|
5 ildə qızıl 758 dollar
bahalaşıb
Vüqar Bayramov: “İyun
ayından qızılın qiymətində müəyyən azalmalar
gözlənilir”
Dünya bazarında qızılın qiyməti qalxıb.Belə ki,
hazırda birjalarda qiymətli metalın 1 unsiyası 1180
dollara çatıb. Təkcə son bir ayda qiymətli metal 80
dollar (7 faiz) bahalaşıb . Bir ildə bu rəqəm 278
dollar, 5 ildə 752 dollar tışkil edib. Onu da nəzərə
çatdıraq ki, hələ ötən ilin ortalarından analitiklər
2010-cu ilin ilk rübündə qızılın 1 400 dollaradək
bahalaşacağını proqnozlaşdırırdılar.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar
Bayramov deyir ki,qızılın qiymətinin yüksəlməsi bir
sıra ölkələrin öz valyuta ehtiyatlarını qızıl
formasında saxlamağa üstünlük verməsi ilə bağlıdır.
Bu sırada söhbət yalnız inkişaf etməkdə olan
ölkələrdən deyil, inkişaf etmiş ölkələrdən də gedir.
Hansıki, nəticədə dünya bazarında qızıla olan
tələbat artıb. Ekspertin sözlərinə görə, qızıla olan
tələbatın artmasının, investorların qızıla müraciət
etməsinin digər səbəbi də dünya valyuta bazarında
müşahidə edilən qeyri-stabillikdir. Situasiya
investorların daha çox qızıla inanmasına və ya
investisiya yönəltməsinə gətirib çıxarıb: “Xüsusən
son vaxtlar avronun məzənnəsinin dəyişməsi, aşağı
düşməsi valyuta bazarında qeyri sabitlik
yaradıb.Baxmayaraq, qızıl dollarla satılır bu
investorlar arasında dolların məzənnəsinin
dəyişəcəyi ilə bağlı narahatçılığın yaranmasına
gətirib çıxarıb”.
V.Bayramov qeyd edir ki, ilk baxışda avronun
məzənnəsinin aşağı düşməsi müşahidə edilsə də əslində
investorların valyuta bazarına münasibəti və inamı
da dəyişib:”Qızılın qıymətinin yüksəlməsinə təsir
edən digər amil Hindistanda mövsümi olaraq qızıla
təlabatın artmasıdır. Nəzərə alsaq ki, Hindistan
qızıl istehlakına görə dünyanın 3 böyük ölkəsindən
biridir, orada qızıl istehlakının artması dünya
bazarında təlabatın artımına səbəb olub. Tələb
təklifin yüksəlməsi qiymət artımlarını şərtləndirib.
O baxımdan qızılın qıymətinin artması dünya
dazarında qızıla olan təlabatın artması ilə bağlıdır”.
Azərbaycanın da qızıl hasil etməyə başladığını
xatırladan iqtisadçının rəyinə görə, qızılın
qiymətinin aqrtması ölkədə qızıl hasilatının daha
rentabelli olmasına səbəb olacaq.
Bununla belə iqtisadçı Azərbaycanda qızıl
hasilatının yüksək olmadığını deyir:”Qızıl hasilatı
dövlət gəlirlərinin əhəmiyyətli rola malik deyil.
Eyni zamanda Azərbaycanda hasil edilən qızıl emal
edilmir. Xammal şəklində satılır. O baxımdan xammal
şəklində qızılın satışı daha çox fyuçə
müqavilələrinə əsasən həyata keçirilir.
Müqavilələrdə qiymətlər əvvəlcədən
müəyyənləşdirilir.Dünya bazarında qızılın qiymətinin
artması ilə bağlı baş verənlər dövlət gəlirlərinə
təsir göstərmir”.
Mütəxəssis dünya bazarında qızlın bahalaşması
tendensiyasının uzun müddət davam edəcəyinin
gözlənilmədiyini söyləyir:”Güman edilir ki, may
ayının sonuna qədər qızılın qıymətində artımlar
davam edəcək. May ayının sonunda qızılın qiyməti ilə
bağlı stabilləşmə müşahidə ediləcək. Bu da onunla
bağlıdır ki, Hindistanda qızıla olan təlabatın
artması mövsümi xarakter daşıyır. May ayının sonunda
tələbatın, o cümlədən istehlakın azalması baş
verəcək. Digər məqam öz rezervlətinin qızıla
dəyişilməsi, rezervlərinin bir qisminin qızılla
saxlanılması tendensiyasının ayın sonunadək başa
çatacağının gözlənilməsidir.Mayın sonlarında bu
proses bazara əhəmiyyətli təsirə malik olmayacaq.
Başqa tərəfdən, artıq Yunanıstan Avropa Birliyi və Beynəlxalq
Valyuta Fonduna yardımların alınması yönündə
razılıq əldə edib. Bu o deməkdir ki, ayın sonuna
qədər valyuta bazarında stabilləşmə qeydə alınacaq”.
V.Bayramov iyun ayından qızılın qiymətində müəyyən
azalmaların gözlənildiyi qənaətindədir:
“Ekspertlərin və müşahidəçilərin gəldiyi qənaətə
əsasən qızılın qiymətindəki artımlar təbii təsirlərə
malik olsa da bu artımlarda spekulyativ amillər-
süni artımlar da rol oynayır. Qızıl bazarında olan
investorların daha çox gəlir əldə etmək istəkləri
ilə əlaqədardır”.
|