|
İSİM-in
sahbikarlarla bağlı təklifləri qəbul edildi
Vüqar
Bayramov; “Sənədin icrasına nəzarətin
gucləndirilməsi üçün işçi qrupunun və qaynar xəttin
yaradılmasına ehtiyac var”
Prezident İlham Əliyev sahibkarlıq sahəsində
yoxlamaların nizama salınması və istehlakçıların
hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi
tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən,
istehlakçıların hüquqlarının qorunması məqsədilə
aparılan yoxlamaların müasir standartlara uyğun
olaraq tənzimlənməsi, aparılan yoxlamalar zamanı
səlahiyyətlərindən sui-istifadə hallarının
qarşısının alınması, şəffaflığın təmin edilməsi
göstərilib. Eyni zamanda Nazirlər Kabinetinə
yoxlamalar zamanı alınan nəticələrə uyğun olaraq
istehlakçıların hüquqlarının effektiv müdafiəsini
təmin etmək məqsədilə iki ay müddətində aparılan
yoxlamaların vahid qaydasını hazırlayıb prezidentə
təqdim etmək tapşırılıb.
Hökumətə sahibkarlıq sahəsində yoxlamaların
mütəmadiliyi haqqında məlumatın əldə edilməsini
mümkün edən Ədliyyə Nazirliyi tərəfindən aparılan
vahid məlumat reyestrinin formasını və aparılması
qaydasını hazırlayıb prezidentə təqdim etmək
tapşırılıb. Əslində sahibkarlıq mühitinin
yaxşılaşdırılması nöqteyi nəzərindən fərmanın
imzalanması vacibdir. Xatırladaq ki, İqtisadi və
Sosial İnkişaf Mərkəzi (İSİM) belə bir sənədin
imzalanması təşəbbüsü ilə çıxış etmişdi. Fərmanda
İSİM-in təklif etdiyi əksər məsələlər əksini tapıb.
Mərkəzin rəhbəri Vuqar Bayramov bildirir ki,
sahibkarlarin fəaliyyətinə mudaxilələrin aradan
qaldırılmasi üçün bunun prezident fərmanı
səviyyəsində rəsmilləşdirilməsi vacib idi. Onun
fikrincə, fərman sahibkarlara oz huquqlarını
qorumaq üçün ciddi imkanlar yarada bilər.
Ekspert bildirir ki, qlobal maliyyə böhranı
başladıqdan sonra sahibkarlıq subyektlərinin
fəaliyyətinə müdaxilələr artmışdı:”Bir tərəfdən
qlobal maliyyə böhranı sahibkarların sahibkarlıq
fəaliyyəti ilə məşğul olmaq imkanını məhdudlaşdırıb,
digər tərəfdən isə müdaxilələrin qalması, bəzi
hallarda artması onların fəaliyyət göstərməsinə,
eləcə də fəaliyyətlərini genişləndirməsinə imkan
vermirdi. Hətta müdaxilələrin artması səbəbindən
əvəllər sahibkarlıqla məşğul olanlar arasında
2009-cu ildə fəaliyyətlərini dayandıranlar olmuşdu.
Məsələn, respublikanin şimal bölgəsində kənd
təsərrüfatında çalışan sahibkarlıq subyektlərinin
xərclərinin təxminən 3\1, yəni 30 faizindən artığını
onların fəailiyyətinə yaradılan yersiz müdaxilələr
nəticəsində yaranan qeyri-rəsmi ödənişlər təşkil
edirdi. Bu ödənişlərin bir qismi hüquq mühafizə
orqanlarına, dıgər qismi yerli icra orqanlarına,
eləcə də dövlət qurumlarına çatırdı. Praktiki
olaraq,yersiz müdaxilələr sahibkarlıq subyektlərinin
xərclərinin artmasına gətirib çıxarır. Eyni zamanda
onların işləmək imkanlarını məhdudlaşdırır”.
Mütəxəsssis deyir ki, paytaxtda problem daha böyük
idi:”Dövlət büdcəsinin gəlirlər hissəsində
problemlər dərinləşdikcə sahibkarlıq faəliyyətinə
müdaxilələr artır. Nəzərə alsaq ki, qlobal maliyyə
böhranının 2010-cu ildə də davam etməsi gözlənilir
və bunun nəticəsində sahibkarlıq subyektlərinin öz
fəaliyyətlərini genişləndirmək imkanları məhdud
olacaq, yəni manatın möhkəmlənməsi ilə qonşu
ölkələrdə devalvasiya proseslərinin getməsi
nəticəsində ixracla məşğul olan sahibkarlıq
subyektlərinin ixrac imkanları məhdudlaşıb,
qanunsuz müdaxilələrin aradan qaldırılması üçün
doğurdan da prezident tərəfindən fərman
imzalanmasına ehtiyac var idi.”
V.Bayramov sənədin icrasına ciddi nəzarətin təşkil
edilməsinin vacib olduğunu vurğuladı:”Çünki, bir
sıra hallarda imzalanan fərmanlar yaxşı icra
olunmadığından təsirləri az olur. O
baximdan fərmanın icrasına nəzarət üçün işçi
qrupunun və elecə də qaynar xəttin yaradilmasina
ehtiyac var. Qaynar xətt sahibkarlara imkan verəcək
ki, fərmanın icrası ilə baglı nöqsanları Nazirlər
Kabinetinə çatdıra bilsin. Eyni zamanda hazırlanacaq
tədbirlər proqramında Sahibkarlar Konferdrasiyasına
və aparıcı tədqiqat mərkəzlərinə sənədin icrasının
monitorinqinə imkanlar yaradılmalıdır”.
V. Bayramov həmçinin təklif edir ki, sahibkarların
fəaliyyətinə qanunsuz müdaxilələrin aradan
qaldırılması üçün hər bir dövlət qurumu – Daxili
İşlər Nazirliyi, Vergilər Nazirliyi, Rabitə
Nazirliyi, Səhiyyə Nazirliyi, İqtisadi İnkişaf
Nazirliyi, Ədliyyə Nazirliyi, o cümlədən Dövlər
Gömrük Komitəsi üzrə konkret vəzifələr
müəyyənləşdirilməlidir. Ekspert hesab edir ki,
sahibkarlara qarşı madaxilələrin aradan
qaldırılmasında hüqüqi bazanın möhkəmləndirilməsi
üçün müəyyən qanunuvericilik aktlarına
dəyişikliklər də vacibdir: “Bundan əlavə görülməli
tədbirlərdən biri də səyyar vergi yoxlamalarının
2010-cu ilin sonunadək təxirə salınması olmalıdır.
Çünki, 2009-cu ilin yekunları göstərir ki, bir sıra
sahibkarlıq subyektləri ötən ili heç də uğurla başa
vurmayıblar.İqtisadi İnkişaf Nazirliyi tərəfindən
yoxlamaların azadılması vacibdir. Eləcə də bu
nazirliyin yanında fəaliyyət göstərən Sahibkarlara
Kömək Milli Fondunun kreditlərin bölüşdürülməsi
prosesinı şəffaf həyata keçıirməsi üçün tədbirlər
hazırlanmalıdır”.
|