İqtisadçılar Afinaya toplaşır

Azərbaycanlı alim Vüqar Bayramov Yunanıstanda Stabiiləşmə Proqramının hazırlanmasına cəlb edilib

Afinada yerləşən Yunanıstan Fondu  bu ölkə üçün stabilləşmə proqramının hazırlanmasına başlayıb. Proqramın hazırlanması üçün fond dünyanın 17 ölkəsindən 25 iqtisadçı cəlb edib. Hansıki həmin iqtisadçılar 2010-cu ilin may ayından 2011-ci ilin iyun ayınadək Yunanıstan üçün stabilləşmə proqramının hazırlanmasında iştirak edəcəklər. Eyni zamanda proqramln icrası məsələlərində Yunanıstan qurumlarına yardım edəcəklər. Yeri gəlmişkən sözügedən proqramın hazırlanmasına Azərbaycandan İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov dəvət alıb.

Proqramın hasırlanmasına xarici  iqtisadçıların cəlb edilməsi zərurətinə aydınlıq gətirən iqtisadçı-ekspertin açıqlamasına görə, Yunanıstanda həyata keçirilən  iqtisadi proqramlar Avropa Birliyində tətbiq edilən  proqramlara uyğun olsa da son illər bu ölkədə dövlət xərclərinin artması, eyni zamanda büdcə kəirinin müəyyən olunan limitdən 5 dəfə çox olması yeni proqramın hazırlanması məsələsini gündəmə gətirib. V.Bayramov bildirir ki, Yunanıstanda ən böyük problemlərdən biri dövlətin müflisləşməsidir: “Dövlətin öz sosial öhdəliklərini yerinə yetirməkdə problemləri var. Əsas problem maliyyə resurslarının tapılması ilə bağlıdır. Nəzərə alsaq ki, Yunanıstan bu gün Avropa Birliyinə,  eləcə də avrozonaya həm psixoloji, həm də iqtisadi baxımdan ən çox təsir edən faktor hesab edilir. O baxımdan Yunanıstanda belə bir proqramın hazırlanmasına ehtiyac var”.

Onu da əlavə edək ki,  Yunanıstan Fondunun cəlb etdiyi 25 iqtisadçıdan 6-sı Nobel mükafatçılarıdır: “Qlobal maliyyə böhranı və stabilləşmə proqramının hazırlanması üzrə məşhur itisadçılardır. Onlar arasında Kenneth Arrow, Eric Maskin, James Mirrlees Robert Solou kimi tanınmış  iqtisadçılar var. Bu şəxslər  antiböhran proqramlarının hazırlanması üzrə dünyada qəbul edilmiş ekspertlərdir”.

Bundan əvvəl Qazaxıstanda antiböhran proqramının hazırlanmasına cəlb edildiyini xatırladan V.Bayramov  bildirir ki, Yunanıstan üçün proqram hazırlayacaq iqtisadçıların böyük qismi Qazaxıstanda və ya MDB-nin digər ölkələrində antiböhran proqramlarının hazırlanmasında iştirak ediblər: “Onlar antiböhran və stabilləşmə proqramlarının hazırlanması üzrə ekspertlər hesab edilir.

 Məlum olur ki, əməkdaşlıq çərçivəsində iqtisadçılar ilin 3 ayını Afinada keçirəcəklər: “Əldə etdiyim razılaşmaya görə, növbəti bir ildə Yunanıstan Fondu ilə əməkdaşlıq olunacaq. Bir il ərzində Afinaya səfərlər gerçəkləşəcək. Bu müddətdə bir neçə proqram hazırlanacaq və onların  ıcrası ilə bağlı təlimlər keçiriləcək.  Birinci görüş  may ayının sonunda Afinada  gerçəkləşəcək. Növbəti aylarda isə iqtisadçılar Avropanın müxtəlif şəhərlərində bir araya gələcəklər. Mayın 30-da Stokholmda keçirilən Dünyanın Bankının illik konfransında bir araya gəldikdən sonra isə müzakirələr Afinada aparılacaq.”

 

 

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.