|
|
|
|
İSİM
dünyanın ən yaxşı beyin mərkəzləri
siyahısında
ABŞ-ın məşhur Pensilvaniya Universitetinin
hazırladığı hesabat BMT-nin Nyu-Yorkdakı ofisində
təqdim edildi

Amerika Birləşmiş Ştatlarının Pensilvaniya
Universiteti yanvarın 24-də BMT-nin Nyu York
ofisində 2010-cu ilin dünya beyin mərkəzlərinin
hesabatının təqdimatını
həyata keçirib. Qeyd edək ki, hesabat BMT, İqtisadi
Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatının, eləcə də
bir sıra digər beynəlxalq təşkilatların dəstəyi ilə
hazırlanıb. Hesabat hazırlanarkən dünyanın 1500-dən
artıq aparıcı eksperti arasında sorğu keçirilib.
Sorğunun nəticələri qiymətləndirilmək üçün BMT-nin
və eləcə də digər beynəxalq təşkilatların
ekspertlərinə təqdim edilib. Sevindirici haldır ki,
Azərbaycandan ilk dəfə olaraq İqtisadi və Sosial
İnkişaf Mərkəzi Mərkəzi Şərqi Avropanın 25 ən yaxşı
beyin mərkəzi siyahısına daxil edilib. Belə ki,
Pensilvaniya Universitetin qiymətləndirməsinə görə,
İSİM Mərkəzi Şərqi Avropada 25 ən yaxşı beyin
mərkəzindən biridir. Onu da bildirək ki, bu kateqoriya
üzrə Qafqaz və Orta Asiyadan yalnız İSİM sözügedən
siyahıya daxil edilib.
Digər sevindirici məqam İSİM-in dünyada öz ölkəsinin
iqtisadi siyasətinə faktiki təsir edə bilən beyin
mərkəzi hesab edilməsidir. Universitetin hesabatında
aparıcı beyin mərkəzlərinin, o cümlədən Brukunq
İnstitutu, Peterson İnstitutu, Adam Smit İnstitutu
kimi aparıcı qurumların yer aldığı kateqoriyada
Mərkəzi Şərqi Avropa və MDB ölkələrindən yalnız iki
beyin mərkəzi öz hökümətlərinin siyasətinə pozitiv
təsir edən beyin mərkəzləri kimi qiymətləndirilib.
Onlardan biri İSİM, digəri Varşavada yerləşən
İqtisadi və Sosial Araşdırmalar Mərkəzidir.
Məlumat üçün bildirək ki, hesabat hazırlanan zaman PPensilvaniyaUniversiteti
dünyada 6 480 beyin mərkəzi ilə əlaqə yaradıb.Həmin
beyin mərkəzləri hesabat üzrə beyin mərkəzlərinin
namizədliyinin verilməsi, eləcə də
qiymətləndirilməsi prosesinə cəlb olunub. Yeri
gəlmişkən, nəzərə çatdıraq ki, hesabat dünyada beyin
mərkəzlərinin qiymətləndirilməsi baxımından ən ciddi
hesabat hesab edilir. Belə ki, BMT və digər
beynəlxalq təşkilatlar hesabata önəm verirlər. İSİM-in
belə mühüm hesabatda yer alması mərkəzin həm
qlobal arenada nüfuzunun qəbul edilməsi, həm də
Azərbaycanın bu siyahıda yer alması baxımından
əhəmiyyətlidir.
|