|
Benzinin qiyməti
bahalaşacaqmı?
Vüqar
Bayramov:”“Avro-2” standartına keçid Azərbaycanda
istehsal olunan benzinin maya dəyərinin ən yaxşı
halda 10 faiz artmasına səbəb ola bilər”
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkənin
müvafiq idarələri ilə "Avro-3", "Avro-4" və "Avro-5"
standartlı benzin istehsalına dair danışıqlar aparır.
Bu ildən isə
"Avro-1",
“Avro-2”
standartına keçilməsi nəzərdə tutulub.
Sonrakı
mərhələlərlə növbəti standartlara keçiləcəkdir.
Rəylərə görə, "Avro-1", “Avro-2” standartlarına
keçid benzinin qiymətinin qaldırılmasına gətirib
çıxaracaq.Yada salaq ki, hazırda ölkədəki
yanacaqdoldurma məntəqələri daha çox Aİ-93 və
Aİ-95-dən istifadə edir. Aİ-98 isə bəzi yanacaq
doldurma məntəqələrində istifadə olunsa da, alıcısı
çox azdır. "Avro-1", “Avro-2” standartlarına
keçiddən sonra Aİ-98-in satışı genişlənəcək.
Yanacaq satışında ən yüksək standartın tətbiqi
qiymətlərə təsirsiz ötüşməyəcək.
Məlumat üçün bildirək ki, Azərbaycanda benzin
istehsal edilən iki zavod var. Hazırda bunlardan
yalnız birində benzin istehsal edilir. Hansıki bu
zaman köhnə standartlardan istifadə olunur. Bu da
ekologiyanın çirkləndirən səbəblərdəndir.
Nəzərə çatdıraq ki, Avropa Birliyində 1995-ci ildən
“Euro-2” standartı tətbiq edilir. 1998-ci ildən
“Euro-3”, 2007-ci ildən isə “Euro-4” standartı
na keçilib. 2009-cu ildən isə “Euro-5” standartı
tətbiq edilib.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar
Bayramov hesab edir ki, Azərbaycanın “Avro-2”
standartına keçməsi benzinin qiymətinin artırılması
üçün iqtisadi zəmin yaratmır. Ekspertin fikrincə
“Avro-2” standartına keçid Azərbaycanda istehsal
olunan benzinin maya dəyərinin ən yaxşı halda 10
faiz artmasına səbəb ola bilər: “Çünki, “Avro-2”
standartının tətbiqi benzinin tərkibindəki ətraf
mühit üçün zərərli olan elementlerin xaric edilməsi
deməkdir. Elementlərin xaric edilməsi istehsal
olunan hər litir benzinin maya dəyərinin 10 faiz
artmasına səbəb olur”.
V.Bayramov Azərbaycanda benzinin maya dəyəri ilə
satış qiyməti arasında fərqin olduğunu
vurğulayır: “Ölkədə benzinin satış qiyməti maya
dəyərindən 2,7 dəfə çoxdur. Benzinin satış qiyməti
maya dəyərindən yüksək olduğu üçün Azərbaycanda
benzinin satışı rentabellidir. O baxımdan “Avro-2”
standartlarına keçilməsi benzinin maya dəyərinin
kəskin artımına gətirib çıxarmayacaq. Eyni zamanda
nəzərə almaq lazımdır ki, bu gün Avropada “Avro-5”
standartları tətbiq olunur. Hansıki, ”Avro-5”
standartları ilə istehsal ounan benzinin orta
qiyməti 1 avro təşkil edir.Mərkəzi Şərqi Avropa
ölkələrində isə benzinin 1 litirinin qiyməti 1
avrodan da aşağıdır. Avropada benzinin qiymətinin
bazar tərəfindən müəyyənləşdirildiyini nəzərə alsaq,
bütün hallarda benzinin qiyməti onun istehsal
xərcindən və ya maya dəyərindən çox olur. Yəni
“Avro-5” standartı ilə istehsal olunan benzinin
qiyməti 1 avro təşkil edirsə, həmin benzinin
istehsal xərci 1 avrodan aşağıdır. Digər tərəfdən
Amerika Birləşmiş Ştatlarında “Avro” standartları
tətbiq edilməsə də belə orada istehsal olunan
benzinin keyfiyyəti “Avro-5” standartına uyğundur.
Həmin benzinin 1 litirinin qiyməti 70 sentdir”.
“Avro-2” standartının “Avro-5” standartı ilə
müqayisədə xeyli zəif standart hesab edildiyini
diqqətə çatdıran mütəxəssis belə halda Azərbaycanda
“Avro-2” standartına uyğun istehsal edilən benzinin
qiymətinin 1 manata çatdırılmasını iqtisadi
baxımdan əsassız sayır”Son standartlara uyğun benzin
istehsal edib satan ölkələrin təcrübəsi göstərir ki,
bu standartların tətbiqi benzinin maya dəyərinin
kəskin artımına gətirib çıxarmır.Azərbaycanda hal
hazırda benzinin qiymətinin artırılması üçün
iqtisadi zəmin yoxdur.Əgər Tarif Şurası tərəfindən
benzinin qiymətinin qaldırılması yönündə hər hansı
qərar qəbul edilərsə, bu iqtisadi faktorlarla
əsaslandırıla bilməz”.
İqtisadçı bildirir ki, “Avro-2” standartına keçid
adı altında benzin bahalaşdırılarsa, bu digər
məhsulların da qiymətinin artırılmasına gətirib
çıxaracaq. Cünki, benzinin qiyməti digər məhsulların
qiymətinə birbaşa təsir göstərir.Bir sıra
məhsulların istehsalında enerji daşıyıcılarından və
benzindən istifadə edildiyini deyən V.Bayramov bunun
pisixoloji təsirlərinin də olduğunu əlavə
etdi:”Benzinin qiyməti artırılan zaman digər
məhsulların da qiymətlərində artımlar baş
verir.İqtisadi zəmini olmayan qiymət artımları
istehlak bazarında kəskin artımlara gətirib çıxara
bilər. Ona görə də indiki halda benzinin qiymətinin
artırılmasına nə iqtisadi əsas var, nə də bunu maya
dəyərin artması və ya xərclərin dəyişməsi kimi
faktorlarla izah etmək mümkündür”.
|