|
Vüqar Bayramov Avropa ölkələrində mühazirə deyəcək
İqtisadi
və Sosial İnkişaf Mərkəzinin rəhbəri mayın 8-dən
17-dək bir sıra Avropa ölkələrində enerji
təhlükəsizliyi mövzusunda mühazirələr deyəcək.
Mərkəzin mətbuat xidmətinin məlumatına görə, əvvəlcə
Vüqar Bayramov Novreç Xarici İşlər Nazirliyi
tərəfindən Oslo şəhərində təşkil edilən beynəlxalq
konfransda çıxış edəcək. Daha sonra azərbaycanlı
iqtisadçı Varşavada Polşa Elmlər Akademiyasında
Avropanın enerji təhlükəsizliyi mövzusunda çıxış
edəcək. Cənab Bayramov Avropa səfəri çərçivəsində
Frankfurt və Vyana Universitetlərində də müəllim və
tələbələr ilə görüşəcək və enerji məsələləri
mövzusunda çıxış edəcək.
Vüqar Bayramov bildirib ki, Avropa Birliyi Şərqi
Tərəfdaşlıq Proqramının icrasına başladıqdan sonra
enerji təhlükəsizliyi məsələləri Avropanın
gündəmindədir: “Avropa Birliyi ölkələrinin mavi qaza
olan tələbatının 46 faizi, Mərkəzi və Şərqi Avropa
ölkələrininin qaz təchizatının 80 faizi Rusiyanın
Qazprom şirkəti tərəfindən qarşılanır. Bu baxımdan
Rusiyadan yan keçən yeni kəmərlərin tikintisi Avropa
Birliyi üçün önəm daşısa da indi diqqət daha
həmçinin enerji səmərəliliyi məsələlərinə yönəldilib.
Bu baxımdan görüşlərdə yalnız Xəzər körfəzi
ölkələrinin, eləcə də Azərbaycanın Avropanın enerji
təhlükəsizliyinə verəcəyi töhvə ilə deyil, həmçinin
enerji səmərəliliyinin artırılması məsələləri
müzakirə ediləcək”.
Xatırladaq ki, yalnız ötən il V.Bayramovun əsərləri
Avropanın 5 nüfuzlu jurnalında çap edilib və
azərbaycanlı iqtisadçının adı ABŞ-da dünya
ensklopediyasına daxil edilib.
|