Böhranın ikinci mərhələsi başlayır

 

Vüqar Bayramov: “İkinci dalğa daha çox sektorları əhatə edəcək”

Neftin qiyməti 4 faiz ucuzlaşıb. Bu, avro zonasında baş verən ciddi iqtisadi proseslərlə, avronun qiymətdən düşməsi ilə əlaqədardır. Hazırda valyuta bazarlarında avro dollara nisbətdə rekord səviyyədə ucuzlaşmaqda davam edir. Bu arada səhmlərin də qiyməti düşməyə başlayıb. Avropada səhmlər 6 faiz, Amerikada 2 faiz ucuzlaşıb. Rusiyada da səhmlərin qiyməti Amerikada olduğu qədər ucuzlaşıb. Vəziyyəti dəyərləndirən analitiklər böhranın ikinci dalğasının başladığını bildirirlər.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun sözlərinə görə, qlobal maliyyə böhranının başa çatması ilə bağlı proqnozlara baxmayaraq Avropa və eləcə də qlobal valyuta bazarında müşahidə edilən proseslər böhranın davam etməkdə olduğunu göstərir: “Neftin qiymətində son artımlardan sonra müşahidə  edilən ucuzlaşma, o cümlədən neftin qiymətindəki artımların spekulyativ faktorlarla bağlı olması yönündə verilən açıqlamalar ondan  xəbər verir ki, neftə tələbat aşağıdır. Neftə tələbatın artmaması neftin qiymətinin azalması səbəblərindən biri olsa da bu  həm də real sektorda canlanmanın olmamasına dəlalaət edir. Çünki, bütün hallarda neftə tələbat  artmırsa deməli real sektorda canlanma yoxdur. Eyni zamanda Avropa və valyuta bazarında baş verən dəyişikliklər, avronun məzənnəsinin dollara nisbətən kəskin aşağı düşməsi, avrozonada bir sıra dövlətlərin öhdəliklərini yerinə yetirə bilməmələri, dövlətlərin müflis olmaları ilə bağlı yaranan təhlükə böhranın ikinci mərhələsinin davam etməkdə  olmasından xəbər verir. 2011-ci ldə böhranın başa çatacağı yönündə  proqnozların doğru olmadığı üzə çıxır. Son proseslər böhranın 2012-ci ildə də öz neqativ təsirlərini davam etdirəcəyini deməyə əsas verir.”.

 

V. Bayramov deyir ki,  indiki halda qlobal maliyyə böhranı coğrafi mövqeyini dəyişərək ABŞ-dan Avropaya doğru hərəkət edib: “ Rusiya iqtisadçılarının böhranın 2012-2013-cü illərdə bu ölkənin iqtisadiyyatına daha çox təsir edəcəyi ilə bağlı proqnozları onu deməyə əsas verir ki, böhran coğrafi baxımdan hərəkət etməkdədir. Avropaya keçən böhran msüəyyən müddətdən sonra Rusiya, hətta Çinə qədər genişlənə bilər”.

Mütəxəssis bildirir ki, proseslər böhranın ikinci mərhələsinin başlamaqda olduğunu göstərir: “Bu dalğa böhranın birinci mərhələsindən daha ciddi neqativ təsirlərə səbəb ola bilər.Əvvəla birinci mərhələdə olduğu kimi bu mərhələdə də qlobal maliyyə   böhranı bank və maliyyə sektoruna daha çox neqativ təsir göstərəcək. Avronun məzənnəsinin düşməsi, avrozonada baş verən dəyişiklikər bir sıra ölkələrin valyuta ehtiyatlarının azalmasına, eyni zamanda kommersiya banklarının müflisləşmə həddinə qədər öz likvidliklərini itirmələrinə gətirib çıxaracaq”.

Ekspert yaxın vaxtlarda bir sıra Avropa banklarının müflis olma ehtimallarının olduğunu söyləyir: “Qlobal maliyyə böhranının ikinci mərhələsi avrozona və dünyada bank, maliyyə sektorunda yeni tənəzüllünyaranmasına səbəb olacaq. Böhran neftin qiymətindəki azalmaları, qızılın qiymətindəki artımları sürətləndirəcək.Çünki neftə tələbat azalmaqda, qızıla isə tələbat artmaqdadır. Qızıla tələbatın artması qlobal maliyyə böhranın dərinləşməsindən xəbər verir. İnsanlar, investorlar böhran dövrlərində qızıla üstünlük verirlər”.

Böhranın ikinci dalğasının daha çox sektorları əhatə edəcəyini deyən V.Bayramov maşınqayırma sənayesində böhranın davam etməsi ehtimalları var. Güman olunur ki, birinci mərhələdə əgər Amerika Birləşmiş Ştatlarında yerləşən avtomobil zavodları böhrandan daha  çox əziyyət   çəkmişdilərsə, ikinci mərhələdə Avropada, xüsusilə Almaniyada yerləşən avtomobil zavodları böhranın təsirlərinə daha çox məruz qalacaqlar.    

 

 

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.