Mərkəzi Bankın  ehtiyatlarının həcmi niyə azalır?

Vüqar Bayramov: “Mərkəzi Bankın valyuta siyasəti çevik deyil”

 

İlin əvvəlindən Mərkəzi Bankın (MB) beynəlxalq ehtiyatlarının həcmində azalma müşahidə edilməkdədir. Fevral ayında Azərbaycanın beynəlxalq ehtiyatlarının həcmi 1,9% azalaraq 5 milyard 775,3 milyon dollara düşüb. Hansıki, yanvarda MB-nın beynəlxalq ehtiyatlarının həcmi 5 milyard 887,4 milyon dollar təşkil edib. Fevral ayında ehtiyat 112 milyon dollar azalıb. Lakin  2010-cu ilin yanvar-fevral aylarında beynəlxalq ehtiyat 107,3 milyon dollar artıb. İlin əvvəlinə ehtiyatın həcmi 5 milyard 668,1 milyon dollar olub. Bununla belə 2009-cu ilin fevral ayı ilə müqayisədə ehtiyatlar 4,5% və ya 271,8 milyon dollar azalıb. Belə ki, ötən ilin fevralında bu göstərici 6 milyard 47,1 milyon dollara  bərabər olmuşdu.Yerı gəlmışkən, 2009-cu ilin yanvar ayı ilə müqayisədə beynəlxalq ehtiyatların həcmi ötən ilin sonunda 13,6 faiz və ya 773 milyon dollar azalmışdı.

MB-nın məlumatına görə, cari ilin  fevralında beynəlxalq ehtiyatın 5 milyard 482,4 milyon dollarını xarici valyutada yerləşdirilən aktivlər təşkil edib. Bu aktivlər yanvarla müqayisədə 2% və ya 105,8 milyon dollar azalıb. Ölkənin BVF-dəki ehtiyat mövqeyi isə dəyişməz qalıb.  0,1 milyon dollara bərabər olub.  

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə,  Mərkəzi Bankın valyurta ehtiyatlarının azalması  qurumun valyuta ehtiyatlarını yenidən qiymətləndirməsi ilə bağlıdır.Onun sözlərinə görə, valyuta  ehtiyatlarının yenidən qiymətləndirilməsi zamanı bankın valyuta ehtiyatları əvvəlki aya nisbətən azalır: “Son aylar Mərkəzi Bankın valyuta ehtiyatlarının azalması  tendensiyası davam etməkdədir.Nəzərə allsaq ki, yanvar  ayında qiymətləndirmə zamanı əvvəlki aya nisbətən 65 milyon dollar azalma qeydə alınmışdı praktiki növbəti ayda da azalma davam edib”.

 

İqtisadçı deyir ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının azalması həm də qurumun valyuta ehtiyatlarının idarə edilməsi ilə bağlı çevik siyasət həyata keçirə bilməməsi ilə bağlıdır: “Nəinki Mərkəzi Bank, ümumiyyətlə bütövlükdə ölkədə valyuta ehtiyatlarının idarə edilməsi siyasəti çevik deyil. Qlobal maliyyə böhranı rezervlərin saxlanmasına yanaşmanı dəyişib. Böhrandan sonra valyuta ehtiyatlarının səhmlərdə, qiymətli kağızlarda saxlanılması arzuolunan deyil.  Çünkü onların gəlirlik səviyyəsi aşağı düşüb. Eyni zamanda problem ondan ibarətdir ki, Azərbaycanın valyuta ehtiyatlarının əksər hissəsi böhranın ən çox müşahidə edildiyi regionlarda saxlanılır. Belə ki, valyuta ehtiyatlarının 90 faizindən artığı Amerika Birləşmiş Ştatlarının və Avropa Birliyinin payına düşür. Həmin ölkələrdə valyuta ehtiyatları ən çox qiymətli kağızlarda, bondlarda yerləşdirilib.Hansıki, qiymətli kağızlar və  bondlarda qiymətlərin azalması müşahidə edilir. Azərbaycan höküməti, o cümlədən  Mərkəzi Bank vəsaitlərin bir qismini bondlarda yerləşdirməklə böhrandan sonra daha çox gəlir əldə etmək niyyətində idi. Amma son proseslər, dünya bazarında  baş verən qiymət dəyişiklikləri göstərdi ki, hələ də bondların qiyməti həmin istiqamətə vəsait yönəltməklə gəlir götürmək səviyyəsində deyil. Dövlət rezervlərinin heç də gəlirli olmayan sektorlara yönəldilməsi rezervlərin azalmasına gətirib çıxarıb. Diğər məqam onunla bağlıdır ki,  rezervlərin saxlanılması ilə bağlı valyuta səbəti arzuolunan deyil. Rezervlər daha çox dollar və avroda saxlanılır. Çox təəssüf  ki, adətən avroda saxlanılma o zaman baş verir ki, avronun məzənnəsi yüksəlir. Yəni Mərkəzi Bank və dövlət  rezervlərini idarə edən digər qurumlar avroya avronun kursunun yüksələcəyi ilə bağlı proqnozlar verilən zaman deyil, avronunun kursu yüksələn zaman müraciət edirlər”.

