Xəzər Dənizi Sahilində Yeni Dubay Salınır

 

Almaniyanın ən böyük informasiya agentliyi olan, “DPA” agentliyi Azərbaycanla  bağlı “Xəzər dənizinin üzərində yeni Dubay Salınır” sərlövhəli məqalə yayımlayıb. Məqalə Almaniyanın əksər mətbu orqanlarında, o cümlədən məşhur “Handelsblatt” qəzetində çap edilib. Məqaləni qısa ixtisarlarla sizə təqdim edirik.

 

Pəncərinin önünə park edilmiş  bahalı maşınlar, ciplər  mağazaların görüntüsünü daha da cəlbedici edir.  Şəhərin küçələri əsasən qumla örtülüb. Yeni ofis və lüks dairələrin tikintisi üçün kranlar tikinti materialları qaldırır,  hərtərəfdə çəkic, elektrik mişar səsləri eşidilir. Bakı bir neçə ildə xeyli dəyişib. Yeni lüks otellər açılıb. Əvvəllər burada qayqanaq və ağ çörək təklif edildiyi halda indi səhər yeməyi üçün xarici biznesmenlərə suşi buyurulur.

Neft və qazla  zəngin Qafqaz ölkəsinin 2006- cı ildən etibarən Bakı-Tiflis-Ceyhan  boru kəməri işə düşdü.  Bundan sonra Bakının  qara qızılı Tbilisidən keçməklə Aralıq Dənizi sahilində yerləşən Ceyhan limanına nəql olunmağa başladı. Hansıki  neft burdan da Qərb enerji mərkəzlərinə çatdırılır. 2 milyonluq əhalisi ilə Bakı “ Xəzər dənizinin Dubayı”  kimi görünür. Bü gün 8 milyon əhalinin yaşadığı Azərbaycan ümid edir ki,    təbii resurslarından strateji, davamlı istifadə etmək mümkün olacaq.

Ölkə həm də  Mərkəzi Asiya enerji resurslarına çıxmaqda körpü rolunu oynayır. “Biz artıq öz yolumuzu cızmışıq. Nə istədiyimizi bilirik." xarici işlər naziri Elmar Məmmədyarov belə deyir. Onun sözlərinə görə,  enerji ehtiyatları milli təhlükəsizlik, müstəqillik və regionun əsas qüvvəsinə çevrilmək yolunda çox əhəmiyyətlidir.

 

Böhranın təsirlərinə baxmayaraq A növdən olan layihələr  davam edəcək

 

Körpü rolunu oynayan həm də Bakıdakı Alman Azərbaycan Biznes İnkişafı Assosiasiyasının ofisidir. Bu ofisə gələn ziyarətçilər ilk öncə ağır metal qapı ilə rastlaşırlar, daha sonar çox kasıb görünən pilləkənlə ofisə qalxıllar. Divarlar özündə strategiya və konsepsiyaları əks etdirən xəritələrlə örtülüb. Assosiasiyanın rəhbəri Florian Şröder deyir ki, təsdiqlənmiş neft yataqları 200 milyard dollar həcmində qiymətləndirilir. Və neft növbəti 20-25 il ərzində kifayətdir: “Son 3 ildə klubda qeydə alınmış Alman şirkətlərinin sayı 2 dəfə artaraq 100- ə çatıb. Daha çox maraq tikinti sahəsinədir. Qlobal maliyyə böhranı və neftin dünya bazarındakı qiymətinin düşməsinin Azərbaycana  da təsir etməsinə baxmayaraq A növdən olan layihələr (5 ulduzlu hoteller, biznes kompleksləri, əsas yol qovşaqlarının tikintisi) davam edəcək. Bu əvvəlcədən razılaşdırılmış səviyyədə həyata keçrilir”  Şröder belə deyir. “Bu həmdə lüks mal və maşınların satışına da aiddir.” Bəs Almaniyanın burda rolu nədir? “Texnologiya, bilik, məsləhət” deyə Florian Şröder söyləyir.

