|
Neft müqavilələrinə yenidən baxılması gündəmə gələ
bilərmi?
Vüqar Bayramov: “Dövlət
Neft Şirkəti ilə ABŞ təmsil edən şirkətləri
arasında bağlanan müqavilənin ləğv edilməsi
mexanizmləri yoxdur”
Son günlər Milli Məclisdə bir sıra millət vəkilləri
tərəfindən ABŞ-ın neft şirkətləri ilə bağlanan neft
müqavilələrinə yenidən baxılması
məsələsi gündəmə gətirilməkdədir. Səsləndirilən
fikirlərə görə, 1994-cü ildə Bakıda “Əsrin
müqaviləsi” imzalanan zaman dünya şirkətlərinə, o
cümlədən ABŞ şirkətlərinə qapı açılıb. O gündən bu
günədək ABŞ şirkətləri 36 milyon tondan çox neft
aparıblar, milyardlarla dollar qazanıblar. Amma
qazanılan pullar Ermənistana, Dağlıq Qarabağ
ermənilərinə paylayır, onlara yardım edilib. Bu
fikirdə olan millət vəkilləri hesab edir ki, ABŞ
şirkətlərinin neft payına yenidən baxmalı, bu
şirkətlərlə əməkdaşlığa xitam verməlidir.
Məsələyə münasibətini bildirən Iqtisadi və Sosial
İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyir
ki,Azərbayacan höküməti adından çıxış edən Dövlət
Neft Şirkəti ilə ABŞ təmsil edən şirkətləri
arasında bağlanan müqavilənin ləğv edilməsi
mexanizmləri praktiki yoxdur: “Əvvəla bu
müqavilələr ölkələr arasında deyil, şirkətlər
arasında bağlanıb.Həmin müqaviləyə əsasən
şirkətlərin öhdəlikləri müəyyənləşib. Və Azərbaycan
höküməti tərəindən Dövlət Neft Şirkəti üzərinə
öhdəlik götürüb. Müqavilə o halda pozula bilər ki,
həmin şirkətləröhdəliklərini yerinə yetirə
bilmirlərr. “Əsrin müqaviləsi” və digər neft
müqavilələrində Amerika Birləşmiş Ştatlarını təmsil
edən şirkətlərin isə öhdəliklərini yerinə
yetirməmələri yönündə hər hansı fakt yoxdur.İstər
Amerikanı, istərsə də dügər Qərb ölkələrini təmsil
edən şirkətlər müqavilədə nəzərdə tutulan qaydada
investisiya yatırımları həyata keçiriblər. O
cümlədən digər öhdəliklərini yerinə yetiriblər”.
V.Bayramovun sözlərinə görə, bu müqavilə o halda
pozular ki, şirkət öz öhdəliyini yerinə yetirə
bilməsin:”O zaman Heft Şirkəti müqavilənin pozulması
ilə bağlı konsorsiuma müraciət edə bilər.Nəzərə
almaq lazımdır ki, hələlik öhdəliklərin yerinə
yetirilməsi istiqamətində hər hansı problem
yoxdur.Belə bir problemin olacağı da gözlənilmir.
Çünki şirkətlərin neft müqavilələrində əsas
öhdəlikləri neft hasilatı, neft kəşfiyyatı ilə bağlı
yatırımların həyata keçirilməsidir.Praktiki
şirkətlər üzərlərinə düşən yaıtrımları, investisiya
qoyuluşlarını tam olaraq həyata keçiriblər.
Şirkətlər neft satışından əldə olunan gəlirlərdən və
ya mənfəətdən müəyyən hissəni satışa çıxarmaqla neft
gəlirlərinin bölüşdürülməsi ilə də məşğul
olurlar.İnvestisiya həyata keçirən, ölkənin neft
sektoruna kifayət qədər böyük həcmdə yatırım qoyan
şirkətlərin məfəətin bölüşdürülməsi prosesindən
xaric edilməsi nə hüquqi, nə də iqtisadi baxımdan
mümkündür.Güman etmirəm Amerikanı təmsil edən
şirkətlərlə bağlanan müqavilənin pozulması
ideyasının gündəmə gətirilməsi doğru addımdır”.
Ekspert bildirir ki, bu tip regional əhəmiyyət
daşıyan müqavilələrin pozulması məsələsinin gündəmə
gətirilməsi Azərbaycan dövlətinə investorların
marağı, o cümlədən münasibəti baxımından da düzgün
deyil: “Adətən müqavilələrin pozulması halları baş
verən ölkələrə investorların marağı, inamı
azalır.Müzakirələr Dövlət Neft Şirkətinə inamın
azalmasına gətirib çıxara bilər.Buna görə belə
müzakirələrin gündəmə gətirilməsinin yalnız hüquqi
deyil, psixoloji tərəfləri də var.Həmin psixoloji
tərəflər Azərbaycan üçün arzuolunana deyil. Hətta
Dövlət Neft şirkəti Azərbaycan höküməti adından
həmin müqaviləni birtərəfli şəkildə pozsa o zaman
müqavilələrin pozulmasından dəyən ziyan şirkətlərin
müqavilələrdən alacağı paydan dəfələrlə çox olacaq.
Başqa tərəfdən şirkətlər beynəlxalq məhkəməyə
müraciət edəcəklər Bu isə Azərbaycan dövlətinə qarşı
müəyyən sanksiyaların tətbiqinə gətirib çıxara bilər”.
V.Bayramov hesab edir ki, neft şirkətləri ilə
müqavilələrin pozulması, neft müqavilələrinə yenidən
baxılması mümkün olmadığı kimi, bu, Azərbaycan üçün
arzuolunandeyil:”Azərbaycan bütün hallarda neft
müqavilələrində üzərinə götürdüyüi öhdəlikləri
yerinə yetirir. Əslində bu gün Azərbaycanın neft
müqavilələrinin pozulmasından daha çox neft
şirkətləri vasitəsilə həmin ölkələrin siyasətinə
təsir imkanlarını genişləndirməsi daha
məqsədəuyğundur. Biz burda fəaliyyət göstərən neft
şirkətləri ilə nə qədər dost olarıqsa, o qədər
təmsil etdikləri ölkələrin qərarlarına və qərar
vermə prosesinə təsir etmək imkanımız cox olar”.
Ekspert deyir ki, neft müqavilələrində payı olan
şirkətlərlə münasibətlərin daha da yaxşılaşdırılması
gündəmdə olmalıdır nəinki əksinə:”Heç bir halda
şirkət təmsil olunduğu ölkənin qərarlarına və
siyasətinə görə məsuliyyət daşımır.Xüsusilə,
Azərbaycanın neft bazarında iştirak edən şirkətlər
özəl şirkətlərdir. Bunun üçün onlar Amerika
Birləşmiş Ştatlarının verdiyi qərarlara və ya
yürütdüyü siyasətə görə məsuliyyət daşımırlar.
Normal müstəvidə bir ölkə digər ölkə ilə yaranmış
soyuqluğun heyifini özəl şirkətlərdən almır. Nəzərə
almaq lazımdır ki, bu şürkərtlərin təsir imkanları
böyükdür.Cünki bu şirkətlər dünyanın multinasional
şirkətləridir.Onların həm regionda gedən proseslərə,
həm də qlobal arenada gedən siyasətə təsir
imkanları böyükdür. Bu səbəbdən münasibətlərin
pozulması gündəmdə olmamalıdır”.
|