|
|
|
|
Tarif
Şurasının qərarı istehlak bazarına neqativ təsir
göstərəcək
Vüqar Bayramov: “Bir neçə xidmət üzrə kəskin qiymət
artımları əhali üçün yeni, gözlənilməz xərclər
yaradır”.
Məlum
olduğu kimi,
Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.
İclasda aidiyyəti dövlət qurumlarının müraciəti
əsasında bir neçə sahə üzrə tariflərə baxılıb və
müvafiq qərarlar qəbul edilib. Poçt xidmətləri, su
və dəmiryol nəqliyyatı bahalaşdırılıb. Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində
olan “Azərpoçt” MMC tərəfindən göstərilən universal
poçt xidmətlərinin tariflərinə baxılaraq yeni
qiymətlər müəyyənləşdirilib. Nəticədə yeni tariflər
daxili universal poçt xidmətləri üçün 20 qəpiklə 2
manat arasında dəyişir. “Azərsu” Səhmdar
Cəmiyyətinin müraciətinə baxan Tarif Şurası sudan
istifadə xidmətlərinin qiymətlərini ƏDV daxil
olmaqla əhaliyə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir,
Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə 1
kubmetr üçün 30 qəpik, digər regionlarda 25 qəpik,
qeyri-əhali istehlakçı qrupları üçün ölkənin bütün
ərazisi üzrə 1 manat, tullantı sularının axıdılması
xidmətlərinin tariflərini əhali qrupu üzrə 6 qəpik,
digər istifadəçilər üçün 30 qəpik səviyyəsində
müəyyən edib. Əhali istehlakçı qrupunda sayğacsız
abonentlər üzrə bir nəfər üçün aylıq istehlak
norması 6 kubmetrdən 5 kubmetrə endirilib. “
Tarif Şurası
həmçinin
“Azərbaycan Dəmir Yolları” QSC-nin müraciəti
əsasında ölkədaxili sərnişindaşıma xidmətlərinə də
baxıb. Yeni tariflər istiqamətlərdən və məsafədən
asılı olaraq adi qatarlarda 3-19 manat, sürət firma
qatarlarında 14-25 manat arasında dəyişir. Tariflərə
yataq dəstinin dəyəri də daxil edilib. Sadə elektrik
qatarlarında gediş haqqı 20 qəpiklə 2 manat arasında,
sürətli elektrik qatarlarında isə 60 qəpiklə 6 manat
arasında müəyyən olunub. Qərar qəbul edilərkən
1997-ci ildə təsdiq edilmiş mövcud ölkədaxili
sərnişindaşıma tariflərinin bu xidmətlərə çəkilən
xərclərdən dəfələrlə aşağı olması nəzərə alınıb.Bu
arada TŞ-nın əsaslandırmasına görə, yeni tariflər
qonşu dövlətlər və MDB ölkələrinin uyğun tarifləri
ilə müqayisədə aşağı səviyyədədir.
Bütün dünyada rabitə tariflərinin aşağı salınması
prosesi gedir
Tənzimlənən qiymətlərlə bağlı son qərarlara
münasibətini bildirən iqtisadçı-ekspert Vüqar
Bayramovun sözlərinə görə, əslində Tarif Şurasının
eyni vaxtda bir neçe xidmət üzrə qiymətləri kəskin
artırmasi iqtisadi baxımdan arzuolunan deyil.
V.Bayramov bildirir ki, bu həmin xidmətlərlə yanaşı
bütövlükdə istehlak bazarına neqativ təsir
göstərəcək. Onun fikrincə, rabitə xərclərinin
artırılması üçün iqtisadi zəmin yox idi: “Bu gün
bütün dünyada rabitə tariflərinin aşağı salınması
prosesi gedir, Azərbaycanda da isə əksinə
qiymətlərin artırılması müşahidə edilir. Xüsusən,
daxili universal poçt xidmətlərinin 20 qəpiklə 2
manat arasında müəyyənləşdirilməsi daha çox
aztəminatlı əhaliyə mənfi təsir göstərəcək. Ölkə
daxilində bu xidmətlərin qiyməti artacaq”.
“Ərazisi Azərbaycan ölçüdə olan
ölkələrdə bu qiymətə qatar
bileti satılmır”
İqtisadçı deyir ki, dəmiryolunda tariflərin
baxılmasına ehtiyac olsa da qiymətlərin kəskin
artırılması diqqət çəkir: “Qatarlarda qiymətlər 24
manatadək yuksələcək. Bu 30 dollar dəməkdir. Ərazisi
Azərbaycan ölçüdə olan
ölkələrdə bu qiymətə
qatar bileti
satılmır. Dəmiryolu xidməti bütün dünyada ən ucuz
ximdət hesab edilir. Bu baxımdan bu sahədə kəskin
artımlara getmək məqsədəuyğun deyildi”.
V.Bayramov hesab edir ki, içməli su üzrə tariflərin
artırılması ilə razılşmaq mümkündür: “Müqayisələr
göstərir ki, bu xidmət üzrə qiymətlər başqa ölkələr
ilə müqayisədə aşağı idi. Bununla yanaşı bu sahədə
nəzarətin gücləndirilməsinə ehtiyac var. Təəssüf ki,
içməli suda qeydiyyatsız xəttlər vasitəsi ilə
istifadə halları artmaqdadır. Bu ise qiymət
artımlarının bu sektora təsirini minimumlaşdırır”.
1 m3 suyun 1 manata satılması biznesin inkişafını
əngəlləyəcək
Onun sözlərinə görə, suyun qiymətinin yüksəlməsi
üçün müəyyən əsaslar olsa da, narahatçılıq doğuran
məqam məhz tariflərin kəskin yuksəlməsidir: “Əslində
son artımlardan sonra Azərbaycanda içməli suyun
qiyməti bölgədə ən yüksək qiymətə çevrilib. Xüsusən,
qeyri-əhali istehlakçı qrupları üçün ölkənin bütün
ərazisi üzrə 1 m3 suyun 1 manata satılması biznesin
inkişafını əngəlləyəcək. Bütövlükdə bu istiqamət
üzrə də qiymətlərin iqtisadi baxımdan
əsaslandırılmadan, kəskin artırılması diqqəti cəlb
edir”.
İqtisadçı hesab edir ki, Tarif Şurası qiymətlərin
artırılması ilə baglı qərar qəbul edən zaman bu
artımların vətəndaşların xərclərinə necə təsir
göstərəcəyini araşdırmalı idi: “ Eyni vaxtda bir
neçə xidmət üzrə kəskin qiymət artımları əhali üçün
yeni, gözlənilməz xərclər yaradır”.
|