|
Avronun gələcək aylar üçün
məzənnəsi bəlli oldu
Vüqar
Bayramov: “Ilin sonuna 1 avro 1 dollar 40 sentə
satılacaq"
Azərbaycanda avronun manata nisbətən rəsmi
məzənnəsi 98,7 qəpiyə düşüb. Bu, 2002-ci ildən bəri
ən aşağı həddir. Xatırladaq ki, Avropa Birliyinin
mayın 9-da keçirilmiş növbədənkənar yığıncağında 720
milyard avro büdcəyə malik antiböhran fondunun
yaradılması qərarı da Avropa valyutasının xilas edə
bilməyib. İnvestorlar hələ də bu valyutaya etibar
etmirlər. Elə bunun nəticəsidir ki, dünya
bazarlarında qızıl yenidən bahalaşma sürəti götürüb.
Almaniya kansleri Angela Merkelin avronun çökməsinin
Avropa Birliyinin dağılmasına gətirib çıxaracağı,
ABŞ-ın Federal Ehtiyat Sisteminin sabiq rəhbəri Pol
Volkerin avrozonanın dağılma ehtimalı ilə bağlı
açıqlamaları inverstorları daha da qorxudub.
İsveçrənin UBS bankı isə avronun ilin sonuna kimi
dollara nisbətən dəyərini daha 8% itirəcəyini
açıqlayıb. Bankın pronozuna görə, avronun dollara
məzənnəsi ilin sonuna $1,15-ə, 2011-ci ilin sonuna
isə $1,10-a düşəcək. Royal Bank of Scotland-ın
valyuta strateqləri hesab edir ki, ilin sonuna avro
$1,1650-yə, 2011-ci ilin ortalarında isə $1,14-ə
düşə bilər.
İqtisadçı-ekspert Vüqar Bayramov isə bildirir ki,
son aylar avronun dollara nisbətən
azalmasına baxmayaraq avronun məzənnəsinin
dəyişməsi ilə bağlı münasibət birmənalı deyil:
“Nəzərə almaq lazımdır ki, avronun dollara nisbətən
məzənnəsi kəskin aşağı düşüb. Buna əsas səbəb kimi
Yunanıstanda baş verən hadisələr göstərilsə də
valyuta bazarının müşahidəsi ondan xəbər verir ki,
heç də avronun dollara nisbətən məzənnəsinin aşağı
düşməsi Yunanıstanda baş verən hadisələrlə bağlı
deyil. Çünki Yunanıstan Avropa Birliyinin ümumi
daxili məhsulunun cəmi 3 faizini təşkil edir”.
Böhranın Yunanıstandan İtaliya və İspaniyaya keçməsi
ilə bağlı açıqlamalar verildiyini xatırladan
V.Bayramov deyir ki, son 4 ayın yekunlarına görə,
İspaniyada ümumi daxili məhsulun artımı baş verib:
Bu ondan xəbər verir ki, böhranın yeni dalğası
İspaniyaya keçmir. Avropa Birliyi ölkələrində
müəyyən iqtisadi düşüş var amma bütövlükdə bu,
avronun məzənnəsinin dollara nisbətən kəskin aşağı
düşməsi üçün iqtisadi əsas yaratmır. Avronun
məzənnəsi ilə bağlı bir məsələyə diqqət yetirmək
lazımdır ki, indiki halda avronu satmaq arzuolunan
deyil”. Çünki, valyutanın satışı ilə bağlı iqtisadi
yanaşmalara görə, adətən valyutalarıın, eləcə də
qiymətli əşyaların qiyməti kəski düşəndə
investorlar onların satmaqda maraqlı olmurlar. Bu
dövrdə əksinə həmin valyutaları almaqda maraqlı
olurlar”.
V.Bayramov hesab edir ki, indiki halda Mərkəzi
Bankın , o cümlədən Dövlət Neft Fondunun və
kommersiya banklarının avro ehtiyatlarını çox ucuz
məzənnə ilə satmaları arzuolunan deyil: “Həmin
valyitalar kifayət qədər yüksək kursla alınmışdı.
Avornun dollar nisbətən məzənnəsinin tendensiyasının
təhlili göstərir ki, avronun məzənnəsində müəyyən
artımlar olacaq. Proqnozlara əsasən may ayında avronun
məzənnəsinin stabilləşməsi müşahidə ediləcək.
Baxmayaraq may ayında avronun orta məzənnəsi 2010-cu
ilədə ən aşağı məzənnə olub, amma may ayında 1 avro
üçün 1,26 dollar kursun olacağı proqnozlaşdırılır.
Güman edilir ki, iyun ayında avronun məzənnəsində
stabilləşmə olsa da belə məzənnədə kəskin olmayan
cüzi azalma tendensiyası davam edəcək. Növbəti ay
avronun dollara nisbətən orta məzənnəsi 1 dollar 24
sent təşkil edəcək”.
İyul ayında avronun məzənnəsinin yüksələcəyinin
proqnozlaşdırıldığını deyən ekspert bunun üçün
müəyyən psixoloji və eləcə də iqtisadi faktorların
olacağını əlavə etdi: “İyul ayında Avropa ölkələri
üzrə 1-ci yarımilliyin yekunları elan
ediləcək.Yarımilliyin yekunları investorların
gözlədiyi kimi heç də acınaczaqlı olmayacaq. O
baxımdan avronun məzənnəsində artımlar gözlənilir. 1
avro təxminən 1,28 dollara qədər yüksələcək. Avqust
ayından başlayaraq isə avronun məzənnəsində artımlar
davam edəcək. İlin sonuna doğru avro cari ilin
əvvəlində olan mövqeyini bərpa edəcək. Hətta 1
avronun 1 dollar 40 sentə satılması
proqnozlaşdırılır”.
Ekspertin yekun qiymətləndirməsinə görə, son aylar
avronun məzənnəsinin aşağı düşməsinə baxmayaraq
ilin ikinci yarısında avronun dollara nisbətən
məzənnəsinin artması proqnozlaşdırılır: “Bütün
bunları nəzərə alsaq dövlət qurumları, eyni zamanda
banklar üçün avro ehtiyatlarını satmaq düzgün
deyil.
|