Tikinti sektoru canlanirmı?

 

Vüqar Bayramov: “Durğunluğun yumşalması meyilləri bu  ilin ikinci yarısından gözləniləndir”

 

Bu ilin birinci rübündə tikinti işlərində qiymətlər ötən ilin son rübünə nisbətən 0,9 faiz artıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, rüb ərzində yerüstü tikililər bölməsində 1,4 faiz bahalaşma müşahidə edilib. Rüb ərzində yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 1,1 faiz azalıb, sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 8,8 faiz artıb. Yaşayış evlərindən 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,8 faiz, 5 mərtəbəyə qədər evlərin tikintisi üzrə qiymətlər 1,0 faiz ucuzlaşıb. Maraqlıdır ki, yaşayış evlərinin tikintisi üzrə qiymətlərin ucuzlaşması əmlak bazarında qiymətlərin dəyişməsinə gətirib çıxarmayıb. Eyni zamanda bu sektorda canlanma da müşahidə edilmir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov  deyir ki,  tikinti sektorunda canlanma və ya durğunluğun yumşalması meyilləri bu  ilin ikinci yarısından gözləniləndir: “Cari ilin iyul ayından başlayaraq investisiya layihələrinə ayrılan vəsaitlərin həcminin artırılması gözlənilir. Pul dövriyyəsinə yeni pulların daxıl olması müəyyən alıcılıq qabiliyyəti formalaşdıra bilər”.

 

Ekspert bildirir ki, hazırda tikinti şirkətlərinin əksəriyyəti likvid deyil.Buna görə də həmin şirkətlərin fəaliyyəti sektorda canlanmanın yaranmasına gətirib çıxarmır:”Elə şirkətlər var ki, qlobal maliyyə böhranından əvvəl hündürmərtəbəli yaşayış binası inşa ediblər. Böhran başlayandan sonra likvidliklərinin aşağı düşməsi, mənzil bazarında tələbin azalması səbəbindən hətta tikdikləri  binalara qapı və pəncərə yerləşdirmək üçün vəsait tapa bilmirlər”.

 Mütəxəssin rəyinə görə, böhrandan əvvəl Bakıdan mənzil almaq kommersiya baxımından cəlbedici, rentabelli  olsa da, bu gün paytaxtdan mənzil almaq rentabelli deyil: “Alınan mənzilin satış problemi var. Bakıda mənzil almaq kommersiya  baxımından da əlverişsizdir. Çünkü mənzillərin qiyməti şişirdilmiş qiymətdir və kifayət qədər yüksəkdir. Əməkhaqlarını və əhalinin alıcılıq qabiliyyətini müqayisə etsək Bakıda mənzillərin qiyməti şişirdilmiş olaraq qalır. İndiki qiymətlərlə mənzillərə təlabatın artması və ya formalaşması mümükün deyil.”

Ekspertin fikirincə, böhran əslində mənzillərin qiymətinin aşağı düşməsinə gətirib çıxarmalı idi: “Qonşu, xüsusilə MDB ölkələrində mənzillərin qiymətində kəskin azalmalar var. Bakıda mənzillərin qiymətinin aşağı düşməməsi birbaşa onunla bağlıdır kı, Bakıda mənzillərin xərci qonşu ölkələrlə, o cümlədəın Rusiya və Qazaxıstanda inşa olunan mənzillərin xərci ilə müqayisədə xeyli çoxdur. Tikinti şirkətlərinin real xərcləri ilə yanaşı digər xərcləri var. Hansıkı bunlar qeyri-rəsmi ödənişlər kimi qruplaşdırıla bilər.   Qeyri-rəsmi ödənişlər  tikinti şirkətlərinin xərcinin çoxalmasına gətirib çıxarır.Təssüf ki, tikinti şirkətləri müflis olmağa razıdırlar amma qiymətləti aşaği salmağa yox. Qiymətlərin aşağı salınması onlara tikdikləri binaların satışından mənfəət əldə etməyə imkan vermir. Bundan başqa artıq əmlak bazarında həm təmərküzləşmə, həm də inhisarlaşma meylləri var ki, bu da  qiymətləri aşaği salmağa imkan vermir”.  

V.Bayramov iyul ayından sonra tikinti şirkətlərinin kredit resurslarına çıxış imkanlarının artmasının gözlənildiyini də qeyd edir. Hansıki, bu da  ikinci yarım ildə durğunluğun müəyyən qədər yumşalmasına  gətirib çıxara bilər: “Bütün hallarda 2010-cu ildə tikinti sektorunda durğunluğun canlanma ilə əvəz olunması gözlənilmir. Eyni zamanda ipoteka 

proqramı  bu sektorda durğunluğun aradan qalxmasına imkan vermir.  Baxmayaraq ki,  2009-cu ilin iyun ayının 1-də ipoteka proqramı bərpa edilən zaman prosesin  əmlak bazarında canlanma yaradacağı, tikinti sektorunun inkişafının stimullaşdıracağı güman edilirdi. Amma  bütün bunlar baş vermədi.Çünki bu gün adi ipoteka kreditləri maksimum 55 min manat,  sosial ipoteka kreditləri maksimum 30 min manat olmaq şərti ilə verilir. 55 və ya 30 min manat Bakının mərkəzində mənzillərə təlabat formalaşdıracaq rəqən deyil. İpoteka kreditləri üçün .müəyyən olunan məbləğ Bakının 3-4 dərəcəli rayonlarında mənzillərə təlabat formalaşdıra bilər. O baxımdan ipoteka proqramı paytaxtın mərkəzində yerləşən mənzillərin qiymətinə təsir etmir”.

 

 

 

 

 

 

 

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.