|
Valyuta rezervlərinin bir
hissəsi xaricə axa bilər
Vüqar Bayramov: “Manatın
avroya nisbətən məzənnəsinin birbaşa
müəyyənləşdirilməsinə ehtiyac var”
Azərbaycanda avronun manata nisbətən rəsmi məzənnəsi
0,8 qəpik ucuzlaşaraq 1,0075 manata düşüb. Bu,
2002-ci ildən bəri ən aşağı həddidir. Belə
ki,
həmin tarixdə 1 avro 5033 AZM-ə (1,0184 manat)
bərabər olub. Mərkəzi Bankın məlumatına
görə,ucuzlaşmadan sonra avronun manata nisbətən
dəyərsizləşməsi 2010-cu ildə 13% təşkil edib. Yanvar-may
ayları ərzində avronun kursu 1,1575-dən 1,0075
manata düşüb. Bu isə o deməkdir ki, cibimizdə olan
və ya banklara yatırdığımız (bank faizlərini nəzərə
almasaq) hər 100 avro bu müddətdə dəyərini 15 manat
itirib.
Dollar isə hələki sabitlik nümayiş etdirir. Dünya
bazarlarında avronun dollara məzənnəsi $1,25
səviyyəsinə enib. Diqqəti çəkən avronun
ucuzlaşmasına baxmayaraq manatın dollar nisbətən
məzənnəsinin dəyişməməsidir. Hansıki bu da valyuta
siyasəti ilə bağlı müsbət proqnozlar vəd etmir.Bu
arada onu da bildirək ki, Mərkəzi Bankın valyuta
ehtiyatlarının həcmi 5501,7 mln dollar təşkil edir,
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vuqar
Bayramovun rəyinə görə, avronun dollara nisbətən
məzənnəsinin aşağı düşməsinə uyğun avronun manata nisbətən
də məzənnəsində kəskin azalmalar var: “Baxmayaraq ki,
manatın dollara nisbətən məzənnəsi dəyişmir: Manatın
avroya nisbətən məzənnəsinin yüksəlməsi onunla
bağlıdır ki, manatın məzənnəsi birbaşa yalnız
dollara nisbətən müəyyənləşir. Dolların digər
valyutalara nisbətən məzənnəsinin dəyişməsi manatın
məzənnəsinin həmin valyutalara nisbətən dəyişməsinə
gətirib çıxarır”.
V.Bayramov bildirir ki, avronun dollara nisbətən
məzənnəsində azalmalar davam etdikcə manat avroya
nisbətən möhkəmlənir: “Əslində manatın avroya
nisbətən birbaşa kursunun müəyyənləşldirilməməsi,
çarpaz məzənnənin müəyyənləşdirilməsi ölkənin
monetar valyuta siyasəti üçün kifayət qədər
risklidir. Əvvəla avronun dollar nisbətən
məzənnəsinin aşağı düşməsinə uyğun manatın avroya
nisbətən məzənnəsinin süni şəkildə yüksəlməsi
yolverilməzdir. Bu o deməkdir ki, Mərkəzi Bank avro
zonada baş verənlərin arxasınca sürünür”.
“Avrozonada, qlobal valyuta bazarında baş verənlərin
arxasınca sürünməklə, eləcə də dolların və ya
avronun digər valyutalara nisbətən məzənnəsinin
dəyişməsinə uyğun manatın məzənnəsini
müəyyənləşdirməklə əslində Mərkəzi Bank valyutanın
məzənnəsini müəyyənləşdirən zaman sovet
prinsiplərindən istifadə edir” deyə mütəxəssis
bildirir. V.Bayramovun sözlərinə görə, bu siyasət
antiböhran tədbiri aspektindən risklidir: “Bir sıra
ölkələr avronun məzənnəsinin dollara nisbətən
düşməsinə çevik reaksiya verərək öz valyutalarını,
eləcə də valyuta ehtiyatlarını qoruyub saxlamağa
çalışırlar. Son aylar avronun dollara nisbətən
məzənnəsinin aşağı düşməsinə baxmayaraq Polşa
zlotunun avro və dollar nisbətən məzənnəsi
azalıb.Avronun məzənnəsinin dollara nisbətən
zəifləməsi, zlotun məzənnəsinin avroya nisbətən
yüksəlməsinə gətirib çıxarmayıb. Qonşu Türkiyədə də
avronun məzənnəsi dollar nisbətən kəskin azalsa da
lirənin avroya məzənnəsi çox cüzi dəyişib.Hansıki
buna da dəyişmək demək olmaz”.
