Avropa valyutası son 14 ayda ən aşağı həddə düşüb

Vuqar Bayramov: “Avronun kəskin ucuzlaşmasında spekulyativ faktorların rolu var”

 

Azərbaycanda avronun manata nisbətən rəsmi məzənnəsi son 14 ayda ən aşağı səviyyəyə düşüb.  Mərkəzi Bankın məlumatına görə, mayın 6-da Avropa valyutasının manata nisbətən rəsmi məzənnəsi 1,0322 manat müəyyən edilib. Bu, 11 mart 2009-cu ildən bəri ən aşağı göstəricidir. Həmin tarixdə 1 avro 1,0184 manata bərabər olub. 2010-cu ildə avro manata nisbətən 10,8% ucuzlaşıb. İlin 5 ayı ərzində avronun kursu 1,1575-dən 1,0322 manata düşüb. Bu isə o deməkdir ki, hər 100 avro 5 ay ərzində dəyərini 12,5 manat itirib.Avronun ucuzlaşması Yunanıstan böhranının uzanması və bu böhranın digər ölkələrə yayılması təhlükəsi ilə əlaqələndirilir.  Bundan başqa Moody’s beynəlxalq reytinq agentliyinin Portuqaliyanın kredit reytinqini sala biləcəyi xəbərdarlığının  da Avropa Birliyi valyutasına təsir göstərdiyi qeyd edilir. Qeyd edək ki, hazırda  dünya bazarlarında avronun dollara məzənnəsi 13 ayda ən aşağı həddə düşərək 1,2807 stəşkil edir. Morgan Stanley bankının analitiklərinə görə, avronun ucuzlaşması valyuta ehtiyatlarının diversifikasiyasında avronun payını artıran Mərkəzi Bankları çaşbaş salıb. İndi onlar başqa valyuta axtarışındadırlar.

 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə isə avronun məzənəsinin aşağı düşməsi Yunanıstanda baş verən böhranla bağlı olsa da , Avropa Birliyi valyutasılnın kəskin ucuzlaşmasında spekulyativ faktorların  da rolu var: “Əvvəla Yunanıstanın Avropa Birliyinin iqtisadiyyatında payı cəmi 3 faizdir. Praktiki avrozonada 3 faizlik paya malik olan ölkənin avronun məzənnəsinə ciddi təsir göstərmək imkanı yoxdur. Eyni zamanda avronun məzənnəsi daha çox Fransa və Almaniyada baş verən iqtisadi proseslərdən asılı olaraq müəyyənləşir.Amma Yunanıstanda baş verən böhrandan sonra avronun məzənnəsinin aşağı düşməsi ondan xəbər verir ki, avronun məzənnəsinin aşağı düşməsində maraqlı qurumlar, maraqlı iş adamları var. Belə ki, Yunanıstandakı böhranla paralel  dünya mətbuatında İspaniyanın Benəlxalq Valyuta Fondunadan borc alacağı yönündə məlumatların yer alması  bəzi qurumların  cəmiyyətdə  avrozonaya üzv ölkələrin iqtisadiyyatında ciddi problemlərin olması ilə bağlı  müəyyən təsəvvürlər yaratmağa çalışdığını göstəriri. Bu da təbii avronun məzənnəsinin aşağı düşməsinə gətirib çıxarır”.

 

Ekspertin sözlərinə görə, İspaniyanın baş naziri Benəlxalq Valyuta Fonduna müraciət etməmələri, ölkə iqtisadiyyatının problemli olmaması  ilə bağlı rəsmi təkzib versə də

Yunanıstandan sonra İspaniyada böhranın olacağı hətta böhranın İtaliyaya keçəcəyi istiqamətində şərhlər dünya mətbuatının gündəmindədir: “Avronun məzənnəsi aşağı düşməsi Avropa iqtisadiyyatında baş verən proseslərlə bağlı olsa da bu düşüşü sürətləndirən  faktor spekulyativ amillərdir.Avronun məzənnəsinin düşməsində maraqlı olan qurumlar və iş adamları avronun məzənnəsinin kəskin ucuzlaşmasında maraqlıdılar. Onlar avronun məzənnəsini kəskin ucuzlaşdıraraq avro yığımlarına başlayacaqlar.Artıq bəzi qurumlar  avro yığımlarına başlayıblar. Çünkı, avronun ucuzlaşması sonrakı mərhələdə avronun məzənnəsinin yüksəlməsi ilə nəticələnə bilər”.

 

V.Bayramov deyir ki, avronun məzənnəsinin dollara nisbətən kəskin aşağı düşməsi sürətlənəcək: “Müəyyən müddətdən sonra investorlar avronun məzənnəsinin yüksəlməsində maraqlı olacaqlar. Yəni avronun zəif dövründə aparılan yığımlar avronun məzənnəsinin yüksək olduğu dövrdə satılacaq.

Məlum olur ki, bəzi dövlətlər də avronun məzənnəsinin aşağı düşməsində maraqlıdırlar: “Yəni Avorpa Birliyindən kənar dövlətlər də  məzənnənin aşağı düşməsində maraqlıdırlar. Cünki, avro dollardan sonra dünyada ikinci yığım vasitəsi sayılır.Avronun məzənnəsinin düşməsi avro ilə yığımların azalmasına gətirib çıxaracaq. Amma bütövlükdə avronun məzənnəsinin aşağı düşməsində Yunanıstan hadisələri mühüm rol oynasa da belə   spekulyativ amillər güclüdür.O səbəbdən indiki halda rezerv şəklində  saxlanılan avronun satılması məqsədəuyğun deyil.

Ekspert 2010-cu ilin iyun ayının axırlarında avronun məzənnəsinin stabilləşəcəyinin  və möhkəmlənəcəyinin  proqnozlaşdırıldığını qeyd edir.

 

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.