|
Sığortalanan əmanətlər üzrə
faiz dərəcələrinə dəyişiklik gözlənilir
Vüqar Bayramov:”Banklar
tərəfindən dividentlərin aşaği salınması
sığortalanan faizə də təsir ğöstərəcək”
Son bir neçə ayda kommersiya banklarının əmanətlər
üzrə təklif etdikləri faiz dərəcələrində azalma
müşahidə edilməkdədir. Məsələn, bir neçə ay əvvələ
21, hətta 24 faizlə əmanət yerləşdirməyi təklif edən
bir sıra banklar hazırda bu rəqəmi 12 faizə
endiriblər. Qeyd edək ki, Əmanətlərin Sığortalanması
Fondu 30 min manatadək olan və 15 faizdən az
dividend verən əmanətləri sığörtalayır.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar
Bayramov bəzi bankların , əmanətlər üzrə faizləri
aşaği saldığını, hətta 11-12 faizlə divident təklif
etdiklərini deyir. Onun sözlərinə görə
dividentlərin aşaği salınması sığortalanan faizə də
təsir ğöstərəcək:”Buna baxmayaraq bir
sira
kommersiya bankları da var ki, ucuz kampaniya
apararaq əhaliyə hətta 15 faizdən artıq faizlər
təklif edirlər. Əmanətlərin Sığortalanması Fondu
sığortalanan əmanətlər üzrə faiz dərcəsinin 15
faizdən 12 faizə qədər endirilməsi ilə bağlı qərar
qəbul edərsə, bu halda yüksək faiz təklif edən
kommersiya banklarına yerləşdirilən əmanətlər
sığortalanmayacaq.Praktiki olaraq bu o deməkdir ki,
yüksək faiz təklif edən kommersiya banklarında olan
əmanətlərin qaytarılma riski artacaq. O baxımdan
siğortalanan əmanətlər üzrə dividentlərin
dərəcəsinin aşağı endirilməsi ilə bağlı qərar qəbul
edilən zaman ölkədə orta faiz dərəcələrinin nəzərə
alınması vacibdir. Eyni zamanda Mərkəzi Bankın
kommersiya banklarına əmanətlər üzrə təklif
etdikləri faiz dərəcələrini Əmanətlərin
Sığortalanması Fondunun faiz dərəcəsinə
uyğunlaşdırmalarını tövsiyyə etməsi vacibdir. Çünki,
fondun müəyyənləşdirdiyi faiz dərəcəsindən yüksək
faizlər təklif edən kommersiya bankları müflis
olduğu halda oradakı əmanətləri qaytarmaq mümkün
olmayacaq.Çünkı həmin əmanətlər sığortalanmayıb”.
Ekspert monitorinqlərin yaxın vaxtlarda Əmanətlərin
Sığortalanması Fondunun sığortalanan əmanətlər üzrə
faiz dərəcələrinə dəyişiklik edəcəyini göstərdiyini
vurğulayır: “Bu halda daha çox əmanət cəlb etmək
üçün kampaniya aparan kommersiya bankları öz faiz
dərəcələrini fondun faiz dərəcələrinə
uyğunlaşdırmasalar o halda əhalinin baklardakı
əmanətlərinin bir hissəsinin geri qaytarılma və ya
batma riski artacaq. Mərkəzi Bankın prosesə daha
yaxından müdaxilə etməsinə ehtiyac yaranacaq”.
|