|
“Nabucco” kəmərinin
tikintisi
2014-də başa çatacaq
Vüqar Bayramov: “Nabucco kəmərinin mavi qazla təchiz
edilməsində problem olmayacaq”
“Nabucco”
qaz kəmərinin yaxın 2-3 ildən sonra işə düşməsi
realdır Avropa İttifaqı yaxın illər ərzində bu
kəmərlə “mavi yanacaq” alacağına ümid edir. “ ANS
PRESS-in "Deutche Welle" jurnalında istinadən
verdiyi məlumata görə, bunu Brüsseldə Avropa
İttifaqının energetika üzrə komisarı Günter Ottinger
bildirib. O qeyd edib ki, Xəzər regionu ölkələri
“Nabucco” qaz kəməri layihəsini dəstəkləyiblər və
qazın tədarükü ilə bağlı konkret layihələr irəli
sürüblər: “Bu razılıq Avropa Komissiyasıının
nümayəndələrinin, həmçinin komissiyanın rəhbəri Joze
Manuel Barrozunun Türkmənistana və Azərbaycana
səfəri zamanı əldə olunub”.G. Ettingerin həmçinin
deyib ki, Azərbaycan prezidenti İlham Əliyev
növbəti 5-8 il ərzində “Nabucco” vasitəsilə ildə 21
milyard kubmetr qazı satmağa hazır olduğunu bildirib.
Türkmənistan tərəfi isə ildə 10 milyard kubmetr
“mavi yanacaq” satmağa razıdır. Nəticədə, hər iki
ölkə tərəfindən satılacaq və 31 milyard kubmetr
təşkil edəcək
ki, bu da
qaz kəmərinin tam doldurulması üçün kifayətdir.
Bu arada məlumatlara görə, rəsmi Bakı layihəni
dəstəkləsə də şərtləri var. Hansıki buraya layihə
çərçivəsində ikinci təchizatçı ölkənin mövcudluğu
daxildir.
Belə ki, Azərbaycan təkbaşına qazın nəqli üçün
nəqliyyat xərclərini ödəməyə razı deyil. Digər şərt
isə Avropanın digər ölkələrinin bazarlarına
çıxışının təmin edilməsidir.
Mövzu ətrafında rəyini öyrəndiyimiz iqtisadçı-alim
Vüqar Bayramov hesab edir ki, Azərbaycan
istehsalçı ölkə kimi qazın nəqli üçün nəqliyyat
xərclərini üzərinə götürməkdə maraqlı ola bilməz.
Onun fikrincə, bu xərclər konsersium tərəfindən
ödənilməlidir: “Konsersium praktiki həmin xərclərin
ödənilməsini həyata keçirməlidir. O baxımdan
Azərbaycanın mövqeyi başa düşüləndir”.
.Avropanın digər ölkələrinin bazarlarına çıxışın
təmin edilməsi yönündə Azərbaycanın mövqeyinə
gəlincə , iqtisadçı-ekspert bildirir ki, Azərbaycan
mavi qazı daha çox ölkələrə satmaqla satış qiymətini
artırmağa çalışır: “Əgər Azərbaycan mavi qazı məhdud
sayda ölkənin bazarlarına daxil olarsa, təbii bu
qiymətlərə təsir göstərəcək. Belə halda adətən
qiymət Avropa bazarındakı qiymətdən aşağı olur. Bir
neçə Avropa ölkəsinin bazarına çıxmaqla Azərbaycan
satacağı mavi qazın qiymətini Avropa bazar
qiymətlərinə çatdırmağa cəhd etməlidir”.
