Amerika Müflis Olacaqmı?

Vüqar Bayramov: “Yaxın vaxtlarda ABŞ-da dövlət borclarının həcmi ÜDM-dən çox olacaq və bu da dünya iqtisadiyyatı üçün kritik nəticlərə səbəb ola bilər” 

 Hökümət  təcili tədbirlər həyata keçirməklə bağlı qərar qəbul etməsə ölkə iqtisadiyyatı müflis olmaqla  üz-üzə qala bilər. Bu bəyantla ABŞ-ın maliyyə naziri Timoti Qaytner çıxış edib.O bunu daxili borcların rezervlərin bir qisminin bu istiqamətdə xərclənməsinə gətirib çıxarması ilə əsaslandırıb. Məlum olub ki,  ABŞ-ın həm tədiyyə balansında, həm də büdcəsində kifayət qədər böyük  defisit yaranıb. Yeri gəlmişkən Amerika iqtisadiyyatındakı problem bu ölkənin valyutasının məzənnəsinə təsir etməkdədir. Dollar günü-gündən digər valyutalara nisbətən dəyərsizləşir.

Son illər ABŞ iqtisadiyyatında müəyyən tənəzzül meyillərinin müşahidə olunduğunu deyən iqtisadçı-ekspert Vüqar Bayramov Birləşmiş Ştatların daxili borcunun14,3 trilyon dollara çatdığını söyləyir: “Bu da 2011-ci il üçün istehsalı proqnozlaşdırılan ümumi daxili məhsulun 97,3 faizi deməkdir. Belə ki, cari ildə Amerikada 14,6 trilyon dollar ümumi daxili məhsul istehsalı nəzərdə tutulub.  Eyni zamanda Birləşmiş Ştatların həm xarici ticarət dövriyyəsində, həm də tədiyyə balasında kəsirin həcmində ciddi artımlar var. 2003-cü ildən başlayaraq Amerikanın federal büdcəsində kəsir hər il əvvəlki ilə nisbətən 500 milyard dollar artır. 2010-cu ilin yekunlarına görə, Amerikanın federal büdcəsində 1,7 trilyon kəsir var. Bu da ümumi daxili məhsulun 12 faizini təşkil edir.Hansıki iqrtisadi qanunvericiliyə əsasən kritik həddir”. 

Ticarət dövriyyəsindəki kəsirin ABŞ  iqtisadiyyatına təsir göstərdiyini bildirən ekspertin sözlərinə görə, idxalın artması fonunda problem daha da dərinləşir: “Amerikanın idxalında təkcə ötən il 9,3 faiz artım müşahidə edilib. Nəticədə ixracdakı artım idxaldakı artımla müqayisədə xeyli geri qalıb”.

ABŞ iqtisadiyyatının müflis olma ehtimalının olub-olmamasına gəlincə, V.Bayramov Amerikanın dünyanın aparıcı iqtisadiyyatına malik olduğunu xatırlatdı: “Birləşmiş Ştatlar iqtisadiyyatının dünya iqtisadiyyatında payı 27 faizdən çoxdur. Bununla belə Amerika iqtisadiyyatında son illər müşahidə edilən problemlər bu ölkənin dünya iqtisadiyyatında mövqeyinin müəyyən qədər aşağı düşməsinə, o cümlədən onun yaxın izləyicisi olan Çinlə aralarındakı fərqin azalmasına gətirib çıxarıb”.

V.Bayramovun sözlərinə görə, Birləşmiş Ştatlar iqtisadiyyatında müşahidə edilən  problemlər dolların digər valyutalara, eləcə də avroya nisbətən məzənnəsinin aşağı düşməsinə səbəb olub: “ Yalnız bir ayda dolların avroya nisbətən məzənnəsi 10 faizdən çox aşağı düşüb. O baxımdan ABŞ iqtisadiyyatında ciddi problemlərin olacağı proqnozlaşdırılır. Bir sıra Avropa ölkələrində, o cümlədən Yunanıstanda olduğu kimi Amerikanın müflis olma təhlükəsi ilə qalıb-qalmaması hələlik bəlli deyil. Lakin  Birləşmiş Ştatlar iqtisadiyyatında problemin dərinləşməsi digər ölkələrə, eləcə də Azərbaycana mənfi təsir göstərir. Azərbaycanın rezervlətinin 70 faizi dollarla saxlanılır. 2010-cu ilin yekunlarına görə,  rezervlər 29,4 milyard dollar təşkil edib.  Mərkəzi Bank, eləcə də  Neft Fondu tərəfindən idarə olunan rezervlərin 19 milyard dollardan artığı dollarla saxlanılır. Amerika iqtisadiyyatında problemin dərinləşməsi, dollarla saxlanılan rezervlərin manatla ifadəsində həcminin azalmasına gətirib çıxaracaq”.

İqtisadçı hesab edir ki,  dolların məzənnəsinin  düşməsi Azərbaycan rezervlərinin saxlanması siyasətinə yenidən baxılmasını gündəmə gətirir.

İqtisadçı bütövlükdə dollar zonasında baş verən pronlemlərin Azərbaycana mənfi təsir göstərəcəyini söyləyir. Onun qənaətinə görə, bu birbaşa rezervlərin manatla azalması ilə müşahidə ediləcək.

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.