|
Əmanətlərin Sığortalanması
Fondunun qaydaları dəyişdirilməlidir
Vüqar
Bayramov: “Kommersiya banklarında olan hər 3
manatdan 1-i sığortalanmır”
Əmanətlərin Sığortalanması Fondu iştirakçı
banklardan I rübün təqvim haqlarını toplayıb.
Təqvim haqları 831 min AZN, 1 mln. 345 min ABŞ
dolları, 172 min
avro
təşkil edib.
Fondun sığorta ehtiyatları 25 mln. 697 min 900 AZN
olub. Qorunan əmanətçilərin sayı 5 mln. 197 min 888
nəfər təşkil edib. İştirakçı bankların sayı isə
43-dür. Hansıki, iki ay əvvəl bu göstərici 42 idi.
Bu arada bildirək ki, 01 yanvar 2009-cu il tarixdən
fonda üzv banklarda illik 15 faizdən yuxarı faiz
dərəcəsi ilə yerləşdirilmiş əmanətlər sığorta
olunmur və onlara görə kompensasiya
ödənilmir.Xatırladaq ki, hazırda kompensasiya
məbləğinin maksimum həddi 30 min
manatdır.Əmanətçilər əmanətlərin sığortalanması üçün
heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız
banklar tərəfindən ödənilir.
İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) rəhbəri
Vüqar Bayramov deyir ki, aprelin 1-i tarixinə
qorunan əmanətlərin həcmi 1 milyard 678 milyon manat
təşkil edib. Üzv banklarda yerləşdirilən əmanətlərin
ümumi həcmi 2 milyard 385 milyon manata bərabərdir.
Bu vəsaitlərin 30%-i və ya 707 milyon 690 min manatı
qorunmayan əmanətlər kateqoriyasına aiddir: “Qorunan
əmanətçilərin sayı isə 5 milyon 197 min 888 nəfərdir.
Hazırda öləkədə 47 bank fəaliyyət göstərir. Və
onlardan cəmi 43-ü Əmanətlərin Sığortalanması
Fondunun üzvüdür”.
Mütəxəssis bildirir ki, 707 milyon 690 min manat
əmanətin sığortalanmaması səbəbləri ilə bağlı fond
tərəfindən heç bir açıqlama verilməyib: “Güman
edilir ki, 707 milyon 690 min manat əmanətin
sığortalanmama səbəbi həmin əmanətlər üzrə faiz
dərəcəsinin yüksək olması, eləcə də həmin
əmanətlərin məbləğinin 30 min manatdan artıq
olmasıdır. Bdelə ki, Əmanətlərin Sığortalanması
Fondunun qaydalarına əsasən illik 15 faizlə və
yerləşdirilən əmanətin maksimum məbləği 30 min
manata qədər olan əmanətlər sığortalanır”.
Vüqar Bayramova görə, , 707 milyon 690 min manat
əmanətin sığortalanmaması kifayət qədər böyük
rəqəmdir: “Bu o deməkdir ki, kommersiya banklarında
olan hər 3 manatdan 1-i sığortalanmır.Əmanət
şəklində qoyulan hər 3 manatdan birinin
sığortalanmaması əmanətlərin qorunması yönündə ciddi
risq yaradır”.
Bir sıra kommersiya banklarının əmanətlər üzrə
yüksək faiz dərəcəsi təklif etdiyini deyən ekspert
bildirir ki, banklar vəsait cəlb etmək üçün ucuz
kampaniya aparırılar: “ Bu da vəsaitlərin qorunması
baxımından kifayət qədər risklidir. Əgər , 707
milyon 690 min manat əmanəti yerləşdirən kommersiya
bankları müflis olarsa, o zaman həmin məbləği geri
qaytarmaq mümkün olmayacaq.Çünki, onlar
sığortalanmır. Eyni zamanda Əmanətlərin
Sığortalanması Fondu haqqında əsasnaməyə, tətbiq
etdiyi qaydalara əsasən 708 milyon manatın
əmanətçilərə geri qaytarılma mexanizmi yoxdur.Nəzərə
alsaq ki, göstərilən rəqəm kifayət qədər böyükdür,
Əmanətlərin Sığortalanması Fondu bu vəsaitin
sığortalanması istiqamətində fəaliyyətini davam
etdirməlidir.Əvvəla bu gün vətəndaşların
əksəriyyətinin sığortalanan əmanətlərinin faiz
dərəcələri, o cümlədən sığortalanan əmanətlərin
maksimum məbləği yönündə məlumatları kifayət qədər
azdır. Əslində 707 milyon 690 min manat əmanətin
sığortalanmaması əmanətlərin sığortalanması faizləri
ilə bağlı məlumatsızlıqdan doğub”.
Ekspert qeyd edir ki, bəzən vətəndaşlar daha çox
gəlir götürməyə meyl edərək 15 faizdən artıq
divident vəd edən banklarda vəsaitlərini
yerləşdirməyə çalışırlar. Bu da risklidir: “Bunadan
başqa hər 3 manatdan 1 manatın sığortalanmaması Əmanətlərin
Sığortalanması Fondunun qaydalarına yenidən
baxılmasına ehtiyac olduğunu gündəmə gətirir”.
Məlum olur ki, Qazaxıstan və Rusiyada sığortalanan
əmanətlərin maksimum həddi Azərbaycanla müqayisədə 2
dəfə çoxdur: “Bir sıra MDB ölkələrində əmanətlərin
sığortalanması üçün maksimum məbləğ 100 avrodur.
Hətta Pribaltika ölkələrində kommersiya banklarına
yerləşdirilən bütün əmanətlər sığortalanır. Bunları
nəzərə alsaq Mərkəzi Bankın və Əmanətlərin
Sığortalanması Fondunun 30 manatın dəyişdirilməsi
ilə bağlı Milli Məclis qarşısında təkliflə çıxış
etməsi vacibdir. İndki halda 30 manat bütün
əmanətlərin sığortalanmasına imkan vermir. Reallıq
odur ki, 708 milyon manatın batma təhlükəsi var”.
|