V.Bayramovun sözlərinə görə, Azərbaycan mavi qazın
qiymətini yüksək saxlamaqla iqtisadi maraqlarını
qorumağa çalışır: “İstər “Nabucco”, istərsə də digər
kəmərlərin reallaşması vacibdir. Çünki, Xəzəryani
ölkələrin qaz hasilatı artır. Azərbaycanın, o
cümlədən Türkmənistanın qaz ehtiyatları
proqnozlaşdırılandan daha çoxdur. Əgər əvvəllər
Azərbaycanda 2 trilyon kubmetr mavi qaz ehtiyatının
olduğu proqnozlaşdırılırdısa, son qiymətləndirmələrə
görə, bu rəqəm 7 trilyon kubmetr təşkil edir.Həm
kəşf edilən və proqnozlaşdırılan ehtiyatların
artması, həm hasilatda müşahidə edilən artımlar mavi
qazın nəqli ilı bağlı yeni kəmərlərin inşasını vacib
edir”.
Ekspert deyir ki, Azərbaycan Avropanın eneji
təhlükəsizliyinin təmin edilməsində əsas ölkə hesab
olunur: “Son zamanlar “Nabukko”nun reallaşması
imkanları daha gerçək qiymətləndirilir. Avropa
Birliyi “Nabucco”nun reallaşması istiqamətində
praktik fəaliyyət həyata keçirir. Konkret olaraq
“Nabucco”ya qoşula biləcək ölkələrlə, o cümlədən
Azərbaycan, Türkmənistan və İraqla ikitərəfli
danışıqlar sürətləndirilib. Bundan əlavə əgər
əvəllər rəsmi Aşqabad “Nabucco” ideyasını öz
ölkəsinə buraxmırdısa, son vaxtlar Türkmənistan
hökümətinin sözügedən lahiyə ilə bağlı mövqeyində
dəyişikliklər, yumuşalma müşahidə edilməkdədir. Bu
da birbaşa Avropa Birliyinin apardığı danışıqlarla
bağlıdır”.
V.Bayramov deyir ki, Azərbaycanın qaz hasilatı
artdığından ixrac üçün yeni kəmərlərin olması
vacibdir. Xüsusilə alternativ kəmərlər enerji
siyasətinin pioritet məsələlərindən hesab edilir:
“Nəzərə alsaq ki, 2010-cu ildə 27 milyard kubmetrə
yaxın mavi qaz hasil edilib və hasilatın 2011-ci
bundan çox olacağı proqnozlaşdırılır, eyni zamanda
2015-ci ildə “Şahdəniz-2” istifadəyə veriləcək
ölkənin qaz hasilatı 45 milyard kubmetrə qədər
artacaq. Azərbaycan 2-ci dekadanın sonuna qədər mavi
qaz hasilatını ilə 80 milyard kubmetrə qədər
artırmaq niyyətindədir”.
Hazırkı kəmərlərin imkanlarını mavi qazı Avropaya, o
cümlədən digər istiqamətlərə çatdırılması baxımından
yetərli olmadığını deyən mütəxəssis bildirir ki,
”Nabukko” olmasa belə digər alternativ kəmərin
çəkilməsinə ehtiyac var: “Nəzərə alsaq ki,
Azərbaycanın Rusiyaya da 2 milyard kubmetr qaz hasil
edir. İlkin razılaşmada bu rəqəmin 0,5 milyard
kubmetr olsa da, Azərbaycan bu ölkəyə qaz
ixracatını təxminən 4 milyard kubmetrə qədər
artırmaq niyyətindədir. Lakin istər Rusiyaya,
istərsə də İrana qaz ixracatında müəyyən limitlər
var . Bu da birbaşa hər iki ölkəyə ünvanlanan qaz
kəmərlərinin nəql imkanlarının məhdud olması ilə
bağlıdır. Rusiya ilə Azərbaycan arasında olan mövcud
qaz kəmərinin malik olduğu imkanlar 6 milyard
kubmetr qaz ixracatına imkan verir.İrana isə ixracat
kifayət qədər məhduddur. Bu yeni kəmərlərin
çəkilməsinin əhəmiyyətini artırır”.
İqtisadçının rəyinə görə, ”Nabukko” ilə bağlı bir
sıra texniki işləri artıq həll edilmış saymaq olar.
|