V.Bayramov digər ölkələrin – avrozonaya daxil
olmayan, o cümlədən inkişaf etməkdə olan ölkələrin
avrozonada müşahidə edilən tələyə düşmək
istəmədikləri qənaətindədir.Bildirir ki, sözügedən
dövlətlərin valyuta siyasətləri çevik olduğu üçün öz
valyutalarının məzənnələrini avroya nisbətən ayrıca
müəyyənləşdirirlər: “O baxımdan avronun dollara
nisbətən məzənnəsinin azalmasına baxmayaraq həmin
ölkələrin valyutalarının avroya nisbətən
məzənnəsində artımlar müşahidə edilmir.Hətta bir
sıra hallarda azalmalar baş verir”.
V.Bayramovun fikrincə, Mərkəzi Bank manatın avroya
nisbətən məzənnəsini müəyyənləşdirən zaman həm
ölkənin xarici ticarət
əlaqələrini,
həm makroiqtisadi göstəriciləri, həm də avrozonada
bütövlükdə qlobal valyuta bazarında baş verən
tendensiyaları nəzərə almalıdır. Əgər bank
avrozonada baş verən proseslərin arxasınca
sürünərsə, bu, təkcə Azərbaycanın idxalçı ölkəyə
çevrilməsinə deyil, valyuta rezervlərinin bir
hissəsinin xaricə axmasına gətirib çıxaracaq.
Manatın avroya nisbətən möhkəmlənməsi və 1 manatın
məzənnəsinin 1 avrodan yüksək olması valyuta
ehtiyatlarının qorunması baxımından qorxululdur”.
Ekspert deyir ki, Mərkəzi Bank manatın avroya
nisbətən məzənnəsini müəyyənləşdirən zaman çarpaz
məzənnədən istifadə etməməlidir.Bütün hallarda
manatın avroya nisbətən məzənnəsinin birbaşa
müəyyənləşdirilməsinə ehtiyac var: “Mərkəzi Bankın
valyuta siyasəti çevik deyil.Bank yalnız dollar
bazarında baş verən dəyişiklikləri nəzərə alır.
Hərçəndki, Azərbaycanın xarici ticarət əlaqələrində
Avropa Birliyinin payı ABŞ və ya Amerika qitəsi ilə
müqayisədə xeyli yüksəkdir. Belə ki, xarici ticarət
dövriyyəsində Avropa Birliyinin payı 50 faizə
yaxındır.Eləcə də xarici ticarətin 65 faizi Avropa
Birliyinin payına düşür. Manatın avroya nisbətən
məzənnəsi birbaşa müəyyənləşdirilməlidir. Və yalnız
dollar faktoru manatın avroya nisbətən
məzənnəsinin müəyyənləşdirilməsi üçün əsas ola
bilməz”.
İqtisadçı valyuta bazarında baş verənlərin bank
sektoruna təsirlərinə də toxundu:”Son vaxtlar
kommersiya banklarının bir qismi malik olduqları
avro rezervləri bazara çıxararaq dəyişməyə
çalışırlar. Kifayət qədər yüksək məzənnə ilə
alınmnış avrolar hazırda aşağı məzənnə ilə
satılır.Çünki, banklarda avronun dövriyyədən
çıxacağı ilə bağlı narahatçılıqlar var”.
V.Bayramovun dediyinə görə, yüksək məzənnə ilə
alınmnış avroların aşağı məzənnə ilə satılması
kommersiya banklarının aktivlərinin kəskin
azalmasına gətirib çıxaracaq.Bu isə bank sektorunda
yeni böhranın yaranmasına səbəb ola bilər: “
Avronun məzənnəsinin bundan sonra necə dəyişəcəyini
proqnozlaşdırmağın çətin olduğunu qeyd edən İSİM
rəhbəri bildirir ki, avronun məzənnəsinin
dəyişməsində yalnız Avropa Birliyinin iqtisadiyyatı
ilə
bağlı faktorlar deyi, digər psixoloji, spekulyativ
faktorlar var.
|