Elman Rüstəmov Mərkəzi Bankın sədri təyin edilib

Vüqar Bayramov: “Elman Rüstəmovun Mərkəzi Banka sədr təyin olunması bank sektorunun inkişafı üçün əhəmiyyətli addımdır”

Elman  Rüstəmov Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilib. Bununla bağlı prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Qeyd edək ki, Elman Rüstəmov 1952-ci ildə Cəbrayıl rayonunda anadan olub. Əmək fəaliyyətinə 1973-cü ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi-tədqiqat İqtisadiyyat İnstitutunun iqtisadçısı vəzifəsində başlayıb. 1992-cı ilin dekabrında Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. 1995-ci ilin yanvarında E.Rüstəmov Azərbaycan prezidentinin sərəncamı ilə Milli Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. 2000-ci ilin aprelində ikinci 5 il müddətinə Milli Bankın İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib. 2005-ci ilin aprelində üçüncü 5 il müddətinə Milli Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

E.Rüstəmovun yenidən MB sədri olmasına münasibət bildirən Iqrtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov qlobal maliyyə böhranının  bank sektorunun iqtisadiyyatda yeni tendensiyaları diqtə edə bildiyini göstərdiyini deyir. Yəni bank sektorunda baş verən böhran birbaşa digər sektorlara təsir göstərir. Eyni zamanda bank sektorunda müşahidə edilən inkişaf digər sektorların inkişafı üçün zəmin yaradır: “Maliyyə  Nazirliyinin qlobal maliyyə böhranından əvvəl apardığı araşdırmalara görə,  qeyri neft sektorunda formalaşan ümumi daxili məhsulun 70 faizi bank və maliyyə sektorunun payına düşürdü.  Bu o deməkdir ki, bank sektoru qeyri neft ümumi daxili məhsulun formalaşmasında aparıcı paya  malikdir. O baxımdan Mərkəzi Bankın sədrinin kim olması kifayət qədər əhəmiyyətlidir.Elman Rüstəmovun qurumun sədri təyin edilməsi müsbət haldır”.

  V.Bayramovun sözlərinə görə, bank sektorunda müəyyən problemlər olsa da, E.Rüstəmovun  MB-ya sədr təyin edilməsindən – 1995-ci ildən sonra Azərbaycan kommersiya bank sektorunda müəyyən inkişaf meyilləri  müşahidə edilməkdədir: “Praktiki, qlobal maliyyə böhranı baş verdikdən sonda Mərkəzi Bankın kommersiya banklarının xüsusilə xarici  borc öhdəliklərinin aradan qaldırılması, eləcə də bankların müflisləşməsinin qarşısının alınması məqsədilə apardığı siyasət təqdirəlayiqdir. Mərkəzi Bank Azərbaycanda yeganə qurumlardan biri oldu ki, antiböhran tədbirləri həyata keçirdi”.

 

Ekspert bildirir ki, E.Rüstəmovun MB-nın idarə heyətinin  sədri təyin olunması bank sektorunun inkişafı üçün əhəmiyyətli addımdır: “Güman etmək olar ki, bu yaxın beş illə bağlı bank sektoru ilə bağlı proqnoz verməyə imkan verəcək. Bu həmçinin bank sektoru ilə bağlı antiböhran tədbirlərinin davam etdiriləcəyinə ümidlər yaradır”.

 

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.