|
|
|
|
Vergilər məcəlləsinə hansı dəyişikliklər edilməlidir?
İSİM yeni təkliflər ilə çıxış edir
Bu il Azərbaycanda Vergi Məcəlləsinə ciddi və
əhəmiyyətli dəyişikliklərin edilməsi gözlənilir.
Vergilər Nazirliyinin məlumatına, bu, həm 2011-ci
ilin dövlət büdcəsinin təsdiqlənməsi barədə dövlət
başçısının fərmanındakı tapşırıqlarla əlaqədardır,
həm də ümumilikdə ölkə iqtisadiyyatında yaranmış
vəziyyətlə əlaqədar zərurət yaranan
zərurətdir:”Hədəflərin tənzimlənməsi, nəzarətin
artırılması baxımından vergi qanunvericiliyinin
dəyişdirilməsi aktualdır. Bu il Vergi Məcəlləsinə
əvvəlki illərdən fərqli olaraq çox ciddi
dəyişikliklərin edilməsi barədə təkliflər hazırlanır:
Həmin dəyişikliklər detallı şəkildə hökumətdə
müzakirə olunduqdan sonra ictimaiyyətə açıqlanacaq”.
Məlum olub ki, məcəlləyə ediləcək dəyişikliklər heç
bir halda vergi dərəcələrinin artımı ilə
nəticələnməyəcək. Belə ki, islahatlar biznes
mühitinin daha da yaxşılaşdırılması və onun normal
vergi qanunvericiliyi ilə müşayət olunması məqsədi
daşıyır.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar
Bayramovun fikrincə, iqtisadi inkişafın
dəstəklənməsi, sahibkarlığın inkişafının
stimullaşdırılması, vergidən yayınmaların qarşısının
alınması və digər istiqamətdə islahatların davam
etdirilməsinə ehtiyac var. Ekspert bu baxımdan
edilməsi planlaşdırılan dəyişikliklərdə elektron
ticarətin inkişafı üçün bu sahənin əlavə dəyər
vergisindən (ƏDV) azad olunmasını vacib sayır: “Bu
elektron ticarətin inkişafına yardım göstərməklə
yanaşı e-ticarətin daha da leqalaşdırılmasına səbəb
ola bilər. Eyni zamanda əlavə dəyər vergisinin bir
deyil “dəyişən dərəcələrinin” tətbiq edilməsi
mühümdür. ƏksərAvropa ölkələrində ƏDV standart deyil,
bir neçə dərəcədə olur. Elə sferalar var ki, orada
ƏDV-in faizi standart faizdən az olur. Azərbaycanda
isə ƏDV-ə cəlb edilən bütün əməliyyatların hamısı
eyni vergi dərəcəsi ilə -18 faizlə cəlb edilib.
Halbuki, ƏDV-in faizi sektorlar üzrə
fərqləndirilməsi qeyri-neft sektorunun inkişafını
stimullaşdırar və vergidən yayınmanın qarşısını alır”.
V.Bayramov bir sıra Avropa ölkələrində olduğu kimi
rüblük bəyənnamələrin illik hesabatla əvəz
edilməsini də dəyişikliklər zamanı nəzərə alınmasını
təklif edir: “ Bu vergi müfəttişləri ilə
sahibkarların birbaşa ünsiyyətinin azalmasına səbəb
ola bilər. Vergi Məcəlləsi üzrə risk təhlilinin
aparılması həyata keçirilməlidir. Müstəqil və
tanınmış xarici şirkət tərəfindən həyata keçirilməsi
tövsiyə edilən bu təhlil məcələnin korrupsiya üçün
hansı imkanlar yaratdığını müəyyənləşdirər. Vergilər
Nazirliyinin yanında Müşahidə Şurasının yaradılması
və həmin şuraya hökumət qurumlarının nümayəndələri
ilə yanaşı biznes və vətəndaş cəmiyyətinin
nümayəndələrinin cəlb edilməsi də vacibdir. Vergi
Məcələsinə görə, 2000 AZN-dən artıq vergidən yayınma
cinayət xarakterli fəaliyyət hesab edilir və
məbləğin artırılmasına ehiyac var. Belə ki, bu bir
sıra hallarda sui-istifadələr və biznesə
müdaxilələrə imkan yaradır”.
