Azərbaycan  Şərqi  Tərəfdaşlıq Proqramının ikinci mərhələsindən kənarda qala bilər

 

Ümumdünya Ticarət Təşkilatına üzvülüyün gecikməsi Avropaya integrasiyanı tormozalaya bilər

 

Avropa Birliyi Şərqi  Tərəfdaşlıq Proqramı çərçivəsində  ikinci mərhələ danşıqların aparılması üçün  ölkənin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvülüyünü əsas şərt kimi irəli sürüb. Nəzərə çatdıraq ki,  Şərqi  Tərəfdaşlıq Proqramına üzv olan 6 olkeden yalniz ikisi – Azərbaycan və Belarus ÜTT-yə  üzv deyil. Azərbaycanın  yaxın zamanlarda quruma üzv olması proqnozlaşdırılmır. Ona görə də, Azerbaycanla  Şərqi  Tərəfdaşlıq Proqramının ikinci mərhələsi üçün danışıqlar  dayandırıla bilər.

 İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov  bildirir ki, Azərbaycanın  Ümumdünya Ticarət Təşkilatına üzvülükdən   kənarda qalmasının obyektiv səbəbləri yoxdur. ÜTT-ə üzvülüklə bağlı Azərbaycanın quruma  hələ 11 il əvvəl müraciət etdiyini bildirən ekspert  bu müddətdə danışıqlarda ciddi irəliləyiş olmadığını önə çəkir: “Halbuki Qafqazdakı qonşularımızdan Gürcüstan 2000-ci ildə, Ermənistan isə 5 il əvvəl həmin quruma üzv olublar. Bu o deməkdir ki, getdikcə dairə qapanır və Azərbaycan prosesdən kənarda qalması gələcəkdə xarici ticarətdə ciddi problemlər yarada bilər. Belə ki, 2005-ci ildə təşkilatın  Honq-Konqda keçirilən 6-cı Nazirlər Konfransında sonra  üzvülük şərtləri ağırlaşıb və 2011-ci ilədək daha sərtləşəcəyi gözlənilir. Məsələdə yubanan Azərbaycan daha ağır şərtlərlə Ümumdünya Ticarət Təşkilatına  qoşulmaq məcburiyyətində qalacaq. Dünyanın 152 ölkəsinin bu təşkilatda cəmləşdiyini və qlobal ticarətin 94 faizinin həmin quruma üzv olan ölkələrdən tərəfindən aparıldığını nəzərə aldıqda Ümumdünya Ticarət Təşkilatına  üzvlüyün alternativinin olmadığı aydın olur”.

 

 

Mütəxəssis deyir ki, Azərbaycan rəsmililəri də ölkənin ÜTT-ə üzv olacağını bəyan edib. Belə olan halda isə yubanma Azərbaycan iqtisadiyyatı üçün perspektiv problemlər yaradır: “Daha ağır şərtlərlə Ümumdünya Ticarət Təşkilatına qəbul Azərbaycanın idxalçı ölkəyə çevirə və eləcə də ixrac imkanlarını məhdudlaşdıra bilər”. Ekspertin fikrincə, ÜTT-ə xarici ticarətdə diskriminasiyanı aradan qaldırdığından, şəffaflığı müdafiə etdiyindən və ən əsası idxal-ixracda inhisarçılığa qarşı mübarizə apardığından bəzi hökumət qurumları prosesi yubatmağa çalışırlar: “Təəssüf ki, həmin qurumların təsiri ilə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ildən-ilə kecikir. Bu təşkilata üzvlüyün yubanması məhz bəzi yüksək ranqa malik məmurların şəxsi gəlir mənbələrini qorunmaqlar ilə bağlıdır. Ümumdünya Ticarət Təşkilatına üzvlük onların gəlir mənbələrini qapaya bilər”.

