.
V.Bayramov palatanın öz tapıntıları ilə bağlı
ictimaiyyətə məlumat vermədiyini də diqqətə
çatdırır: “Palatanın yoxlamalrı bir sıra hallarda
formal xarakter daşıyır. Güman edilmir ki, palatanın
yoxlamalrı Neft Fondunun idarəçilik sisteminin
dəyişməsinə gətirib çıxaracaq”. ARDNF-ın dövlət
qurumları arasında daha şəffaf hesab olunduğunu
vurğulayan ekspert deyir ki, qurum fəaliyyəti ilə
bağlı məlumatların əksəriyyətini öz saytında
yerləşdirdirir, ildə 4 dəfə mətbuata hesabat verir:
“Amma bəzi məlumatlar var ki, qurum heç bir
əsaslandırma olmadan onları ictimaiyyətə
açıqlamır.Məsələn, fondun vəsaitlərinin hansı
menecerlər tərəfindən idarə edilməsi, vəsaitlərin
hansı banklarda saxlanması ilə bağlı məlumatları
əldə etmək mümkün olmur. Fond bunu kommersiya sirri
ilə əlaqələndirsə də burada hər hansı kommersiya
sirrindən söhbət gedə bilməz. Çünki, fonda yığılan
pullar dövlət , ictimaiyyət vəasitləridir.
Norveç Neft Fondunun fəaliyyətinə baxsaq
vəsaitlərin hansı menecerlər tərəgindən idarə
olunması bütün açıqlamalrında öz əksini tapıb.
Məsələnin digər tərəfi Norveç Neft Fondu və başqa
şəffaf neft fondları ilə işləyən maliyyə
menecerləri, banklar öz adlarını ictimaiyyətə
açıqlasalar da Dövlət Neft Fondu ilə əməkdaşlıq edən
banklar adlarını ictimaiyyətə açıqlanmasında maraqlı
deyillər”.
V.Bayramov hesab edir ki, ARDNF-ın fəaliyyətinin
təkmilləşdirilməsi istiqamətində islahatların
aparılmasına, addımların atılmasına ehtiyac var:
“Amma Hesablama Palatası hələki Neft Fondunun daha
çox maliyyə fəaliyyətini yoxlayır. Palatanın
yoxlama, hesabatları təqdim etmə prinsipini nəzərə
alsaq qurumun fondda apardığı yoxlamaların
nəticələrinin hansısa ciddi faktları aşkar edəcəyi
gözlənilmir. Hesablama Palatasının konkret
rəqəmlərlə çıxış edəcəyi proqnozlaşdırılmır. Əvvəlki
yoxlamalarda olduğu kimi bu dəfə də ümumi
məlumatları açıqlayacaq.
|