|
|
|
|
Tikintiyə yönəldilən
kreditlərin həcmi azalıb
Vüqar Bayramovun fikrincə,
yaxın aylarda tikinti sektorunun kredit tələbatının
artacağı gözlənilmir
2010-cu il aprel ayının 1-nə iqtisadiyyatın sahələri
üzrə cəmi kredit qoyuluşları 8485,2 mln. manat
təşkil edib.
Kreditlərin 28,3%-i və ya 2401,9 mln. manatı ev
təsərrüfatlarına verilib. Ticarət və xidmət sahəsinə
yönəldilən kreditlərin həcmi isə 1843,2 mln. manat
(21,7%) olub. Nəqliyyat və rabitə sahəsinin payına
kreditlərin 438,8 mln. manatı (5,2%), sənaye və
istehsalın payına i 597,0 mln. manatı (7,0%) düşüb.
Diqqəti
çəkən isə
kənd təsərrüfatı
və
emalına,
eləcə də inşaat, əmlak sahəsinə yönəldilən
kreditlərin azlığıdır. Belə ki, kənd təsərrüfatı və
emalına 387,2 mln. manat kredit (4,6%-i), inşaat və
əmlak sahəsinə 562,4 mln. manat (6,6%) kredit
verilib.
İqtisadçı-ekspert Vuqar Bayramovun açıqlamasına görə,
2008-ci ilin müvaviq dövründə inşaat və əmlak
sahəsinə yönəldilən kreditlərin xüsusi çəkisi 6,9
faiz təşkil edib. 2009-cu ildə iqtisadiyyatın
sahələri üzrə cəmi kredit qoyuluşlarının 646,1 mln.
manatı yaxud 10,2 faizi inşaat və əmlaka sərf
olunub. İqtisadçı deyir ki, ötən ilin fevral ayından
başlayaraq inşaat və əmlaka yönələn kreditlərin
həcmi artıb: “2009-cu ilin 2-ci ayında bu rəqəm
448,5 mln. manat (6,7 faiz), 3-cü ayında 626,8 mln.
manat (10,1 faiz), 4-cü ayda 646,0 mln. manat (
10,3 faiz) olub. Ötən ilin avqust ayından başlayaraq
inşaat və əmlak sahəsinə verilən kreditlərin həcmi
azalıb. 11-ci ayda bu rəqəm 449,8 mln. manata 5,6
faizə düşüb”.
Məlum olur ki, cari ilin əvvəllərində
iqtisadiyyatın sahələri üzrə cəmi kredit
qoyuluşlarının 6,8 faizi inşaat və əmlak sahəsinın
payına düşüb: "Mərkəzi Bankın statistik məlumatları
daha az həcmdə kreditlərın kənd təsərrüfatı və
emalı, o cümlədən inşaat sahəsinə yönəldildiyini
göstərir. Bütün kreditlərin 4,6 və 6,6 faizinin
müvafiq olaraq kənd təsərrüfatı və inşaat
sahələrinın payına düşməsi ondan xəbər verir ki,
kommersiya bankları bu sektorlara kredit
qoyuluşlarında maraqlı deyillər”.
V.Bayramov həmçinin sözügedən sahələrdə də
kreditlərə tələbatın azalmasının müşahidə
edildiyini vurğulayır:”2006-2008-ci illərdə
kommersiya banklarının kreditlərinin böyük
hissəsinin ünvanlandığı tikinti sektoruna verilən
kreditlərin həcminin azalması bu sahədə 2008-ci ilın
sonlarından müşahidə edilən durğunluğun davam
etdiyini göstərir. Durğunluq tikinti şirkətlərinin
kreditlərə olan tələbatlarının, müraciətlərinin
azalmasına gətirib çıxarıb”.
Mütəxəssis bildirir ki, tikinti sektoruna yönəldilən
investisiyaların həcminin azalması həm də kommersiya
bankları üçün bu sahənin cəlbedici olmaması ilə
bağlıdır. Kommersiya banklarının tikinti sektoruna
yönəltdikləri vəsaitlərin geri qaytarılması
istiqamətində problemlər var. Tikinti şirkətləri
rentabelli olmadıqlarından vəsaitlərin geri
qaytarılmasında problemlər yaranır”.
Ekspertin rəyinə görə, Mərkəzi Bankın iqtisadiyyatın
sahələri üzrə cəmi kredit qoyuluşları ilə bağlı
məlumatlarında göstərilən rəqəmlər heç də təkcə
kommersiya banklarının kredit qoyuluşlarını əhatə
etmir: “Çünki bankların 2010-cu ilin 1-ci rübündə
tikinti sektoruna 562,4 mln. manat kredit qoyuluşu
həyata keçirmələrindən danışmaq mümkün deyil. Bu
rəqəm inşaat və əmlak sahəsinə yönəldilən bütün
mənbələr üzrə vəsaiti özündə əks etdirir”.
V. Bayramov deyir ki, 562,4 mln. manata yalnız
bankların kreditləri deyil, dövlət büdcəsi və
beynəlxalq təşkilatların proqramları hesabına
tikinti sektoruna yönəldilən vəsaitlər daxildir:
“Əgər tikinti sektoruna yönələn vəsaitlərin
strukturuna baxsaq orada kommersiya banklarının
payının heç də çox olmadığını görərik”.
Tikinti sektorunda çalışan şirkətlərin böyük
məbləğdə kredit götürmək imkanına malik
olmadıqlarını vurğulayan V.Bayramov bildirir ki,
buna səbəb durğunluqdur: “Durğunluq böyük məbləğli
kreditlərin daxil olmasına imkan vermir. Kredit
qoyuluşlarının strukturu tikinti sektorunda
müşahidə edilən durğunluğun yaxın aylarda da davam
edəcəyini göstəriri.Durğunluğun canlanma ilə
əvəzlənməsi bu sahəyə kreditlərin yönəldilməsi
nəticəsində mümkündür”.
Ekspertin sözlərinə görə, tikintiyə yönəldilən
vəsaitlərin məbləği ilə sözügüdən sektordakı
fəaliyyət arasında birbaşa bağlılıq var: “Əgət
tikintiyə yönəldilən vəsaitlərin həcmi azdırsa,
kommersiya bankları tikinti sektoru ilə işləməkdə
maraqlı deyillərsə, o cümlədən kredit üçün müraciət
edən şirkətlərin sayı ildən-ilə azalırsa,
şirkətlərin kredit almalarında müəyyən maneələr
varsa, bu, tikinti sektorunda potensial canlanma
imkanlarının olmamasından xəbər verir. Canlanma baş
vermədiyindən təklifin dəyişməsdi müşahidə
edilməyəcək. Yaxın aylarda tikinti sektorunun kredit
tələbatının artması gözlənilmir. Bankların likvidlik
problemi ilə qarşılaşdığını yada salsaq onlar da
tikinti sektoruna daha çox vəsait yönəltməkdə
maraqlı olmayacaqlar”.
Iqtisadçı belə şəraitdə mənzillərin qiymətində
azalmaların davamlı olacağını istisna etmir: “Əmlak
bazarında tələbatın artması üçün real maliyyə
mənbələri yoxdur”.
|