Peşəkarlıq, biliklə  bağlı məsələlər  Azərbaycanın zəif cəhətidir

Yerli əhalinin peşəkarlığı, biliyi ilə bağlı məsələlər   Azərbaycanın zəif cəhətidir. Neft Akademiyasının müəllimlərindən biri deyir ki, ölkədə bu sahədə beynəlxalq standartları mənimsəmiş az sayda  mütəxəsis var. Varlı insanların  hamısının uşaqları xaricdə təhsil alır. Adının çəkilməsini  istəməyən bu şəxs Azərbaycanda tənqidin yaxşı qarşılanmadığını da dilə gətirir.

 

Azərbaycanlı iqtısadçı Vüqar Bayramovun təkliflərindən Prezident İlham Əliyevin rəhbərlik etdiyi administrasiyada da istifadə edirlər. Onun rəhbərlik etdiyi İqtisadi və Sosia İnkişaf Mərkəzi (İSİM) ölkənin aparıcı beyin mərkəzi olaraq ölkə iqtisadiyyatının neft və qaz sektorundan asılılığının aradan qaldırılması, iqtisadi islahatların dəstəklənməsi istiqamətində proqramlar həyata keçirir: " Neft ixracın 90 faizini təşkil edir və ümum daxili məhsulun əsas hissəsini əhatə edir. Hazırda gündəlik olaraq,  Azərbaycana 15 milyon dollar həcmində neft pulu daxil olur. Bu pulların gələcək nəsillər üçün saxlanması məqsədilə 2001- ci ildən yaradılmış fonda vəsaitlərin bir hissəsi toplanır ki hazırda fondun sahib olduğu vəsait 14.9 milyard ABŞ dolları həcmindədir. Təsdiq edilmiş əsasnaməyə görə, neft pulunun dörddə biri gələcək nəsillər üçün saxlanılmalıdır”.

V. Bayramov qeyd edir ki, bu ilin neft gəlirləri 5.9 milyard həcmində proqnozlaşdırılır. Bunun da 60% -i dövlət büdcəsinə yerləşdiriləcək, 34%-i isə digər proqramlara xərclənəcək.  Yalnız 6% vəsait fondda saxlanacaq. 2013 cü ilədək neftdən gələn gəlirlərin  pik həddə çatacağını söyləyən ekspert  bildirir ki, tendensiya belə  davam etsə  2015- ci il üçün fondun büdcəsi sıfır ola bilər.

 

Dövlət İdarəçiliyində İslahatlara Ehtiyac Var

Bayramov həmçinin Azərbaycan iqtisadiyyatının başqa bir problemının  yüksək səviyyədə inhisarlaşma olduğunu vurğulayır: “Hər sahədə inhisarçı oliqarxlar var ki, bu da rəqabət mühitini boğur. Bazarda qiymətlər həddən çox yüksəkdir hətta bəzən Avropa ölkələri ilə qiymət fərqi bir neçə dəfəyə çıxır. Misal olaraq, Bakının mərkəzində bir stəkan kofe içmək 10 evro, 17 evro və bəzən daha çox baha başa gəlir.

Azərbaycan 1997 ci ildən Dünya Ticarət Təşkilatına üzvlük üçün müraciət edib. Danışıqlar artıq 13 cü ildir ki davam edir. Buna baxmayaraq bis sıra sektordakı oliqarxlar bu üzvlüyə qarşıdırlar”..

 
Vüqar Bayramovun fikrincə, dövlət  idarəçiliyində islahatların aparılmasına ehtiyac var:  "Hökümət korrupsiya ilə mübarizə aparmalı və inhisarçılığı aradan qaldırmalıdır. Bu proses təbii ki, müəyyən vaxt tələb etdiyindən islahatlar mərhələli olmalıdır.  Əgər inhisarlara qarşı mübarizəyə başlanılarsa,  əhali inhisarçı məmurları deyil, prezidenti dəstəkləyəcək. O bildirib ki,  Prezident güclü və islahata meyillidir, lakin ölkədə bir çox maraqlar var.

 

 

 

 

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.