 

Mərkəz rəhbəri hesab edir ki, bəzi hökumət qurumlarının ÜTT-ə üzv olandan sonra Azərbaycanda yerli istehsalın sıradan çıxacağı təhlükəsi ilə bağlı bəyanatları ictimai fikri çaşdırmaq məqsədi daşıyır: “ Azərbaycanda artıq liberallaşma prosesi başlayıb. Ölkədən valyuta çıxarmaq və aparmaqla bağlı məhdudiyyətlər aradan qaldırılıb. Ölkəmizdə onsuz da cari tariflər aşağıdır. Azərbaycan  Respublikasında tətbiq edilən kömürük tarifləri dərəcələri 0-dan başlayaraq 15-dək yüksəlir. Yəni ölkəmizdə tətbiq edilən ən yüksək kömürük tarifi 15-dir və bu da beynəlxalq standartlar baxımından olduqca aşağı hesab edilir. Hətta 1995-ci ildən DTT-nin üzvü olan qonşu Türkiyədə uyğulanan tariflər bizdə tətbiq edilən dərəcələrdən bəzi hallarda hətta bir neçə dəfə yüksəkdir. Polşada tarif dərəcələri 0-dan 18 faizədək dəyişir. Bütövlükdə, Mərkəzi və Şərqi Avropada bu göstərici 0-la 22 faiz arasındadır. Başqa tərəfdən,  hətta rəsmi informasiyalarda da kömürük gəlirlərinin hamısının yığılmadığı bildirilir. Beynəlxalq qurumların hesabatında isə Azərbaycan kömürük gəlirlərinin 50 faizinin toplanmadığı göstərilir. Bunun səbəblərinin obyektiv və ya subyektiv olmasından asılı olmayaraq kömürük sisteminin zəif fəaliyyət göstərməsi daxili bazarın qorunması haqqında arqumentləri zəiflədir.

Eyni zamanda Ümumdünya Ticarət Təşkilatına üzvlükdən sonra Azərbaycanın tarifləri aşağı salacağı bəlli deyil. Məsələ ondadır ki, bu təşkilata üzvlük heç də tariflərin kəskin aşağı salınması demək deyil. Tariflər ikitərəfli danışıqlar əsasında müəyyənləşdirilir və bəzi tariflər hətta artırıla bilər. Başqa tərəfdən, danışıqlar zamanı “fiks tariflər” müəyyənləşdirilir, buna görə də, hökumət gələcək tariflər ilə bağlı ehtiyatlı qərarlar qəbul etməlidir. Nəzərə almaq lazımdır ki, Ümumdünya Ticarət Təşkilatına üzvlükdən sonra hökumət daxili bazarı qorumaq imkanlarından mərhum olmayacaq. Qurumun  üzvlərinə müvəqqəti müdafiə tədbirləri həyata keçirməyə icazə verilir. Həmçinin, real mübadilə dərəcələrinin aşağı saxlanması hökumətin daxili istehsalı qorumaq imkanlarını artırır. Sadəcə, Ümumdünya Ticarət Təşkilatına üzvlük inhisarçı mövqedə olan məmurların bu tip fəaliyyətlərini davam etdirməyə imkan verməyəcək. Məsələ ondadır ki, diskriminasiya ilə üzləşən sahibkarlar problemlərinin həllini Ümumdünya Ticarət Təşkilatında  axtara bilərlər. Bəllidir ki, bu gün əksər ərzaq məhsullarının ölkəyə gətirilməsində qeyri-rəsmi icazə sistemi fəaliyyət göstərir. Hökumət özünə yaxın şirkətlərə idxalla məşğul olmaq icazəsi verir. Bu isə gəlirlərin təmərküzləşməsi və eləcə də inhisar qiymətinin tətbiq edilməsi məqsədi daşıyır. Ümumdünya Ticarət Təşkilatının  belə fəaliyyətləri qadağan etməsi məhz üzvlük prosesinin yubanmasının əsas səbəbidir.

 

 

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.