|
İlin ikinci yarısında ciddi
qiymət artımları gözlənilir
Vüqar Bayramov: “baş verəcək bahalaşma iyun ayında
əməkhaqqı və pensiyaların artımının gözlənilməsi ilə
bağlıdır”.
Ölkənin istehlak bazarında qiymət artımları baş
verməkdədir. Ən pisi isə bu artımların davamlı
olacağının istisna edilməməsidir. Belə ki, ilin
sonuna doğru bahalaşma sürətlənəcək. Yeri gəlmişkən,
rəsmi proqnozlara görə 2010-cu ildə Azərbaycanda
orta illik inflyasiya 6-7% , orta illik inflyasiya
isə 3% təşkil edəcək.Ekspertlər isə bahalaşmanın
daha yüklü rəqəmlərlə ifadə olunacağını deyirlər.
Iqtisadi və
Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov ilin
ikinci yarısında Azərbaycanda ciddi qiymət
artımlarının gözlənildiyini deyir. Bunun səbəblərinə
toxunan ekspert bildirir ki, dünya neft bazarında
bahalaşma müşahidə edilir: “Neftin dünya bazar
qiymətinin artması nəticəsində neft sektorundan
büdcəyə ödənilən vergilərin həcmində artımlar var.
Bu isə büdcənin gəlirlər və xərclər hissəsinin
artımına səbəb ola bilər. Eləcə də neftin
qiymətinin artması ölkəyə gətirilən məhsulların
qiymətinin artmasına - idxal inflyasiyasının
yaranmasına gətirib çıxaracaq. Baxmayaraq indiki
qiymət idxal inflyasiyasının kəskin artmasına səbəb
olmayıb. Çünki1 barel neftin qiymətinin 80 dollar intervalında
olması dünya bazarında istehsal olunan
məhsulların qiymətinə ciddi təsir etmir.Yox, əgər
dünya bazarında “qara qızıl”ın qiymətində azalmalar
baş verməzsə və artımlar davam edərsə bu, ölkəyə
gətirilən bir sıra məhsulların bahalaşmasına gətirib
çıxaracaq”.
V.Bayramovun sözlərinə görə, neftin dünya bazar
qiymətinin artmasının yalnız iqtisadi deyil
psixoloji təsirləri də var:”Dünya bazarında
istehsal olunan məhsullar artan kimi ölkəyə
gətirilən məhsulların qiymətində artımlar müşahidə
olunur.Bu daha çox o məhsullarla bağlı baş verir ki,
həmin məhsullar inhisarçı qurumlar tərəfindən
ölkəyə gətirilir. Digər məqam bu ilin ikinci
yarısında baş verəcək bahalaşma iyun ayında
əməkhaqqı və pensiyaların artımının gözlənilməsi ilə
bağlıdır.Azərbaycanda adətən müşahidə edilən
tendensiya ondan ibarətdir ki, əməkhaqqı və pensiya
artımı baş verən zaman istehlak bazarında
bahalaşma prosesi gedir. Qiymət artımları bir sıra
halladra əməkhaqqı və pensiyalar artırılmamışdan
qabaq olur”.
Mütəxəssis deyir ki, iyul ayından başlayaraq
istehlak bazarında bir sıra məhsulların, eləcə də
ərzağın qiymətində artımlar müşahidə ediləcək:
“Neftin qiymətinin artması dövlət büdcəsinə yenidən
baxılmasını gündəmə gətirir. Əgər may ayında büdcəyə
yenidən baxılarsa və büdcəyə əlavə, dəyişikliklər
olunarsa, büdcə vasitəsi ilə maliyyələşdirilən
investisiya layihələrinə vəsait ayrılması barədə
qərar qəbul edilərsə, bu pul dövriyyəsinin
şişməsinə, nəticədə bahalaşmaya səbəb olacaq”.
Məlum olur ki, kənd təsərrüfatı məhsullarının
qiyməti əvvləki illə müqayisədə yüksək olacaq:”Bu
fermerlərin vaxtında subsidiyaları ala
bilməmələrindən irəli gəlir. Yaranmış vəziyyət
əkinlə bağlı müəyyən problemlər yaratdı . Belə ki,
əkin sahələri və məhsul istehsalı azaldı. Bu
sektorda paytaxt bazarlarına çıxışla bağlı maneələr
qalmaqdadır. Güman edilir ki, həmin kənd təsərrüfatı
sektorunda inhisarın qalması, bir sıra məhsulları
üzrə əkin sahələrinin azalması, iqlim faktoru kənd
təsərrüfarı məhsullarında bahalaşması ilə
nəticələnəcək.
|