|
Əmanətlərin
Sığortalanması Fondu sığortalanan əmanətlər üzrə
faizlərə dəyişiklik edir
Əmanətlərin Sığortalanması Fondu növbəti ayın
əvvəlindən sığortalanan əmantlər üzrə faizləri aşağı
endirəcək. Qeyd edək ki, fondu belə bir addım atmağa
son bir neçə ayda kommersiya banklarının əmanətlər
üzrə təklif etdikləri faiz dərəcələrini azaltmaları
vadar edib. Belə ki, ilin əvvəlində 21, hətta 24
faizlə əmanət yerləşdirməyi təklif edən banklar
hazırda bu rəqəmi 12 faizə endiriblər.Elə
Əmanətlərin Sığortalanması Fondu da iyun ayından bu
faizlə yerləşdirilən , əmanətləri sığortalayacaq.
Məlumat üçün deyək ki, fond idiyədək 30 min
manatadək olan və 15 faizdən az dividend verən
əmanətləri sığörtalayırdı.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar
Bayramov artıq bir neçə aydır əksər bankların ,
əmanətlər üzrə faizləri aşaği saldığını, hətta 11-12
faizlə divident təklif etdiklərini deyir. Ekspertin
sözlərinə görə dividentlərin aşaği salınması
sığortalanan faizə də təsir ğöstərəcək.
Diqqəti çəkən isə bir sira kommersiya banklarının
hələ də ucuz kampaniya apararaq əhaliyə 15 faizdən
artıq faizlə əmanət yerləşdirməyi təklif etmələridir.
V. Bayramov bildirir ki, Əmanətlərin Sığortalanması
Fondu sığortalanan əmanətlər üzrə faiz dərcəsinin 15
faizdən 12 faizə qədər endirilməsi istiqamətində qərar
qəbul edərsə, yüksək faiz təklif edən kommersiya
banklarına yerləşdirilən əmanətlər sığortalanmayacaq.
Yəni yüksək faizlə əmanət yerləşdirən kommersiya
banklarında olan əmanətlərin qaytarılma riski
artacaq. O baxımdan ekspert siğortalanan əmanətlər
üzrə dividentlərin dərəcəsinin aşağı endirilməsi ilə
bağlı qərar qəbul edilən zaman ölkədə orta faiz
dərəcələrinin nəzərə alınmasını təklif edir:”Eyni
zamanda Mərkəzi Bankın kommersiya banklarına
əmanətlər üzrə təklif etdikləri faiz dərəcələrini
Əmanətlərin Sığortalanması Fondunun faiz dərəcəsinə
uyğunlaşdırmalarını tövsiyyə etməsi vacibdir.
Çünki, fondun müəyyənləşdirdiyi faiz dərəcəsindən
yüksək faizlər təklif edən kommersiya bankları
müflis olduğu halda oradakı əmanətləri qaytarmaq
mümkün olmayacaq.Çünkı həmin əmanətlər
sığortalanmayıb”.
Ekspert rəhbərlik etdiyi təşkilatın bir müddət əvvəl
Əmanətlərin Sığortalanması Fondunun sığortalanan
əmanətlər üzrə faiz dərəcələrinə dəyişiklik edəcəyi
ilə bağlı açıqlama yaydığını xatırladır: “Çünki
monitorinqlər prosesin bu istiqamətə doğru getdiyini
göstərirdi. Faizlər endirildikdən sonra daha çox
əmanət cəlb etmək üçün kampaniya aparan kommersiya
bankları öz faiz dərəcələrini fondun faiz
dərəcələrinə uyğunlaşdırmazlarsalar həmin baklardakı
əmanətlərin bir hissəsinin geri qaytarılma və ya
batma riski artacaq. Mərkəzi Bankın prosesə daha
yaxından müdaxilə etməsinə ehtiyac yaranacaq”.
|