O bir sıra vergi dərəcələrinin azaldılmasına da
vacib sayır. Bildirir ki, vergi dərəcələrinin
sahibkarılığın inkişafında rolu əvəzsizdir: “Yüksək
vergi vərəcələri sahibkarların sərəncamında qalan
vəsaitlərin həcmini azaldır və onların likvidliyini
aşağı salır. Artıq nəinki bəzi keçid ölkələrində
hətta bir sıra inkişaf etmiş ölkələrdə də vergi
dərəcələrinin azaldılması həyata keçirilmişdir. Bu
baxımdan təklif olunur ki, vergi dərəcələrinə 1 il
müddətində azalmalar tətbiq olunsun. Əlavə Dəyər
Vergisi 18 faizdən 17 faizə, sosial sığorta
ayırmasının işəgötürənlərdən tutulan hissəsi 22%-dən
20 %-ə endirilsin. O cümlədən fiziki şəxslərin gəlir
vergisində vergidən azad edilən hissəsi 75 manatdan
100 manatadək artırılsın və eləcə də güzəştin tətbiq
edilmədiyi məbləğ 200 manatdan 250 manatadək
artırılsın. Sadələşdirilmiş vergi fiziki şəxslər
üçün nəzərdə tutulan illik maksimum məbləğ 90 min
manatdan 120 min manatadək, hüquqi şəxslər üçün 150
min manatdan 200 min manatadək nəzərdə tutulsun”.
İqtisadçı qeyd edir ki, investisiya vergi
sistemin tətbiqinin gücləndirilməsinə ehtiyac var:
“Azərbaycan Respublikasında investisiya vergilərinin
tətbiqi son illər ciddi şəkildə müzakirə edilsə də
bu sistemi real olaraq hələlik tətbiq etmək mümkün
olmayıb. . Qlobal böhranın neqativ təsirlərini
azaltmaq məqsədi ilə bu vergi növünün tətbiq
edilməsi məqsədə uyğun hesab edilir. Sistemin
tətbiqi həmin güzəştdən istifadə etmək hüququ olacaq
müəssisələrin sərəncamında əlavə vəsaitlərin
qalmasına və təbii ki, onların inkişafını
stimullaşdırmağa xidmət edəcək. Başqa tərəfdən yerli
təkrar istehsalçıları dəstəkləmək üçün təkrar
məhsulların istehsalı və təkrar ixracı üçün xaricdən
alınan xammala hesablanan ƏDV-nin ödənilməsinə 1 il
müddətinə güzəşt tətbiq oluna bilər. Digər məsələ
gəlir vergisi ilə bağlıdır. Belə ki, Azərbaycanda
gəlir vergisi dərəcələri MDB olkələri arasında ən
yuksək dərəcələrdəndir. Məsələn, Rusiyada bu dərəcə
13 faiz, Ukraynada isə bu gostərici 15 faizdir.
Hazırda birinci vergi səviyyəsi uzrə gəlir vergisi
dərəcəsi 14 faizdir ki, bu da 2000 manata qədər olan
gəlirə tətbiq olunur. İkinci səviyyə uzrə faiz
dərəcəsi 30 faizdir ki, bu isə 2000 manatdan yuxarı
olan gəlirə tətbiq olunur. Rəqəmlərdən göründüyü
kimi, birincisi, vergi səviyyələri arasındakı fərq
mühümdür; ikincisi, keçid həddi olduqca aşağıdır.
Buna görə də, birinci səviyyə üzrə gəlir vergisi
dərəcəsinin 14 faizdən 12 faizə endirilməsi
məqsədəuyğundur. İnvestisiya qoyuluşu ilə bağlı
mənfəət vergisinə güzəştlər edilməlidir. Təsisçilər
tərəfindən müəssisənin inkişafı üçün investisiya
qoyularsa, bununla yeni iş yerləri açılmaqla
bərabər, dövriyyədə maliyyə vəsaitlərinin
artırılması mümkün olar ki, bunun hesabına da son
nəticədə mənfəət vergisi hesablanan zaman qoyulmuş
investisiyanın müəyyən hissəsi qədər güzəşt tətbiq
edilər”.
|