İSİM Harvard Üniversitetinin Rəsmi Katoloquna Daxil Edilib

Dünyanın 1 nömrəli universiteti Azərbaycanın beyin mərkəzini dünyanın aparıcı təşkilatlardan biri kimi tanıyıb

ABŞ-ın tanınmış Harvard Universiteti İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəsmi katoloquna daxil edilməsi ilə bağlı qərar qəbul edib. Bu haqda Harvard Universitetinin Con Kennedi Hökumət Fakultəsi açıqlama yayıb. Həmçinin  İSİM-in adı universitetinin internet ünvanında yerləşdirilib (http://www.hks.harvard.edu/library/research/guides/think-tanks-directory.htm#intT ). Məlumat üçün bildirək ki, İSİM Harvard Universitetinin rəsmi katoloquna daxil edilən ilk və yeganə Azərbaycan təşkilatıdır.

İSİM-in rəhbəri Vüqar Bayramov bildirib ki, Azərbaycanın beyin mərkəzinin dünyanın tanınmış universitetinin rəsmi katoloquna daxil edilməsi sevindirici haldır. İlk dəfə olaraq Azərbaycan təşkilatı Harvrd Universiteti tərəfindən rəsmi olaraq tanınır. MDB-dən yalnız iki ölkənin (Rusiya və Azərbaycan) həmin siyahıda təmsil olunduğunu nəzərə aldıqda katoloqun kifayət qədər ciddi və əhəmiyyətli olduğunu təsəvvür etmək çətin olmaz.

Qeyd edək ki, Rusiyanı həmin siyahıda Karnegi Moskva Mərkəzi təmsil edir.

V. Bayramov onu da deyib ki, son illər İSİM-in xarici əlaqələri kifayət qədər güclənib və təşkilat, demək olar, bütün dünya reytinqlərinə daxil edilir. ABŞ-ın məşhur Pensilvaniya Universitetinin hesabatında da İSİM Qafqazın aparıcı beyin mərkəzi kimi qiymətləndirilərək Mərkəzi və Şərqi Avropanın əsas təşkilatları siyahısına daxil edilmişdir.

İSİM rəhbəri deyib ki,  Harvard Universitetinin İSİM-i özünün rəsmi katoloquna daxil etməsi mərkəzlə dünyanın aparıcı universitetlər və təşkilatları arasında əlaqələrin daha da genişlənməsinə təkan verəcək. Eləcə də Azərbaycan elminin xaricdə geniş təqdimatına  imkan yaradacaq.

Xatırladaq ki, İSİM 2005-ci ildə xaricdə təhsil almış bir sıra aparıcı iqtisadçılar tərəfindən yaradılıb. Mərkəz müxtəlif dövlət, beynəlxalq və qeyri-dövlət təşkilatları ilə iqtisadi və sosial islahatların dəstəklənməsi istiqamətində proqramlar həyata keçirir.

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.