 

V.Bayramov eyni tendensiyanın komersiya banklarının fəaliyyətində də müşahidə olunduğunu vurğulayır: “Banklar ötən ilin sonlarında öz rezervlərinin və ya aktivlərinin bir qismini avroya çevirdilər. Bu birbaşa onunla bağlı idi ki, avronunu məzənnəsində dollara nisbətən artımlar baş vermişdi. Banklar yüksək məzənnə ilə avro aldılar. Sonradan avronun məzənnəsinin aşağı düşməsi, eləcə də rezervlərin yenidən qiymətləndirilməsi itkilərin, azalmaların yartanmasına gətirib çıxardı. O baxımdan rezervlərin hansı valyutada saxlanılması ilə bağlı siyasətin çevik olmaması, əksər hallarda rezervlərin valyuta səbətinin  valyuta bazarında baş verən dəyişiklikləri öncədən izləməməsi, sadəcə dəyişikliklərin arxasınca sürünməsi  yenidən qiymətləndirmə zamanı itkilərin yaranmasına gətirir çıxarır”.

 

Ekspert bildirir ki, ötən ilin payızında 1 milyon avro 1 milyon 200 min manat təşkil edirdisə, hazırda məzənnənin aşağı düşməsi nəticəsində   1 milyon avro 1 milyon 70  min manatdır: “Son aylar hər milyon avroda 130 min manat azalma baş verib. Avronun məzənnəsinin aşağı düşməsi daha çox kommersiya banklarının aktivlərinin azalmasına gətirib çıxarıb. Mərkəzi Bankın rezervlərinin azalması ilə yanaşı kommersya banklarında müşahidə edilən likvidlik və aktivlərin azalması problemi kommersiya banklarının valyuta siyasətinin çevik olmamasından irəli gəlir”. 

 

İSİM rəhbərinin sözlərinə görə, dolların manata təzyiqi 2009-cu illə müqayisədə azalsa  da Mərkəzi Bank sərt pul kredit siyasətini davam etdirir. Bank pul dövriyyəsinə intervensiya edərək manatın nəzənnəsini qoruyub saxlamağa çalışır: “Mərkəzi Bank manatın nəzənnəsini qoruyub saxlamaq üçün  son aylar nə qədər vəsait xərclədiyini açıqlamır. Amma bankın 2009-cu ilin yekunları ilə bağlı məlumatına görə, manatın məzənnəsinin saxlanılması üçün Mərkəzi Bankın il ərzində xərci təxminən 2 milyard dollara yaxın olub. Mərkəzi  Bankın bunu xərc kimi qiymətləndirməməsinə, dollar satıb manat alması və aldığı manatı istənilən zaman sata bilməsi ilə əlaqələndirməsinə baxmayaraq, bu doğru deyil. Əvvəla nəzərə almaq lazımdır ki, Mərkəzi Bank dönərli valyuta satır, milli valyuta alır. Diğər tərəfdən dank aldığı milli valyutanı satmaq imkanına malik deyil. Bank aldığı mili valyutanı sadəcə yığım kimi istifadə edir. Çünkı aldığı milli valyutanı, yəni manatı sonradan dövriyyəyə çıxararsa, bankın intervensiyasının mahiyyəti olmaz. O baxımdan bütün  hallarda bu xərcdir. Mərkəzi Bankın rezervlərinin azalmasına manatın məzənnəsinin qorunması  ilə  pul dövriyyəsinı intervensiya edilməsi, rezervlərin bir qisminin manatın məzənnəsinin qorunmasına yönəltməsi təsir edir”.

 

Mütəxəssis deyir ki,Mərkəzi Bankın manatın  məzənnəni qoruması həm iqtisadi, həm də sosial baxımdan       əhəmiyyətli olsa da, qurumun yumuşaq pul kredit siyasətinə keçməsi daha məqsədəuyğundur: “Söhbət  manatın devalvasiyasından getmir. Praktiki bu məsələ gündəmdə də deyil. Lakın Mərkəzi Bank daha yumuşaq pul kredit siyasəti ilə bahalı, sərt pul kredit siyasətinə son qoymuş olar. Bank bununla dövlət rezervlərinin bir qisminin manatın məzənnəsinin qorunmasına  yönəldilməsinin qarşısını ala bilər. Yumuşaq pul kredit siyasəti həmçinin ixracı stimullaşdıra, ölkənin idxaldan asılılığını aradan qaldıra bilər”.

V.Bayramov onu da qeyd edir ki, MB valyuta səvətinə, eləcə də həyata keçırdiyi monetar siyasətə korrektələr etməsə, dövlət rezervlərinin azalması tendensiyası yaxın aylarda da davam edəcək.

 

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.