Neft kəskin  bahalaşa bilərmi?

Vüqar Bayramov: “”Qara qızıl”in qiymətindəki dəyişikliklər  birbaşa ərəb ölkələrində siyasi gərginliyin nə zaman başa çatmasından asılı olacaq”.

Misirdə davam edən kütləvi iğtişaşlar, eləcə də ABŞ-da neft ehtiyatının artması barədə məlumatlar fonunda ötən gün dünya bazarlarında neft bahalaşıb. London birjasında “Brent Crude Oil” markalı neftin bir barelinin qiyməti 0,60 dollar artaraq, 102,34 dollara çatıb.

Nyu-York birjasında isə “Light Sweet Crude Oil” markalı neft 0,09 dollar bahalaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 90,86 dollar təşkil edib.

Iqtisadçı-alim Vüqar Bayramov bilidrir ki, dünya bazarında neftin bir barelinin 100 dolları ötməsi iqtisadi səbəblərdən daha çox siyasi səbəblərlə bağlıdır. Onun sözlərinə görə, monitorinq və qiymətləndirmələr dünya bazarında neftə olan tələbatın artmasının  müşahidə olunmadığını gösətərir: “Əksinə, Avropa Birliyi ölkələrində neftə olan tələbatın azalması müşahidə  edilir ki, bu da birbaşa qitədə müşahidə  edilen iqtisadi böhran ilə bağlıdır. Eyni zamanda, ABŞ ve Çində neftə olan tələbatın artması müşahidə  edilməyib. Bu baxımdan, neftin qiymətinin artması üçün iqtisadi zəminlər faktiki olaraq qeydə alınmayıb”.

V.Bayramov qeyd edir ki, neftin qiymətinin yüksəlməsi daha çox Yaxın Şərqdə müşahidə edilən siyasi gərginliklə bağlıdır.  Artıq bir sira şirkətlər Misirdə neft emalını dayandırıblar. Eyni zamanda Misirdə yaşanan gərginliyin, mintqlər dalğasının başqa Ərəb ölkələrinə, xüsusən neft istehsal eden ölkələrə keçməsi  istiqamətində  psixoloji narahatçılıq  yaranıb. Hansıki, bu da neft bazarında gərginliyin yaranmasına səbəb olub və investorlar neftin qiymətinin kəskin yuksəlməsindən ehtiyatlanırlar”.

İqtisadçının fikrincə , neftin qiymətindəki dəyişikliklər  birbaşa ərəb ölkələrində siyasi gərginliyin nə zaman başa çatmasından asılı olacaq. Belə ki, əgər "istefa dalgaları" neft istehsal edən Ərəb ölkələrini "vurarsa" bu zaman “qara qızıl”ın qiymətində kəskin artımlar olacaq: “Bununla belə neftin qiymətində  kəskin artımların olacaği ehtimalları kifayət qədər zəif qiymətləndirilir. Güman edilir ki, "Misir problemi" həll edildikdən sonra neft bazarındakı gərginlik yumşalacaq və  bu da “qara qızıl”ın  qiymətinin hər barel üçün  90 dollaradək azalmasina gətirib çıxaracaq”.

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.