|
|
|
|
“Nabukko” Rumuniyada müzakirəyə çıxarılacaq
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri
Vüqar Bayramov Rumuniyanın paytaxtı Buxarestdə
yerləşən İmperial universiteti tərəfindən təşkil
olunan “Balkanlar Qafqaz: problemlər, perespektivlər”
mövzusunda tədbirdə iştirak edəcək. Qeyd edək ki,
tədbir Rumuniya höküməti və Avropa Birliyi
tərəfindən dəstəklənir. Tədbirin məqsədi Balkanlarda
və Qafqazda proseslərin təhlil edilməsi, eləcə də
siyası, iqtisadi,o cümlədən konfiliktlərlə bağlı
məsələlərlərin müzakirəsi, Qafqaz və Balkanlar üçün
kifayət qədər əhəmiyyətli olan enerji
təhlükəsizliyi məsələlərinin rəsmi və ekspertlər
səviyyəsində müzakirəsinin təşkil olunmasıdır.
Bildirək ki, İSİM rəhbəri tədbirə Rumuniyanın
xarici işlər naziri tərəfindən dəvət edilib. Tədbirdə
Azərbaycan daxil olmaqla regiondakı digər
ölkələrdən, ABŞ və Mərkəzi Şərqi Avropa ölkələrindən,
eləcə də Avropa Birliyi ölkələrindən ekspertlər,
tədqiqat institutlarının rəhbərləri, hökümət
nümayəndələri qatılacaqlar.
Nəzərə çatdıraq ki, tədbirdə V.Bayramov
“Azərbaycanın enerji resurslarının Qafqazda
təhlükəsizliyin və əməkdaşlığın formalaşmasında
rolu” mövzusunda məruzə ilə çıxış edəcək. Yeri
gəlmişkən ekspertin yalnız Azərbaycanın enerji
resursları ilə bağlı deyil, həmçinin regionda həyata
keçirilməsi nəzərdə tutulan enerji layihələri, o
cümlədən “Nabukko ” layihəsi ilə bağlı çıxışı
olacaq. V.Bayramov bu zaman “Nabukko” layihəsinə
Azərbaycan tərəfinin verəcəyi töhvə, Azərbaycanını
“Nabukko” və digər transxəzər layihələrdə iştirakı
ilə bağlı iştirakçılara geniş məlumat verməyi
planlaşdırır.
|